Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1821/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştrakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 07 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə “ofis meneceri” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı işə bərpa edildiyi günədək məcburi işburaxma müddəti üçün aylıq 1698.29 (min altı yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat olmaqla əmək haqlarının, vurulmuş mənəvi zərər görə 20.000 (iyirmi min) manat və mediasiya üçün ödənilmiş 61 (altmış bir) manat pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-də faktiki olaraq işə başlamışdır. Cavabdehlə aralarındakı razılığa əsasən aylıq əmək haqqı 1700 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdən işə başlamağına baxmayaraq, həmin vaxt onunla əmək müqaviləsi bağlanmamışdır. Bunu dəfələlə cavabdeh şirkətin rəhbərindən tələb etsə də, o, faktiki olaraq əmək münasibətlərində olduğunu bildirərək əmək müqaviləsini də rəsmiləşdirəcəyinə söz vermiş, nəhayət xx.xx.2024-cü il tarixdə cavabdeh əmək münasibətləri rəsmiləşdirmişdir. xx.xx.2024-cü il tarixdə isə şirkətin rəhbəri İlqar Nehmətov onu (iddiaçını) otağına dəvət edərək ərizə yazıb işdən çıxmağını tələb etmişdir. Bunun səbəbini soruşduqda o, heç bir səbəb göstərmədən onunla işləmək istəmədiyini bildirmişdir. O (iddiaçı), isə əksinə, işə ehtiyacı olduğunu, anidən onu işdən çıxarması barədə qərarının düzgün və qanuni olmadığını, başqa iş axtarmaq üçün zamana ehtiyacını olduğunu, belə bir vəziyyətdə işdən çıxmağı mümkün olmayacağını və ərizə yazmayacağını ona bildirmişdir. Lakin o, dediklərini heç birinə əhəmiyyət verməmiş, əksinə, gah ərizə yazacağı halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixlər üzrə ödənilməmiş əmək haqlarının qalıq hissəsini ödəyəcəyini vəd edərək onu razılığa gətirməyə çalışmış, gah da şirkətin mühasibi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağıyla bağlı onu (iddiaçını) hədələmişdir. O (iddiaçı), qərarını qəti olduğunu bildirmiş və işdən çıxma barədə ərizə yazmamışdır. Bundan sonra İlqar Nehmətov daha da aqressivləşərək işə gəlməməyini və onu işdən çıxardığını kobud şəkildə bildirərək ona qarşı qeyri-etik rəftar etmişdir. Sonradan ona məlum olmuşdur ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən qanunsuz olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndi ilə işdən çıxarılmışdır. Halbuki, işdən çıxma barədə heç bir yazılı ərizə yazmamış və ya bu barədə onun işəgötürənə digər formada heç bir müraciəti olmamışdır. İşdən çıxarılacağı barədə mənə əvvəlcədən xəbərdarlıq da edilməmişdir. Həmçinin bu günədək işdən çıxarılmağı barədə əmrin surəti də ona təqdim edilməmişdir. Hesab edir ki, işəgötürənin xx.xx.2024-cü il tarixli, 07 nömrəli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqları ona ödənilməlidir. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əlavə məlumat üçün məhkəmənin nəzərinə çatdırır ki, mübahisənin mediasiya qaydasında həll edilməsinə cəhd etsə də, bu, müsbət nəticə verməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə “mediasiya prosesinin tətbiqi barədə” təklif məktubu göndərmiş, həmin məktub cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq ona heç bir cavab verilməmiş, buna görə də o (iddiaçı), mediasiyanın keçirilməsi üçün Mediasiya Şurasına müraciət etmiş. Mediasiyanın keçirilməsi üçün vaxt təyin edilsə də, cavabdehin nümayəndəsi mediasiyada iştirak etməmiş və bu barədə ona xx.xx.2025-ci il tarixli, MŞB/6-00143 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə” arayış verilmişdir. Odur ki, hazırda o bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Cavabdehin nümayəndəsi məhkəməni aldatmağa çalışaraq guya mövsümi işlər gördüyünü bildirsə də, həm əmək müqaviləsindən, həm də işin mahiyyətindən görünür ki, iddiaçı həmin şirkətdə müddətsiz olaraq işləmişdir. Bu zaman belə bir sual yaranır ki, məhkəməni belə aldatmağa cəhd edən bir şirkətlə iddiaçı necə barışıq sazişi bağlaya bilər və onların vədlərinə güvənə bilər. Bu səbəbdən işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izaht vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Cavabdehin nümayəndəsi məhkəməni aldatmağa çalışaraq guya mövsümi işlər gördüyünü bildirsə də, həm əmək müqaviləsindən, həm də işin mahiyyətindən görünür ki, iddiaçı həmin şirkətdə müddətsiz olaraq işləmişdir. Bu zaman belə bir sual yaranır ki, məhkəməni belə aldatmağa cəhd edən bir şirkətlə iddiaçı necə barışıq sazişi bağlaya bilər və onların vədlərinə güvənə bilər. Bu səbəbdən işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli, 07 nömrəli əmr işəgötürənin 17 mart 2025-ci il tarixli əmri ilə ləğv olunmuş, iddiaçının yenidən işə bərpa olunması barədə əmr verilmiş və əmrin surəti məktubla iddiaçıya göndərilmişdir. İddiaçının işə çıxmadığı günlərin əmək haqqı məbləği hesablanaraq iddiaçıya ödəniləcəkdir. İddianı mənəvi ziyan hissəsində isə qəbul etmirlər, həmin hissədə əsassız hesab edirlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh MMC ilə İddiaçı ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh MMC ofis meneceri vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Müqaviləyə əsasən, işçiyə hər ay 1698,29 manat məbləğində əmək haqqı ödənilir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 07 nömrəli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən öz xahişi ilə işdən azad olunmuş və işçi ilə son-haqq hesabın qanunvericiliyə uyğun şəkildə hasablanıb ödənilməsi maliyyə departamentinə həvalə edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 03 nömrəli əmrinə əsasən, Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 03 nömrəli əmr qüvvədən düşmüş hesab olunmuş, müvafiq sturuktur bölmələrinə və məsul şəxslərə bu əmrin icrasını təmin etmək tapşırılmışdır. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 03 nömrəli əmri məlumat və icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ofis meneceri vəzifəsindən azad olunmuşdur. Bundan sonra onun işə qayıtmaqla bağlı məhkəməyə rəsmi müraciətini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli 03 nömrəli əmrə Cavabdeh MMC tərəfindən yenidən baxılması məqsədilə xx.xx.2025-ci il tarixli 05 nömrəli əmr verilmiş və əvvəlki əmr qüvvədən düşmüş hesab olunmuşdur. Buna görə də İddiaçı göstərilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixdən Cavabdeh MMC-yə işə qayıtmağı tövsiyə olunur. "xxxx" MMC kuryer xidmətinin 000958 saylı qaiməsindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış bildiriş sonuncu tərəfindən 05 aprel 2025-ci il tarixdə qəbul edilmişdir. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya təşkilatının verdiyi 03 fevral 2025-ci il tarixli, MŞB/6-00143 saylı İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC İMS-də iştirak etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1821/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işin icraatına “əmrin ləğvi, işə bərpa” tələbinə dair hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbacay Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə “tərəflərdən birinin təşəbbüsü” Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 132.1-ci maddəsinin “b” bəndinə əsasən, Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh MMC ofis meneceri vəzifəsinə təyin olunmuş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 07 nömrəli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən öz xahişi ilə işdən azad olunmuşdur. Hazırda iddiaçı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia edir ki, o işdən çıxma barədə heç bir yazılı ərizə yazmamış və ya bu barədə onun işəgötürənə digər formada heç bir müraciəti olmamışdır. İşdən çıxarılacağı barədə iddiaçıya əvvəlcədən xəbərdarlıq da edilməmişdir. Məhkəmə gedişatında cavabdeh tərəf etiraf etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmənin gedişində İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMCnin xx.xx.2024-cü il tarixli, 07 nömrəli əmri, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 03 nömrəli əmri ilə ləğv edilmiş və iddiaçı işə bərpa olunmuşdur. Bu barədə iddiaçıya məlumat verilməklə, işə qayıtması tövsiyyə olunmuşdur. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsinin ləğvi və işə bərpa ilə bağlı mövcud olmuş mübahisə məhkəmə prosesi gedişində həllini tapdığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1821/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işin icraatına “əmrin ləğvi, işə bərpa” tələbinə dair hissədə xitam verilməsi qərara gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Cavabdeh Əmək Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinə əsasən” işçinin xahişinə əsasən bəndi ilə əmək müqaviləsinə xitam vermiş, məhkəmə prosesi gedişatında digər əmrlə xx.xx.2024-cü il tarixli əmrini ləğv etmişdir. İddiaçı işəgötürənin əmrin ləğvi və işə qayıtması barədə bildirişini 05 aprel 2025-ci il tarixdə almışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qüvvədən düşməsi və işə qayıtması barədə işəgötürənin bildirişini 05 aprel 2025-ci il tarixdə almışdır. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində yetərincə əsaslandırılmadığından həmin hissədə təmin edilə blməz. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi “məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" hissəsində qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi “məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" hissəsində qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən tutularaq İddiaçı ödənilməli, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi “məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" hissəsində qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh "xxxx" MMC tərəfindən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1821/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1821/2025
17.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver