Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3575/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1821/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh MMC ilə İddiaçı ilə xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh MMC ofis meneceri vəzifəsinə təyin olunmuş, həmin müqavilənin 2.1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 07 nömrəli Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 07 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə “ofis meneceri” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən İddiaçı işə bərpa edildiyi günədək məcburi işburaxma müddəti üçün aylıq 1698.29 (min altı yüz doxsan səkkiz manat iyirmi doqquz qəpik) manat olmaqla əmək haqlarının, vurulmuş mənəvi zərər görə 20.000 (iyirmi min) manat və mediasiya üçün ödənilmiş 61 (altmış bir) manat pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1821/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işin icraatına “əmrin ləğvi, işə bərpa” tələbinə dair hissədə xitam verilməsi qərara alınmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1821/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh "xxxx" MMC tərəfindən tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qərardadı ləğv ediləsini və şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3575/2025 saylı, 11 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1821/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilən şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tatrixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh MMC arasında barışıq əldə edildiyini bildirmiş, bu səbəbdən apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllə
9. Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 10.Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
11. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
12. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair iddiaçınının nümayəndəsinin və vəkilinin ərizəsini nəzərə alaraq hesab edir ki, apellyasiya icraatına xitam verilməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək İddiaçı ilə Cavabdeh MMC arasında barışıq əldə edildiyini bildirərək, bu səbəbdən apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etdmişdir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətindən imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1821/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Musayeva Cəmilə Qasımov Fərrux