Məhkəmə qərarları › İş №2(012)-243/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-243/2024

14.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-243/2024 14.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 46 saylı, xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəl çalışdığı peşəyə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi, ona dəymiş maddi və mənəvi ziyana görə 50000 manat kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə verilmiş əmək müqaviləsinə xitam verilməsi maddəsinin əsaslandırılmasını istəyir. Əmrin surətini xx.xx.2018-ci il tarixdə almışdır. Həmin vaxt onu aldatmışlar ki, işə düzəldəcəklər. Eyni predmet ilə bağlı hakim Cəmilə Səfiyevada iddia tələbi olmuş, xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilmiş, apellyasiya və kassasiya şikayətlərinə əsasən qətnamə qüvvədə saxlanılmışdır. Məhkəmə iclasında hazırkı iddia ilə bağlı əvvəllər məhkəmə qətnaməsinin olduğunu məhkəməyə vaxtında bildirməməsinin səbəbi unutması olmuşdur. Hazırda iddiasını müdafiə edir, qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında iddia tələbinin təkrarlanan olduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, eyni tərəflər arasında, eyni predmet və eyni əsasla iddia tələbi üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-6211/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; -Abşeron Rayon Məhkəməsinin 2(012)-6211/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-1745/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-6211/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-4662/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə (İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X1 Xidməti) qarşı qanunsuz hərəkətlər nəticəsində vurulmuş maddi və mənəvi ziyanın tutulması və digər tələblərə dair iddiası təmin edilməmişdir. -Abşeron Rayon Məhkəməsinin 2(012)-2949/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin araşdırılan hallarından göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə hakim Cəmilə Səfiyevada iddia tələbi olmuş, xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilmiş, apellyasiya və kassasiya şikayətlərinə əsasən qətnamə qüvvədə saxlanılmışdır. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə əvvəllər məhkəmənin qanuni qüvvəyə minmiş yekun məhkəmə qətnaməsi olduğundan işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar