Məhkəmə qərarları › İş №2(012)-2456/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2456/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2456/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müqabil oğluna qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müqabil oğlıına qarşı “əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsinin, Cavabdeh2 Müqabil oğlu ilə İddiaçı BOKT MMC arasında 25 noyabr 2021ci il tarixli, 01483/ZM Zaminlik Müqaviləsinin ləğv edilməsi və 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh1 aid 3430 (üç min dörd yüz otuz) manat məbləği əsas borc, 9.05 (doqquz manat 05 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 9.89 (doqquz manat 89 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 3448.94 (üç min dörd yüz qırx səkkiz manat 94 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 55.04 (əlli beş manat 04 qəpik) manat məbləğində pul vəsaitinin, ümumilikdə 3503.98 (üç min beş yüz üç manat 98 qəpik) manat məbləğində pul vəsaitinini cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə cavabdehlərin əmlaklarının mövcudluğu haqqında sorğu göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 29 (iyirmi doqquz) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 1% (bir) faiz olmaqla 3430 (üç min dörd yüz otuz) manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Müqabil oğlu ilə İddiaçı BOKT MMC arasında 25 noyabr 2021-ci il tarixli, 01483/ZM saylı və Zaminlik Müqaviləsi bağlanmışdır. Qeyd edilir ki, İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafıkinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri yerinə yetirmir. Kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zaminlər Cavabdeh2 Müqabil oğlu arasında bağlanmış zaminlik müqaviləsinin 2.2.1 -ci bəndinə əsasən Borc alanın Borc verən qarşısında Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə tam həcmdə — kredit məbləğinin və ya onun hər hansı bir hissəsinin qaytarılması, kredit üzrə faizlərin və maliyyə (mülki— hüquqi) sanksiyalarının, eləcə də borcun tutulması üzrə məhkəmə xərclərinin və Borc alanın Borc verən qarşısında öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Borc verənə dəymiş digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla - Borc alanla birgə məsuliyyət daşıyır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehlərə şifahi və yazılı xəbərdarlıq (xx.xx.2022-ci il tarixli, 1322 saylı və xx.xx.2022-ci il tarixli, 1331 saylı xəbərdarlıqlar) olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, Borc alan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borc alan Borc verənə ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 0.2 % (sıfır tam onda iki faiz) dərəcəsi ilə hesablanan peniya ödəyir. Cavabdeh1 xx.xx.2022-ci il tarixə Kredit müqaviləsi üzrə “Azmikroinvesf’ BOKT MMC-yə 3430 (üç min dörd yüz otuz) manat məbləği əsas borc, 9.05 (doqquz manat 05 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 9.89 (doqquz manat 89 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 3448.94 (üç min dörd yüz qırx səkkiz manat 94 qəpik) manat məbləğində borcu vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsinin, Cavabdeh2 Müqabil oğlu ilə İddiaçı BOKT MMC arasında 25 noyabr 2021-ci il tarixli, 01483/ZM Zaminlik Müqaviləsinin ləğv edilməsi və 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsinə üzrə Cavabdeh1 aid 3430 (üç min dörd yüz otuz) manat məbləği əsas borc, 9.05 (doqquz manat 05 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 9.89 (doqquz manat 89 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 3448.94 (üç min dörd yüz qırx səkkiz manat 94 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 55.04 (əlli beş manat 04 qəpik) manat məbləğində pul vəsaitinin, ümumilikdə 3503.98 (üç min beş yüz üç manat 98 qəpik) manat məbləğində pul vəsaitinini cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı BOKT MMC-dən 29 (iyirmi doqquz) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 1% (bir) faiz olmaqla 3430 (üç min dörd yüz otuz) manat məbləğində kredit almışdır. Bu Müqaviləyə əsasən Borc verən Borc alana 29 (iyirmi doqquz) ay müddətinə 3430 (üç min dörd yüz otuz) manat məbləğində, kreditdən istifadəyə görə illik 1 % (bir) faiz ödənilməsi şərtilə kredit verməyi, Borc alan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi öhdəsinə götürür. -İddiaçı BOKT MMC, borcalan Cavabdeh1 və Cavabdeh2 Müqabil oğlu arasında 25 noyabr 2021-ci il tarixli, 01483/ZM saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsinin təminatı olaraq Cavabdeh2 Müqabil oğlu ilə İddiaçı BOKT MMC arasında 25 noyabr 2021-ci il tarixli, 01483/ZM saylı və Zaminlik Müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən Zamin, 1.2-ci bənddə göstərilən Kredit müqaviləsi üzrə Borc alanın Borc verən qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. -xx.xx.2021 tarixli 01483 saylı kredit müqaviləsinə 1№-İi əlavə dən görünür ki, Cavabdeh1 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsinin ödəniş qrafıkinə əsasən 29 ay ərzində hər ay 2.86 manat olmaqla, 3430 manat məbləğində borc məbləği üzrə, ödəniləsi faiz 44.48 manat olmaqla cəmi 3474.48 manat ödəniş etməli idi. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC (bundan sonra “BOKT” adlandırılacaq) ilə Cavabdeh1 (bundan sonra “Borc alan” adlandırılacaq) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, “01483” saylı Kredit müqaviləsinə əsasən, Borc alana 29 (iyirmi doqquz) ay müddətinə, illik faiz dərəcəsi 1% (bir) faiz olmaqla, 3430 (üç min dörd yüz otuz) manat məbləğində kredit verilmişdir. Borc alanın xx.xx.2021-ci il tarixli, “01483” saylı Kredit müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixinə ümumi borcu 3448.94 (üç min dörd yüz qırx səkkiz manat 94 qəpik) manat təşkil edir. Bunun 3430 manat məbləğində əsas borc, 9.05 (doqquz manat 05 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 9.89 (doqquz manat 89 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləridir. -xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, xx.xx.2022-ci il tarixinədək borcun qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 55.44 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. 472.1. maddəsindən də görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.1.maddəsinə görə Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İşin müəyyən edilən hallarına əsasən əsas borclu, Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə Cavabdeh2 Müqabil oğlunun cavabdehliyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 Müqabil oğlu iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Eyni zamanda işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin Cavabdeh2 Müqabil oğlu isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən müəyyən olunur ki, müştəri müqavilədən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə, bankın müqavilənin müddətinin bitməsindən əvvəl borcun ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının tələbetmə hüququndan istifadə edərək borcu vaxtından əvvəl tələb etməsi əsaslıdır və müqavilənin vaxtından əvvəl xitam verilməsi müqavilə şərtlərinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edildiyindən cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada 30 (otuz) manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsi, Cavabdeh2 Müqabil oğlu ilə İddiaçı BOKT MMC arasında 25 noyabr 2021-ci il tarixli, 01483/ZM Zaminlik Müqaviləsi ləğv edilməli və 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 aid 3430 (üç min dörd yüz otuz) manat məbləği əsas borc, 9.05 (doqquz manat 05 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 9.89 (doqquz manat 89 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 3448.94 (üç min dörd yüz qırx səkkiz manat 94 qəpik) manat məbləğində pul vəsaiti, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 55.04 (əlli beş manat 04 qəpik) manat məbləğində pul vəsaiti, ümumilikdə 3503.98 (üç min beş yüz üç manat 98 qəpik) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh2 Müqabil oğlu ilə İddiaçı BOKT MMC arasında 25 noyabr 2021-ci il tarixli, 01483/ZM Zaminlik Müqaviləsi ləğv edilsin. İddiaçı BOKT MMC- ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2021-ci il tarixli, 01483 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 aid 3430 (üç min dörd yüz otuz) manat məbləği əsas borc, 9.05 (doqquz manat 05 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc, 9.89 (doqquz manat 89 qəpik) manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 3448.94 (üç min dörd yüz qırx səkkiz manat 94 qəpik) manat məbləğində pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 55.04 (əlli beş manat 04 qəpik) manat məbləğində pul vəsaiti, ümumilikdə 3503.98 (üç min beş yüz üç manat 98 qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müqabil oğlundan müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar