Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2457/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, Ərizəçi1 nümayəndəsi-atası Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1145A saylı, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yazılmış “X10”nun AA******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi1” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki iş üzrə məhkəmə baxışı zamanı Ərizəçi1 nümayəndəsi-atası Ərizəçi2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, JN-1145A saylı, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin AA******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona və ailəsinin digər üzvlərinə məxsus 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 05.03.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş JN-1145A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adının tamamilə fərqli olduğu aşkar edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi “X10” göstərilməsinə baxmayaraq şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi1” kimi qeyd edilmişdir. Ərizəçi1 həmçinin qeyd etmişdir ki, 03 iyul 2018-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğu üçün “Əliyeva” soyadından “Məhərrəmova” soyadına keçmişdir. ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 05.03.2021-ci il tarixli bildirişi aldıqdan sonra ona izah edilmişdir ki, məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir. O da məsələnin məhkəmə qaydasında həll edilməsi bağlı hazırki ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi-atası Ərizəçi2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi1 onun qızıdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə onlara 0,10 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-1145A saylı, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilərək onlara təqdim olunmuşdur. Lakin həmin şəhadətnamədə qızının, yəni Ərizəçi1 adı səhv qeyd edilmişdir. Halbuki onun X10 adında oğlu və ya digər qohumu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi1 onun bacısıdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə onlara 0,10 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-1145A saylı, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilərək onlara təqdim olunmuşdur. Lakin həmin şəhadətnamədə bacısının, yəni Ərizəçi1 adı səhv qeyd edilmişdir. Halbuki onun X10 adında qardaşı və ya digər qohumu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağayev Babaş Dadaş oğlu bildirdi ki, Ərizəçi1 dayısıdır. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə ərizəçiyə 0,10 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-1145A saylı, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilərək ərizəçiyə təqdim olunmuşdur. Lakin həmin şəhadətnamədə ərizəçinin, yəni Ərizəçi1 adı səhv qeyd edilmişdir. Halbuki Ərizəçi2 X10 adında oğlu və ya digər qohumu yoxdur. İş materiallarında olan Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1145A saylı, 30800086 kodlu şəhadətnamədən müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin paylı mülkiyyətçiləri X7 (1), Ərizəçi2 (2), X10 (3) və X1r (4). İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1dır. İş materiallarında olan XİX-JQ seriyalı 306156 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1995-ci il təvəllüdlü X5 atası Ərizəçi2, anası X3r. İş materiallarında olan AZ-İİ seriyalı 278315 №-li Nikah haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə X8 arasında nikah Sumqayıt “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 03 iyul 2018-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1701 №-si ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məhərrəmova” soyadı verilmişdir. Ərizəçi1 nümayəndəsi-atası Ərizəçi2 hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən “X10” məhz ərizəçi “Ərizəçi1”nın özüdür, lakin torpaq sahəsi ilkin ayırma sənədlərində onlara verilərkən texniki səhv ucbatından ərizəçinin adı səhv olaraq göstərilmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən Ərizəçi2 verilən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən müəyyən edilir ki, JN-1145A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X10” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi1” kimi qeyd edildiyi aşkar edildiyindən dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsinin izahatından və təqdim edilən sənədlərdən JN-1145A saylı, 30800086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş “X10” ilə AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”nın eyni şəxs olması və beləliklə, həmin şəhadətnamənin adıçəkilən şəxsə məxsus olması faktı işdə olan sübutlarla təsdiqini tapdığından ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 №-li qərarı ilə “X10”nun adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1145A saylı, 30800086 kodlu şəhadətnamənin AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi1”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2457/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2457/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver