Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2467/2022 08.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın qanunsuz hesab edilməsi və elektrik enerjisinə görə hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı Elektrik Şəbəkə" ASC-nin ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin elektrik enerjisindən istifadə qaydalarını pozması barədə tərtib olunmuş xx.xx.2022-ci il tarixli NDM027733 saylı aktın qanunsuz olması müəyyən edilməklə hesab ödəniş vərəqəsi üzrə 102 manat məbləğində ödənişin ləğv olunması haqqında cavbdehin üzərinə öhdəlik qoyulması barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh "xxxx" ASC-nin "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış evində ailəsiylə yaşayır. Həmin ünvanda yerləşən yaşayış evinin elektrik enerjisi ilə təchiz olunması üçün "xxxx" ASC-nin öz vəsaiti əsasında təchiz edilərək quraşdırılmış sayğacdan istifadə olunmuş və sayğac evin xaricində yerləşdirilmişdir. Hazırkı müddətə qədər həmin sayğac üzrə göstərilmiş tərəfimdən sərf olunan elektrik enerjisinin dəyəri vaxtlı-vaxtında cavabdeh təşkilatın nəzarətçisinin sayğaca baxış keçirdikdən sonra təqdim etdiyi hesab ödəniş vərəqələri əsasında müvafiq hesablara köçürülərək qəbz alınmışdır. Bu məbləğ illərlə stabil olaraq az miqdarda olmuş və yüksək enerji sərfiyyatı olmadığından məbləğ yüksək olmamışdır. Lakin, 2022-ci ilin yanvar ayının 12-də "xxxx" ASC-nin nümayəndələri gələrək küçədə yerləşən sayğacı yoxlamış və güya ki, “sayğacın hesab mexanizminin dayandığının aşkarlandığını, sayğacın enerjini qeyd etmədiyini aşkarlamış” və yenisi ilə əvəzlənməsi, sayğacın labaratorpyada yoxlanması məqsədilə götürülməli olması barədə NDM027733 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə sayğacın götürülməsi barədə protokol tərtib olunmuşdur. Cavabdeh təşkilatın öz nümayəndələrinin mənim iştirakım olmadan tərtib olunmuş həmin akt əsasında ona borc yazılmışdır. Bu cərimə borc 102 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" ASC-nin vəzifəli şəxslərinin bü cür qanunsuz və əsassız hərəkətləri yol verilməzdir və həmin baş vermiş hadisənin nəticələri ilə əlaqədar cəmiyyətin vəzifəli şəxslərinin hərəktlərindən şikayət verir. Belə ki, sərəncamında və istifadəsində olan qeyd olunan ünvan üzrə yaşayış sahəsinin kənarında quraşdırılmış sayğaca heç bir müdaxilə olunmamışdır. Bu müdaxilədən xəbərsizdir. Ona əsassız yerə əlavə sərfiyyat yazılmışdır. O qəti olaraq bu yazılanlar üzrə ittihamları qəbul etmir və əsassız və qanunsuz hesab edir. O, vicdanlı vətəndaş kimi sərf etdiyi qanuni elektrik enerjisinin pulunu vaxtında ödəmiş və bir dəfə də olsun hər hansısa narazılıq və etrirazlarla qarşılaşmamışdır. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində sayğacda olan axan yükü qeyd etmədiyinə görə akt tərtib edilmişdir. Sayğacdakı qüsur sayğacda olan hesab mexanizminin dayanması ilə bağlıdır. 2022-ci ilin yanvar ayında 8 manat, 2022-ci ilin fevral ayında 0 manat, 2022-ci ilin mart ayında 93 manat, 2022-ci ilin aprel ayında 70 manat elektrik enerjisinə görə sərfiyyat qeydə alınmışdır. 2021-ci ilin dekabr ayında isə sərfiyyat 17,92 manat olmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, NDM 027733 nömrəli aktdan görünür ki, sayğacın hesab mexanizminin ilişərək dayandığı, sayğacın keçən enerjini qeyd etmədiyi aşkar edilmiş və abonentin 102 manat borcu yaranmışdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus abonent kodu **********01752 olan fərdi yaşayış evindəki sayğaca baxış keçirilərkən elektrik sayğacındakı qüsur səbəbilə xx.xx.2022-ci il tarixli, NDM 027733 nömrəli akt tərtib edilmiş və sayğacın hesab mexanizminin ilişərək dayandığı, sayğacın keçən enerjini qeyd etmədiyi üçün iddaçıya 102 manat cərimə hesablanmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********01752 olan fərdi yaşayış evindəki sayğac, fərdi yaşayış evinin daxilində yox, xaricində yerləşmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqtı zamanı elektrik sayğacındakı qüsurun əmələ gəlməsində iddiaçının təqsiri üzündən baş verməsi ilə bağlı hər hansı bir sübut müəyyən edilməmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki,sayğacın işlək vəziyyətdə saxlanılmasına "xxxx" ASC məsuliyyət daşıdığından abonent kodu **********01752 olan sayğac üzrə hesablanmış 102 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinətinin “Elektrik enerjisindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin qaydaların 7.12-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçısı, enerjitəchizatı müəssisəsi və istehlakçı öz elektrik qurğularında “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun olaraq texniki nəzarət uçot cihazlarını quraşdırır və istismar edir. Bundan başqa iddia tələbinin ünvan 1 ünvanında yerləşən yaşayış evindəki abonent kodu **********01752 olan sayğacdakı qüsura görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM027733 saylı aktın qanunsuz hesab edilməsi ilə bağlı qeyd edir ki, abonent kodu **********01752 olan sayğacdakı qüsurun mövcud olması iş materialları ilə təstiqini tapdığından və həmin aktın bütövlükdə qanunsuz hesab edilməsi ilə bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki,sözügedən akta görə yazılmış cərimə istisna olmaqla iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış abonent kodu **********01752 olan sayğac üzrə elektrik enerjisinə görə qanunsuz hesablanmış 102 manat məbləğində borc silinsin. İddia tələbinin xx.xx.2022-ci il tarixli NDM027733 saylı aktın qanunsuz hesab edilməsi hissəsində yazılmış cərimə istisna olmaqla rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2467/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2467/2022
08.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver