Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-247/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi”tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1979-cu il təvəllüdlü oğlu-X9 1999-cu ildən psixi pozuntusu olan xəstədir. 2010-cu ildəndir ki, onda yaranan psixi pozuntu ilə əlaqədar xəstəliyi çoxalmışdır və həmin xəstəlikdən əziyyət çəkir. Oğlu xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə qədər Bakı Səhiyyə İdarəsi X10 müalicə almış, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər təkrar olaraq Bakı Səhiyyə İdarəsi X10 müalicə almış, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər təkrar olaraq 1 saylı Respublika Psixiatria Xəstəxanasında stasionar müalicə almış, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər təkrar olaraq Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almış, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə qədər təkrar olaraq Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Oğlunun xəstəliyi hər gün keçdikcə daha da ağırlaşır. Oğlunu bir neçə dəfə xəstəliyinin ağırlaşması səbəbindən onu 1 saylı Kliniki Psixiatriya xəstəxanasına yerləşdirmişlər. Oğlunun vəziyyəti hər gün pisləşir, oğlu öz hərəkətlərini sərbəst idarə edə bilmir, yaddaşı tez-tez iti və heç kimi tanımır, evdən çıxan kimi ətrafdakılara təhlükə törədir, başqa şəxslərə və maşınlara hücum çəkərək xəsarət yetirməyə çalışır. Maddi vəziyyətinin pis olması səbəbindən oğlunun müalicəsini davam etdirə bilmir və bu səbəblərdən onu evə yerləşdirmişlər. Hal-hazırda hər gün X2na dərmanlar qəbul etdirməklə onu evdə saxlayırlar. X2 öz hərəkətlərini dərk etmir və öz iradəsini ifadə edə bilmir. X1 ağır dərəcədə kəmağıllıq, kobud nitq pozuntuları olmaqla yanaşı hərəkətlərini, davranışlarını, danışıq və qidalanmasını idarə edə bilmir. O, faktiki olaraq fəaliyyət qabiliyyətini itirmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, 15179236 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1726 saylı rəyindən görünür ki, X5 Epilepsiya xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu, yaddaş və intellektin enməsi ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə 1999-cu ildən başlayaraq yoxlanılan şəxsdə qıcolma tutmalarının biruzə verməsi, bununla əlaqədar nevropatoloq nəzarətində müalicələrdə olması, həmçinin qıcolmaların və yaddaş pozuntularının biruzə verməsi ilə əlaqədar AR SN-nın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə edilərək “Ensefalopatiya. Parsial epulepsiya ikincili generalizə olunmuş tonik-klonik qıcolma tutmaları. İntellektin enməsi. Şəxsiyyət dəyişkənliyi’ diaqnozu ilə müalicə qəbul etməsi, daha sonralar isə davranış pozuntuları biruzə verdiyi üçün AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında “Parsial epilepsiya nəticəsində şəxsiyyətin dəyişikliyi, davranış pozuntuları, yaddaş və intellektin enməsi, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicələrdə olması, son zamanlar yeni psixi vəziyyəti pisləşdiyi üçün təkrarən xx.xx.2020-ci il tarixdə AR SN-nın Respublika Psixiatriya Xəstəxanasına qəbul edilərək hal-hazırda “Parsial epilepsiya nəticəsində şəxsiyyət dəyişikliyi, yaddaş və intellektin enməsi, tez-tez baş verən baş verən qıcolma tutmaları və psixotik daxil olmalarla” diaqnozu ilə stasionar müalicədə olması, hazırki müayinə zamanı zahirən bir qədər narahat və gərgin olması, əhval-ruhiyyəsinin aşağı olması, suallara əsəbi tərzdə cavablar verməsi, anamnestik məlumatları ardıcıl çatdırmaqda, hadisələri xronoloji ardıcıllıqlarını yada salmada çətinlik çəkməsi, intellektual enmə əlamətlərinin müəyyən edilməsi, söylədiklərinə və düşdüyü vəziyyətə görə tənqidi münasibətinin olmaması, sorğu gedişatında qeyri-adekvat ağlamsınması, əsəbiliyi, əhval-ruhiyyəsini dəyişkənliyi, emosional qeyri-sabitliyi və s.) sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, X9 hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, xx.xx.1979-cu il təvəllüdlü X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X7öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 1726 saylı rəyiilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMANMƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-247/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-247/2020
13.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver