Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-249/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 hər birinə 8280 (səkkiz min iki yüz səksən) manat kompensasiya ödənilmək şərtilə onların Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən ona məxsus olan fərdi yaşayış evi üzərində istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin öz əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən, ümumi sahəsi 67.04 kv.m. olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona - İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evində cavabdehlər, yəni onun övladları Cavabdeh2 və Cavabdeh1 qeydiyyatdadırlar, lakin həmin mənzildə yaşamır. Hazırda ona məxsus olan həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirmək, həmin əmlakı özgəninkiləşdirmək istəsə də, cavabdehlər buna razılıq vermir. İndiki halda, onunla cavabdehlər arasında ona məxsus olan sözügedən fərdi yaşayış evi üzərində cavabdehlərin istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisə qarşılıqlı razılıq əsasında həll oluna bilmir. Buna görə də ona məxsus qeyd edilən fərdi yaşayış evi üzərində öz mülkiyyət hüququnu maneəsiz həyata keçirməyi üçün cavabdehlərə müvafiq kompensasiya verilməklə onların həmin fərdi yaşayış evindən istifadə etmək hüquqlarına məhkəmə qaydasında xitam verilməsi zərurəti yaranmışdır. Sözügedən fərdi yaşayış evinin orta aylıq kirayə haqqının müəyyən edilməsi üçün tərəfindən qiymətləndirmə şirkətinə müraciət edilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi 02-71/24 nömrəli 15 may 2024cü il tarixli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən, 3 otaqlı, ümumi sahəsi 67.04 kv.m. təşkil edən fərdi yaşayış evinin tələb və təklifin təşkkülü nəticəsində orta aylıq kirayə haqqının dəyəri 15 may 2024-cü il tarixinə 230 (iki yüz otuz) manat təşkil edir. Həmin orta aylıq kirayə haqqını 3 il (36 ay) üzrə hesabladıqda 8280 (səkkiz min iki yüz səksən) manat olur (formalaşmış məhkəmə təcrübəsinə əsasən fərdi yaşayış evi üzərində istifadə hüququna xitam verilən zaman hüquqlarına xitam verilən şəxsə təyin edilən kompensasiyanın məbləği həmin fərdi yaşayış evi ilə oxşar şəraitli evin 3 illik kirayə haqqı məbləğinə bərabər tutulur). Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ekspert rəyi ilə razı olmadığını, həmin ərazidəki maklerlərin verəcəyi qiymətlə razı ola biləcəyini bildirdi. Və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən 67,04 kv.metrlik fərdi yaşayış evi xx.xx.2018-ci ildən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 30868 reyestr nömrəli, 4177A inventar saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, 5 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1997-ci il tarixli sərəncamı əsasında X1 adına qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin “15” may 2024-cü il tarixli, 02-71/24 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış evinin həmin tarixə orta aylıq kirayə haqqı isə 230 manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 76 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri 50000 manat, bu tip fərdi yaşayış evinin aylıq kirayə haqqı isə 300 manat təşkil edir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 2-ci küçə, 2-ci dalan, ev 5: X5 Arif küçəsi 70 saylı evin bazar dəyərinin həmin tarixə bazar dəyəri 33.510.0 (otuz üç min beş yüz on) manat, evin yerləşdiyi ərazidə eyni şəraitli fərdi yaşayış evinin kirayə haqqı isə 250-200 manat arasında dəyişə biləcəyi müəyyən edilmişdir. "xxxx" MMC-nin xərcləri olan 500(beş yüz) manat qiymətləndirmə xərclərinin 250 (iki yüz əlli )manatı iddiaçı tərəfindən ödənilmiş yerdə qalan 250 (iki yüz əlli manat) məbləğin cavabdeh tərəflərin üzərinə qoyulması xahiş edilmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatlardan görünür ki, Nuriyev X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivi, 2-ci küçəsi, dalan 2, ev.5 ünvanında qeydiyyatdadır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatlardan görünür ki, Nuriyev X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq Massivi, 2-ci küçəsi, dalan 2, ev.5 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli yaşayış evi - yəni yaşayış sahəsi 33,74 kv.metr, köməkçi sahəsi 33,3 kv.metr olan, 2 otaqdan ibarət 70 saylı ev xx.xx.1997-ci ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, həmin evdə iddiaçı, onun qızı və kürəkəni, və Cavabdeh1 yaşayırlar. Digər cavabdeh öz ailəsi ilə birlikdə başqa yerdə yaşayır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 8280 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən öz əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun dəlili bundan ibarətdir ki, cavabdehlər həmin evdə yaşamırlar və öz hərəkətləri ilə mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Bu səbəbdən cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına pul ödənilməklə xitam verilməlidir. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi 1997-ci ildən iddiaçının mülkiyyətindədir. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı hazırki Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu normaların tələbinə əsasən cavabdehlərin hər ikisinin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ mövcuddur və bu hüquq iddiaçı tərəfindən mübahisələndirilmir. Hazırda əsas mübahisə həmin hüquqa xitam verilməsi ilə bağlı təklif edilən məbləğ barəsindədir. İstifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya institu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. İşdən görünür ki, cavabdehlərin hər ikisini mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardır, bu hüquq iddaçı tərəfindən də qəbul olunur. İş materialları ilə və Cavabdeh2 izahatı ilə müəyyən edilir ki, o, mübahisəli mənzildə yaşamır. Digər Cavabdeh1 isə mübahisəli mənzildə yaşasa da, iddiaçı ilə münasibətləri gərgindir. İşdən görünür ki, tərəflər arasında münasibətlər yaxşı deyildir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsaslanmaqla belə nəticəyə gəlir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın bazar dəyəri və kirayə haqqı müəyyən edilmişdir. Premium Qiymətləndirmə” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış həmin tarixə orta aylıq kirayə haqqı 200-250 manat təşkil edir. Məhkəmə mütəxəssis rəyini əsas götürərək cavabdehlərin hər birinə 8640 manat kompensasiya ödənilməsini məqbul hesab edir. Məhkəmənin qənaətinə görə bu məbləğ mübahisəli evə oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 36 ay) təmin olunmağa kifayət edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X6rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 8640 manat (240 manat x 36 ay) kompensasiya ödənilməsi müqabilində onların Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi 70 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatı üçün tələb edilən 250 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 hər birinə 8640 manat kompensasiya ödənilməsi müqabilində onların Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi 70 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 öz əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2-ci küçə, 2-ci dalan, ev 5, yeni qaydalarla: Hüseyn Arif küçəsi ev 70 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis tədqiqatı üçün tələb edilən 250 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab nömrəsi: Z85ACAB********************,Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu-505000) xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-249/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-249/2025
14.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver