Məhkəmə qərarları › İş №2(012)-2507/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2507/2024

10.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2507/2024 10.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın və qərarın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB X6 Sahəsi tərəfindən göndərilmiş xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktın və 29 sentyabr 2017-ci il tarixli qərarın 1296 m3 qaz sərfiyyatı və 339,71 manat borc barədə saldonun qanunsuz hesablanmış olduğuna görə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB X6 Sahəsi tərəfindən xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktın, 29 sentyabr 2017-ci il tarixli qərarın ləğv edilməsi və abonent saldosu üzrə qanunsuz hesablanmış 339,71 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmiş və izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi onun sahibliyindədir. Həmin evin hasarının üzərinə GPG17033118 nömrəli smart sayğaclı, **********20721 saylı abunə kodlu qaz sayğacı quraşdırılmışdır. xx.xx.2017-ci ildə Cavabdeh Abşeron X5 müfəttişi tərəfindən tərtib edilmiş ******* saylı aktda göstərilmişdir ki, Cavabdeh İB-nin 29/171000635-1 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 1302AZ**********75 nömrəli sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində deşilmişdir və itirilmiş qazın bərpası üçün dəymiş ziyan ödənilməlidir. 29 sentyabr 2017-ci ildə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və 339,71 manat məbləğin ödənilməsi barədə (1.2X6X180) sənəd tərtib etmişdirlər. Qaz xətti evinin kənarında olduğuna görə o, həmin qaz xəttinə görə hər hansı məsuliyyyət daşıya bilməz. Belə ki, sayğac yaşadığı evdən 100 metrlik məsafədə, çöldə yerləşir. Hesab edir ki, Cavabdeh ******* saylı aktı qanunsuz və əsassızdır, bu səbəbdən həmin akt ləğv olunmalı və akt əsasında hesablanmış 339,71 manat cərimə borcu silinməlidir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmiş, lakin daha sonra məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı evə quraşdırılmış qaz sayğacına 03 may 2017-ci il tarixdə baxış keçirilmiş və köhnə sayğac yeni sayğac ilə əvəz olunmuşdur. Sayğaca baxış keçirilən zaman iddiaçının təbii qazdan istifadəyə görə ödəniş etmədən qazdan istifadə etdiyi və sayğacda deşik açıldığı aşkar edilmiş, bu səbəbdən Cavabdeh əməkdaşları tərəfindən 29 sentyabr 2017-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Qeyd edir ki, İddiaçı 29 sentyabr 2017-ci il tarixli, ******* nömrəli aktın ləğvini və həmin akt əsasında ona hesablanmış 339,71 manat borcun silinməsini xahiş etsə də sözügedən akta görə iddiaçıya 259,20 manat məbləğində cərimə hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən akta əsasən hesablanmış cərimə məbləği ilə yanaşı təbii qazdan istifadəyə görə yaranmış 80,5 manat borc da mübahisələndirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 sentyabr 2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış (abonent kodu: **********20721) sayğaca baxış keçirilən zaman Cavabdeh İB-nin 29/1710-00635-1 saylı, xx.xx.2017-ci il tarixli rəyinə əsasən 1302AZ**********75 nömrəli sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə (abonent kodu: **********20721) 259,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 339,71 manat borcun silinməsini xahiş etsə də iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abonent kodu **********20721) 25 sentyabr 2017-ci il tarixli, ******* saylı akt tərtib edilərək 259,20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X6 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Əliyev X3 rayonu, Müşfiqabad qəsəbəsi, ev 5 b, mənzil 72 A ünvanında yerləşən evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 259,20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktın, 29 sentyabr 2017-ci il tarixli qərarın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, 25 sentyabr 2017-ci il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən,həmçinin 29 sentyabr 2017-ci il tarixli qərarın mövcudluğu ilə bağlı hər hansı bir sübut müəyyən edilmədiyindən rədd edilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı (abonent kodu: **********20721) ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış qaz sayğacına görə 25 sentyabr 2017-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 259,20 manat cərimə silinsin. İddia tələbi 25 sentyabr 2017-ci il tarixli, ******* saylı aktın və 29 sentyabr 2017-ci il tarixli qərarın ləğv olunması hissəsində rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar