Məhkəmə qərarları › İş №2(012)-2519/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2519/2024

28.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2519/2024 28.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh məxsus 0,08 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin (çoxmənzilli yaşayış binasının) Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2519/2024 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş materialları müvafiq rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə ərizə ünvanlayaraq mülki işin məhkəməyə geri qaytarılmasını xahiş etmişdirlər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2519/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini və iş üzə icraata xitam verilməsini xahiş etdilər. Onlar bu barədə məhkəməyə ərizə təqdim etdilər. Cavabdeh iddiaçılar ilə razılığa gəldiklərini bildirərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərələri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Barışıq sazişi aşağıdakı kimi tərtib edilmişdir: Abşeron Rayon Məhkəməsinin icraatında olan İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 X3 qarşı “ünvan 1 ünvanında Cavabdeh məxsus 0,08 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin (çoxmənzilli yaşayış binasının) Cavabdeh hesabına sökülməsi” barədə mülki iş üzrə öz aramızda aşağıda göstərilən şərtlərlə bu barışıq sazişini bağladılar. Müqavilənin predmeti: 1.İddiaçı1 və Qasımov X1 rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi ilə Əlihüseyn Əsgərov küçəsinin kəsişməsində, Cavabdeh tərəfindən yaşadıqları, onlara məxsus ünvan 3 məxsus evin həyətyanı torpaq sahəsinin hasarından ən azı 4 metr məsafə (evin bütün mərtəbələri daxil olmaqla) saxlanılmaq, onlara məxsus həyət və hasar istiqamətində hər hansı bir pəncərə, balkon və ya giriş qapısı qoyulmamaq şərtilə evin ümumi hündürlüyü 7,6 metr, qanunvericilikdə nəzərdə tutulmuş ölçülərə uyğun mansard da daxil olmaqla dam örtüyünün ən hündür nöqtəsinin maksimal hündürlüyü 11,9 metr olan 2 mərtəbəli fərdi yaşayış evinin tikilməsinə etiraz etmirlər. 2.Cavabdeh ilkin olaraq öz üzərinə öhdəlik götürür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi ilə Əlihüseyn Əsgərov küçəsinin kəsişməsində fərdi yaşayış evinin inşa edilmiş hissələrində 4 metrlik məsafə (evin bütün mərtəbələri daxil olmaqla) saxlanılmaq şərtindən kənar olaraq İddiaçı1 və İddiaçı2 yaşadığı ev istiqamətində inşa etdiyi çıxıntıları (30-120 sm. ölçüdə) və 3-cü mərtəbənin inşası üçün atılmış konstruksiyaları tamamilə sökəcəkdir, bu şərtə əməl olunmadığı təqdirdə barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadının bu bəndin icra olunması hissəsində müvafiq icra şöbəsinə göndərilməsinə və məcburi qaydada sökülməsinə etiraz etmir. 3.Cavabdeh öz üzərinə öhdəlik götürür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarın tələblərinə uyğun olaraq, İddiaçı1 və İddiaçı2 yaşadığı, onlara məxsus olan ünvan 3 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin hasarından 2 mərtəbəli olmaqla ən azı 4 metr məsafə (evin bütün mərtəbələri daxil olmaqla) saxlanılmaq, onlara məxsus həyət və hasar istiqamətində hər hansı bir pəncərə, balkon və ya giriş qapısı qoyulmamaq, evin ümumi hündürlüyü 7,6 metr, qanunvericilikdə nəzərdə tutulmuş ölçülərə uyğun mansard da daxil olmaqla dam örtüyünün ən hündür nöqtəsinin maksimal hündürlüyü 11,9 metr olmaq şərtilə inşa edəcəkdir, həmçinin, ev üzərində hüquqları qeydə alınarkən layihə sənədlərini də müvafiq orqana bu sazişdə nəzərdə tutulan şərtlər nəzərə alınmaqla təqdim edəcəkdir, bu şərtə əməl olunmadığı təqdirdə barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadının bu bəndin icra olunması, yəni, İddiaçı1 və İddiaçı2 yaşadığı, onlara məxsus olan ünvan 3 ünvanında yerləşən ev, evin həyətyanı torpaq sahəsi, hasar istiqamətində hər hansı bir pəncərə, balkon və ya giriş qapısı açıldığı təqdirdə pəncərənin, giriş qapısının və ya bakonun sökülməsi, bağlanması, hörülməsi üçün müvafiq icra şöbəsinə göndərilməsinə və məcburi qaydada bu hərəkətlərin həyata keçirilməsinə etiraz etmir. 4.İddiaçı1 və İddiaçı2 öz üzərlərinə öhdəlik götürür ki, fərdi yaşayış evi Cavabdeh tərəfindən yuxarıda qeyd olunan şərtlərlə inşa olunduğu təqdirdə sonuncuya qarşı məhkəmələrdə olan bütün iddia tələblərindən imtina edəcəkdir. 5.Cavabdeh öz üzərinə öhdəlik götürür ki, fərdi yaşayış evinin inşası zamanı yuxarıda göstərilən şərtlərin pozulduğu təqdirdə barışıq sazişinin təsdiq olunması barədə bu qərardada əsasən tikilinin ümumiyyətlə sökülməsi barədə icra sənədinin icraya göndərilməsi ilə razılaşır.

6. Saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. 7.Saziş 07 nüsxədə tərtib olunub, nüsxələrin hər biri eyni qüvvəyə malikdir, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə tərəflərdə saxlanılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Bundan başqa, işdən görünür ki, İddiaçı1 hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə iddiaçıların iddiadan imtinaları qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. İddiaçı1 və Qasımov X1 rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi ilə Əlihüseyn Əsgərov küçəsinin kəsişməsində, Cavabdeh tərəfindən yaşadıqları, onlara məxsus ünvan 3 məxsus evin həyətyanı torpaq sahəsinin hasarından ən azı 4 metr məsafə (evin bütün mərtəbələri daxil olmaqla) saxlanılmaq, onlara məxsus həyət və hasar istiqamətində hər hansı bir pəncərə, balkon və ya giriş qapısı qoyulmamaq şərtilə evin ümumi hündürlüyü 7,6 metr, qanunvericilikdə nəzərdə tutulmuş ölçülərə uyğun mansard da daxil olmaqla dam örtüyünün ən hündür nöqtəsinin maksimal hündürlüyü 11,9 metr olan 2 mərtəbəli fərdi yaşayış evinin tikilməsinə etiraz etmirlər.

2. Cavabdeh ilkin olaraq öz üzərinə öhdəlik götürür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi ilə Əlihüseyn Əsgərov küçəsinin kəsişməsində fərdi yaşayış evinin inşa edilmiş hissələrində 4 metrlik məsafə (evin bütün mərtəbələri daxil olmaqla) saxlanılmaq şərtindən kənar olaraq İddiaçı1 və İddiaçı2 yaşadığı ev istiqamətində inşa etdiyi çıxıntıları (30-120 sm. ölçüdə) və 3-cü mərtəbənin inşası üçün atılmış konstruksiyaları tamamilə sökəcəkdir, bu şərtə əməl olunmadığı təqdirdə barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadının bu bəndin icra olunması hissəsində müvafiq icra şöbəsinə göndərilməsinə və məcburi qaydada sökülməsinə etiraz etmir. 3.Cavabdeh öz üzərinə öhdəlik götürür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın, “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarın tələblərinə uyğun olaraq, İddiaçı1 və İddiaçı2 yaşadığı, onlara məxsus olan ünvan 3 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin hasarından 2 mərtəbəli olmaqla ən azı 4 metr məsafə (evin bütün mərtəbələri daxil olmaqla) saxlanılmaq, onlara məxsus həyət və hasar istiqamətində hər hansı bir pəncərə, balkon və ya giriş qapısı qoyulmamaq, evin ümumi hündürlüyü 7,6 metr, qanunvericilikdə nəzərdə tutulmuş ölçülərə uyğun mansard da daxil olmaqla dam örtüyünün ən hündür nöqtəsinin maksimal hündürlüyü 11,9 metr olmaq şərtilə inşa edəcəkdir, həmçinin, ev üzərində hüquqları qeydə alınarkən layihə sənədlərini də müvafiq orqana bu sazişdə nəzərdə tutulan şərtlər nəzərə alınmaqla təqdim edəcəkdir, bu şərtə əməl olunmadığı təqdirdə barışıq sazişinin təsdiq olunması barədə məhkəmə qərardadının bu bəndin icra olunması, yəni, İddiaçı1 və İddiaçı2 yaşadığı, onlara məxsus olan ünvan 3 ünvanında yerləşən ev, evin həyətyanı torpaq sahəsi, hasar istiqamətində hər hansı bir pəncərə, balkon və ya giriş qapısı açıldığı təqdirdə pəncərənin, giriş qapısının və ya bakonun sökülməsi, bağlanması, hörülməsi üçün müvafiq icra şöbəsinə göndərilməsinə və məcburi qaydada bu hərəkətlərin həyata keçirilməsinə etiraz etmir. 4.İddiaçı1 və İddiaçı2 öz üzərlərinə öhdəlik götürür ki, fərdi yaşayış evi Cavabdeh tərəfindən yuxarıda qeyd olunan şərtlərlə inşa olunduğu təqdirdə sonuncuya qarşı məhkəmələrdə olan bütün iddia tələblərindən imtina edəcəkdir. 5.Cavabdeh öz üzərinə öhdəlik götürür ki, fərdi yaşayış evinin inşası zamanı yuxarıda göstərilən şərtlərin pozulduğu təqdirdə barışıq sazişinin təsdiq olunması barədə bu qərardada əsasən tikilinin ümumiyyətlə sökülməsi barədə icra sənədinin icraya göndərilməsi ilə razılaşır.

6. Saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı1 hazırki mülki iş 2(012)-2519/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı1 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar