Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2541/2021 23.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-yə vurulmuş 4953,70 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 5283,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırdı ki, "İddiaçı” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 04.12.2016-cı il tarixində 14/3603 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış • ə tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ev i təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən : **********07920 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, 1602AZ**********01 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2” nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaıuası faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 26.10.2017-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat; 24.01.2018-ci il tarixli 0137180 saylı akt əsasında 816,60 manat; 24.05.2018-ci il tarixli ******* saylı akt əsasında 1137,60 manat; 21.09.2018-ci il tarixli 0182027 saylı akt əsasında 460,80 manat; 31.10.2018-ci il tarixli 0187948 saylı akt əsasında 21,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018ci il tarixli 0192421 saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli 0200342 saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli 0211168 saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli 0215623 saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli 0230749 saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019 cu il tarixli ******* saylı akt əsasında 194,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.04.2020- ci il tarixli ******* saylı akt əsasında 252 manat; 15.09.2020-ci il tarixli 009034 saylı akt əsasında 32 manat olmaqla, cəmi 4933,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 13,20 manat, əvvəlki illərədən isə sayğac üzrə 7,30 manat borcu qalmışdır. Məlumat üçün bildirir ki, cavabdeh 2017-2020-ci illər ərzində təbii qaza cəmi 34,10 manat pul ödəmişdir Buda onu göstərir ki cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb, lakin o yenidən qanunsuz xətti bərpa etmişdir. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 4953,70 manat təşkil etməkdədir. "İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 4953,70 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə cərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfi mizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materialarında olan 26.10.2017-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat; 24.01.2018-ci il tarixli 0137180 saylı akt əsasında 816,60 manat; 24.05.2018-ci il tarixli ******* saylı akt əsasında 1137,60 manat; 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 460,80 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli 0192421 saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019 cu il tarixli ******* saylı akt əsasında 194,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat; 15.09.2020-ci il tarixli 009034 saylı akt əsasında 32 manat olmaqla, cəmi 4933,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, 30.04.2020-ci il tarixli ******* saylı “Təbii X2nın pozulması haqqında” aktı əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində hesablanmış 252 manat cərimə borcu və 20,50 manat debitor borc məhkəmə iclasında sübuta yetirilmişdir. Lakin digər 26.10.2017-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat; 24.01.2018-ci il tarixli ******* saylı akt əsasında 816,60 manat; 24.05.2018-ci il tarixli ******* saylı akt əsasında 1137,60 manat; 21.09.2018-ci il tarixli ******* saylı akt əsasında 460,80 manat; 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat; 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; 28.12.2018-ci il tarixli 0192421 saylı akt əsasında 64,80 manat; 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019 cu il tarixli ******* saylı akt əsasında 194,40 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 15.09.2020-ci il tarixli 009034 saylı akt əsasında 32 manat cərimə borclarının həqiqətən Cavabdeh tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə bağlı çəkdiyi 300 manat xərc çəkməsini sübut edən qəbz məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 1,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 252 manat cərimə, 20,50 manat debitor borc və 1,50 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 274 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NAB Z********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. İddia iddiaçının pozulmuş hüquqlarının bərpasıyla bağlı çəkilmiş 300 manat xərc hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2541/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2541/2021
23.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver