Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2560/2020 04.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı və onun vəkili-nümayəndəsi X4, Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, X5 və Cavabdeh2 qarşı “vərəsəliyin ləğv olunması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2011-ci il tarixli, V/-45 saylı müqavilə üzrə 1 saylı Dövlət Notariat Kontorunda çıxarılmış vərəsəliyin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun atası 2007-ci ildə vəfat etmişdir. Atası ilə münasibətləri yaxşı olmuşdur. Atasından miras qalmış Saray qəsəbəsi, Nəbiyev küçəsi, 46 saylı evin və torpaq sahəsinin vərəsələr arasında bölünməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, o cümlədən məhkəmədən vərəsəliyin müəyyən edilməsini xahiş etmişdir. Lakin hakim vərəsəliyi müəyyən etsə də, atasından qalmış miras əmlakı tam şəkildə bölməmişdir. Belə ki, atası X7 adına olan JN 3890, kod 30800086 saylı dövlət aktına əsasən, Saray qəsəbəsində yerləşən 13,5 sot torpaq sahəsini miras əmlak kimi bölməmiş və həmin torpaq sahəsini paylara daxil etməmişdir. Məhkəmənin gedişində o, məhkəməyə həmin torpaq sahəsinin bölünməsinə dair vəsatət vermişdir ki, həmin torpaq sahəsinin də bölünməsi barədə qərar çıxarılsın. Lakin vəsatəti təmin edilməmişdir. Bundan sonra onun özü DƏDRX-nin 4 saylı X15 müraciət etmişdir. Ona deyilmişdir ki, xx xxxx 2011-ci ildə 1 saylı Dövlət Notariat Kontorunda V/-45 saylı müqavilə ilə onun xəbəri olmadan saxta vərəsəlik şəhadətnaməsi çıxararaq cavabdehlər Cavabdeh5 təşkilatçılığı ilə atasından miras qalmış torpaq sahəsini sənədləşdirərək satmışlar. Miras əmlak üzrə digər vərəsələr bu işləri görərkən ona bildirməmişlər. Cavabdehlər bütün bu işləri gizli şəkildə görmüşlər. Atasından miras qalmış torpaqdan ona çatan miras payı saxta yolla sənədəşdirib satmışlar. Onun 1 otaqlı evi var idi. Növbəyə duraraq Ceyranbatan ərazisindən almışdır. 2011-ci ildə 1 saylı Notarisuda qeyri-qanuni vərəsəlik işi açılmışdır. Pay torpaqlarından o, istifadə etməmişdir. Atası öldükdən sonra torpağı ondan gizlətmişlər. Atasının ev sənədi onda, torpaq isə digər bacıqardaşlarında olmuşdur. Hal-hazırda Cavabdeh5 yoldaşı ata evini satmaq istəyir, halbuki o evdə onun xəstə bacısı qalır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi X10 iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh5 məhkəmə iclasında izahatında bildirdi ki, 2011-ci ildə torpağı Cavabdeh3 adına keçirmişlər. Ondan əvvəl torpaq atasının adına olmuşdur. Atası 2007-ci ildə vəfat etmişdir. 2011-ci ildə torpağı sənədləşdirəndə iddiaçının məlumatı olmuşdur. O, hətta torpağa görə iddiaçıya pul da təklif etmişdir. Lakin iddiaçı razılaşmamışdır. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, onlar ailədə 4 qardaş və 4 bacı olmuşlar. Böyük qardaşları Davudov Qubar 3 ildir ki, rəhmətə getmişdir və ailəli olmuşdur. X6 ərazisində ev almışdır. Qardaşı demşdir ki, İsrafil böyüsün təzəsini alaq. Lakin razılaşmamışdır. Sonradan qardaşı iddiaçıya 25 sot Xırdalanda torpaq almışdır. İddiaçı razılaşmayaraq həmin torpağı da satmışdır. Onların hamısına Sarayda pay torpağı verilmişdir. Qardaşı rəhmətə gedəndən sonra iddiaçı ata evini satmaq istəmişdir. Atası rəhmətə getdikdən sonra ata evi onun adına keçmişdir və sənədi rəhmətlik qardaşına vermişdir. Torpağı sonradan satmış, puluna Ceyranbatanda torpaq alıb, ev tikmişdir. Atasının digər torpaqları atasının sağlığında illər əvvəl satılmışdır. Cavabdeh2 Cavabdeh3 izahatı ilə eyni məzmunda izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdehlər X5 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını münkün hesab etdi. İş materiallarında olan DTXK Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN63890, kod 30800086 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Abşeron rayonu. Saray qəsəbəsində yerləşən 0,1642 hektar olan torpaq sahəsi X7, Cavabdeh4, Cavabdeh3 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Dövlət Notariusu tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli, 2V/-45 №-li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxxx 2007-ci ildə vəfat etmiş X7 vərəsəsi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, yataqxana, ev, m 15-də yaşayan Cavabdeh3 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsindən mərhum X8 düşən payından 0,04105 ha torpaq sahəsi irs almalıdır. İş materiallarında olan xx xxxx 2011-ci il tarixli arayışdan görünür ki, həqiqətən X1 rayonu, Saray qəsəbəsi, Rövşən Nəbiyev küçəsi 46№-li evdə yaşamış və xx xxxxxx 2007ci ildə rəhmətə gedən vaxt Cavabdeh4 Miqələm qızı və X3 ilə bir yerdə yaşamışdır. İş materiallarında olan Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 269061 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2007-ci il tarixdə “ürəyin derompensasiyasından” vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilir ki, iddiaçının iddia ərizəsində və məhkəmədə göstərdiklər hallar işin faktiki halları ilə uyğunluq təşkil etmir. Belə ki, iddiaçı göstərmişdir ki, xx xxxxxx 2007-ci il tarixdə atası X13 vəfat etdikdən sonra atasından miras qalmış mübahisəli Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1642 ha torpaq sahəsinin onun xəbəri olmadan cavabdehlərin sənədləşdirərək satmışlar. Lakin iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, miras əmlakı nə faktiki, nə də qanun üzrə qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1273-cü maddəsinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1273-1-ci maddəsinə görə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Ona görə də məhkəmə yuxarıda sadalanan hüquq normalarına istinad edərək hesab edir ki,vərəsəliyin açılma müddətindən 13 ilə yaxın bir müddət keçdikdən sonra iddiaçının xx xxxx 2011-ci il tarixli, V/-45 saylı müqavilə üzrə 1 saylı Dövlət Notariat Kontorunda çıxarılmış vərəsəliyin ləğv olunması tələbini irli sürməsi formal mülahizə olduğundan və iddianın təmini üçün hüquqi əsas olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xx xxxx 2011-ci il tarixli, V/-45 saylı müqavilə üzrə 1 saylı Dövlət Notariat Kontorunda çıxarılmış vərəsəliyin ləğv olunmasına dair İddiaçı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2560/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2560/2020
04.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver