Məhkəmə qərarları › İş №2(012)-2571/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2571/2023

07.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2571/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 07 avqust 2023-cü il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək,bacısı oğlu xx.xx.1987-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci il təvəllüdlü X11 ərizəçinin bacısı oğludur, Vüsal anadangəlmə idiotiya (əqli gerilikdən) əziyyət çəkir, kənar şəxslərin daimi qulluğuna ehtiyacı vardır. Ona ağır dərəcəli əqli gerilik diaqnozu üzrə birinci dərəcəli əlillik verilmişdir. X1 rayonu, Xırdalan şəhəri, X15, 7-ci küçə ev 14 ünvanında qeydiyyatdadır. Onun valideynləri - atası X8 2017-ci ildə, anası onun doğma bacısı X6 2016-cı ildə vəfat etmişdir. Onların Vüsaldan başqa övladı olmamışdır. Valideynlərini itirdiyi vaxtdan bacısı oğlu Teymurov Vüsal onun himayəsindədir.Vüsalın ondan başqa qohumu yoxdur. xx.xx.2018-ci il tarixli Maraqlı şəxs sərəncamı ilə X11 üzərində xalası kimi o, patronaj (köməkçi) təyin olunmuşdur. Köməksiz vəziyyətdə olduğuna görə Vüsal daim onun nəzarəti altında olmuşdur. İndi də Vüsala o, baxır, onunla birlikdə yaşayır. Onun vəziyyəti ildən-ilə ağırlaşmış, fəaliyyət qabiliyyətini itirmişdir. Heç bir idarə, müəssisədə Vüsalın imzası götürülmür. Ümumiyyətlə, Vüsal Teymurov hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyildir. Odur ki, X4 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs olan Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmənin əvvəlki iclasında ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə verdiyini dildirmişdir.Məhkəmənin sonrakı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis Şöbəsi tərəfindən xx.xx.2008-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan 05 iyul 1958-ci il tarixli, İ-İE 642030 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 atası X10, anası X3 olmaqla xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur. Mülki işin materiallarında olan 09 avqust 1952-ci il tarixli, İ-İE 889273 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 atası X10, anası X3 olmaqla xx.xx.1952-ci ildə Bakı şəhərində doğulmuşdur. Mülki işin materiallarında olan AA4307644 nömrəli şəxsiyyət vəsiqəsinin və doğum haqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, atası X8, anası X2r. Mülki işin materiallarında olan 08 fevral 1991-ci il tarixli, V-JQ 387080 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X9 xx.xx.1991-ci ildə 38 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Mülki işin materiallarında olan 23 dekabr 2016-cı il tarixli, AZ-İ 847773 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 dekabr 2016-cı ildə ölmüşdür. Mülki işin materiallarında olan 21 sentyabr 2017-ci il tarixli, AZ-İ 901099 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 sentyabr 2017-ci ildə ölmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 13 saylı Tibbi-Sosial Ekspert Komissiyasında təkrar müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X5 “ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur və o, İ qrup əlildir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 23 may 2016-cı il tarixli, 1615 saylı arayışından görünür ki, X7 “ağır kəmağıllıq. F72.0” diaqnozu qoyulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli, 002251 saylı vəsiqənin surətindən görünür ki, X11 ümumi xəstəlikdən İ qrup əlildir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2023-cü il tarixli 1716 saylı rəyindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunmuşdur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə X5 ağır dərəcəli əqli gerilik aşkar olunmuşdur. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. O, xalası – Ərizəçi himayəsində yaşayır və daima qulluğa ehtiyacı vardır, hərəkətlərinə nəzarət etmək və öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyəti yoxdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 xx.xx.2023-cü il tarixli 1716 saylı rəyi ilə razılaşıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş X4 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar