Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2620/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, Ərizəçi nümayəndəsi-anası X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktı” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolunun Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı Ərizəçi nümayəndəsi-anası X2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolunun AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003cü il tarixli qərarı ilə ərizəçiyə ayrılmışdır. Ərizəçi həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ƏMDX yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, sözügedən qurumun 12.02.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolundan çıxarışla şəxsiyyət vəsiqəsində qeyd edilən soyadda uyğunsuzluq vardır. Ərizəçiyə kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsinin ayrılması barədə iclasın gündəliyinə dair 13 №-li protokolda hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolun Ərizəçi məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən zaman Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-anası X2 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Mehdiabad qəsəbə sakini “X3”na kənd təsərrüfatı məqsədi ilə 0,25 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən A seriyalı 126133 №-li “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənədin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, sahəsi 2400 kv.m təşkil edən torpaq sahəsi Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li qərarı ilə Ərizəçi tikinti məqsədi ilə verilmiş və X6 kitabında 03 fevral 2009-cu il tarixdə 11489 № ilə uçota alınmışdır. İş materiallarında olan SƏYYAR-ASAN3 tərəfindən 13 mart 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçidur. İş materiallarında olan 12 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən Ərizəçi verilən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən müəyyən edilir ki, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolundan çıxarışda hüquq sahibi “X3” göstərilməsinə baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyi aşkar edildiyindən dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Ərizəçi və onun nümayəndəsi-anası X2 hesab edirlər ki, Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolunda göstərilən X3 məhz ərizəçinin özüdür, lakin ilkin ayırma sənədində ərizəçiyə verilərkən texniki səhv ucbatından ərizəçinin soyadı səhv göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizəçinin və onun nümayəndəsinin izahatlarından və təqdim edilən sənədlərdən Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolunda göstərilmiş “X3” ilə SƏYYAR-ASAN3 tərəfindən 13 mart 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”nun eyni şəxs olmaları və beləliklə, həmin protokolun adıçəkilən şəxsə məxsus olması faktı işdə olan sübutlarla təsdiqini tapdığından ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayon Mehdiabad bələdiyyəsinin 27 oktyabr 2003-cü il tarixli 13 №-li protokolunun SƏYYAR-ASAN3 tərəfindən 13 mart 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi “Ərizəçi”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2620/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2620/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver