Məhkəmə qərarları › İş №2(012)-2623/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2623/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2623/2021 04.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 04 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-062A KOD 30800076 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 27may 1957-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə onun, eləcə də anası və anasının soyadı göstərilməsə də, “ata” qrafasında “Xanağa Əlihəsən oğlu”, “ana” qrafasında isə “Xanım İmanqulu qızı” qeyd edilmişdir. 22 mart 1985-ci il tarixdə X8 ilə nikah bağladıqdan sonra onun soyadını götürmüş, şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edilmişdir. 2005-ci ildə Respublikada aparılan torpaq islahatı zamanı qəsəbə sakinləri siyahısında ərizəçi “X2” kimi göstərilmişdir. Bu səbəbdən də Abşeron rayon Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə 0.15 ha torpağın mülkiyyətə verilməsinə dair JN-062A KOD 30800076 saylı şəhadətnamədə onun ad, soyad, ata adı “X2” kimi qeyd edilmişdir. Bunla bağlı ərizəçi komissiyaya müraciət etmiş, həmin komissiya bacılarının hər ikisinin soyadlarının (babasının “Əlihəsən” adına uyğun olaraq) “Əlihəsənova” olduğuna görə onun da soyadının eyni olması qənaətinə gəldiklərini bildirmişdir. Ərizəçi həmin şəhadətnamənin Dövlət Reyestrindən çıxarışla əvəz edilməsi üçün ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, cavab məktubunda isə ad, soyad, ata adının şəhadətnamədə “X2” kimi, lakin şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd edildiyini əsas gətirərək onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan 868108 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Rəfiqə Xanağa qızı xx.xx.1957-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. X5, anası isə Xanım İmanqulu qızıdır. Mülki işin materiallarında olan 412955 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, 22 mart 1985-ci il tarixdə X4 Nazim Hüseyn ilə nikaha daxil olmuş və “Bəşirova” soyadını qəbul etmişdir. Mülki işin materiallarında olan JN-062A KOD 30800076 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən edilir ki, 1-ci sırada «X2» olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilən 29.01.2021-ci il tarixli, **********39 №-li məktubdan müəyyən edilir ki, JN-062A KOD 30800076 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ad və ata adında vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad və ata adı ilə kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-062A KOD 30800076 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə «X2» göstərildiyi halda vətəndaşın şəxsiyyət vəsiqəsində «X1» kimi qeyd aşkar olunmuşdur. Bunun üçün də Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 27 aprel 2021-ci il tarixli, 30 №-li məktubdan müəyyən edilir ki, həqiqətən də, torpağın mülkiyyətə verilməsinə dair JN-062A KOD 30800076 saylı şəhadətnamə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-062A KOD 30800076 saylı şəhadətnamə Ərizəçi məxsusluğu təsdiq edildiyindən ərizə əsaslı olduğu üçün təmin edilməli, JN-062A KOD 30800076 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-062A KOD 30800076 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar