Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-264/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Hajıeva Aıdenin, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyun 2000-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində onunla Cavabdeh arasında bağlanmış “Alqı-satqı” müqaviləsinin ləğv edilməsini və Cavabdeh müqavilənin şərtlərinə görə ödədiyi 4500 manat, notariat xərclərinə görə ödədiyi 500 manat və dəbbə pulu olaraq 450 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 09 iyun 2020-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində onunla Cavabdeh arasında bağlanmış “Alqı-satqı” müqaviləsinin ləğv edilməsini və Cavabdeh müqavilənin şərtlərinə görə ödədiyi 4500 manat, notariat xərclərinə görə ödədiyi 500 manat və dəbbə pulu olaraq 450 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, 2020-ci ilin may ayında “Facebook” sosial şəbəkəsində Cavabdeh Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,02 ha torpaq satması barədə elan yerləşdirmişdir. O, cavabdehlə əlaqə saxlayaraq 0,02 ha torpaq sahəsinin qiyməti barədə maraqlanmışdır. Cavabdeh torpaq sahəsinin 5000 manata satması barədə ona məlumat vermişdir. Cavabdehlə görüşüb satmaq istədiyi torpaq sahəsini yerləşdiyi yerə getmişlər. Cavabdeh torpaq sahəsini ona göstərmişdir. Cavabdehlə razılaşaraq 4500 manata torpaq sahəsin almaq istəmişdir. 09 iyun 2020-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində torpaq sahəsinin icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,02 ha torpaq sahəsini almışdır. Torpaq sahəsini alqı-satqı edərkən 500 manat notariusda əlavə xərci çıxmışdır. 24 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış almışdır. Bir müddət keçəndən sonra ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edərək aldığı torpaq sahəsinin plan ölçüsü sənədinin verilməsini xahiş etmişdir. 18 sentyabr 2020-ci il tarixli **********78 saylı məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Ərazi İdarəsi bildirmişdir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, həmin yerdən 140 metr aralıda yerləşir, torpaq sahəsinin yeri dəyişdirilmişdir, koordinatlarının müəyyən edilməsini istəmişdir. Mütəxəssislərin yoxlaması nəticəsində bəlli olmuşdur ki, cavabdeh tərəfindən ona göstərilən satdığı torpaq sahəsinin heç bir sənədi yoxdur və heç kimin mülkiyyətində deyildir. Müəyyən olunmuşdur ki, ona satılan torpaq sahəsi tamamilə başqa istiqamətdədir və həmin torpaq sahəsi mişar daşı ilə əhatəyə alınmış və ev tikilmişdir. Sonradan Cavabdeh ilə telefon əlaqəsi saxlayaraq torpaq sahəsinin geri qaytarılmasın və ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh tez bir zamanda qaytaracağını bildirsə də, sonradan telefonuna zəng çatmamışdır. Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsi qərar qəbul edərək məhkəməyə müraciyyət etməyini tövsiyə etmişdir. Odur ki, hazırkı iddi tələbi ilə məhkəməyə müraciyyət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, 4500 manat məbləğində pulunu Cavabdeh 09 iyun 2020-cı il tarixindən qanunsuz olaraq özündə saxlayıb, 24 ay müddətində faydalandığına görə həmin pulun məbləğindən ona hər il üçün 5 % hesabı ilə 2 il üçün (4500 : 100 x 5% x 2il) cəmi 450 manat məbləğində faizə görə pul ödəməlidir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi Hajıeva Aıde məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, “Facebook” sosial şəbəkəsində torpaq sahəsinin satılması ilə bağlı elan yerləşdirmişdir. O da torpağı “Lalafo” saytında görüb almışdır. İddiaçı torpağı görmüş və bəyənmişdir. Daha sonra qarşı tərəflə alqı-satqı müqaviləsi bağlamışlar. Deyə bilər ki, həmin ərazidə sürüşmə olduğuna görə torpaq sahəsinin koordinatları səhv əraziyə düşür. Onlarda olan koordinatlar ilə naturada olan koordinatlar üst-üstə düşmür. Onun heç bir günahı yoxdur. O, iddiaçını aldatmamışdır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış 09 iyun 2020-ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, satıcı Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat №-li xx.xx.2016-cı il tarixli**********62 reyestr №-li çıxarışa əsasən özünün icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin icarə hüquqlarını alıcı İddiaçı satmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci ildə xx.xx.2010-cu il tarixdən başlayaraq 99 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı istifadəsində olan 0,02 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, torpaq sahəsinin yeri dəyişdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış 09 iyun 2020-ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən, satıcı Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat №-li xx.xx.2016-cı il tarixli**********62 reyestr №-li çıxarışa əsasən özünün icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsinin icarə hüquqlarını alıcı İddiaçı satmışdır. AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ilə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci ildə xx.xx.2010-cu il tarixdən başlayaraq 99 il müddətinə İddiaçı icarəyə verilmişdir. Lakin iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan göründüyü kimi Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli İddiaçı istifadəsində olan 0,02 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur, torpaq sahəsinin yeri dəyişdirilmişdir. Bundan sonra iddiaçı cavabdeh ilə əlaqə saxlayaraq torpaq sahəsinin geri qaytarılmasın və ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borclu olduğu halda bunu etməmiş, son nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, tərəflər arasında bağlanmış 09 iyun 2020-ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsi ləğv edilməli və İddiaçı tərəfindən ödənilmiş 4500 manat cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Bundan əlavə cavabdehdən notariat xərclərinə görə 500 manat və dəbbə pulu olaraq 450 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi hissəsiylə bağlı sübutlar təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, bu hissələrdə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Abşeron rayonu 2 saylı notariat ofisində Cavabdeh ilə İddiaçı arasınd bağlanmış 09 iyun 2020ci il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsi ləğv edilsin. Cavabdeh 4500 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-264/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-264/2023
06.02.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver