Məhkəmə qərarları › İş №2(012)-2640/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2640/2021

25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2640/2021 25.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-yə vurulmuş 2083,80 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2413,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı 27.09.2016-cı il tarixli, T/14815 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin “Qazdan istifadə qaydaları” nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbbi qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 26.09.2018ci il tarixli ******* saylı akt əsasında 691,20 manat 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019- cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla, cəmi 1312,20 manat məbləğndə İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonentin 26.09.2019-ci il tarixli 691,20 manat məbləğində borcu abonentin Smart sayğacına keçirilmişdir. GASREPORT üzrə saldodan göründüyü kimi cavabdehin 2/2018-ci il tarixdən 80,40 manat (karta yüklənmiş 12 manatdan 6 manat məlum qaz sərfiyyatına uyğun olaraq ödənilmiş, 6 manat isə ümumi borcdan tutulmuşdur (86,40 manat-6 manat = 80,40 manat)) məbləğində debitor borcu qalmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 2083,80 manat təşkil etməkdədir (1312,20 manat + 771,60 (691,20 + 86,40) manat =2083 80 manat). Hazırda, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfdən tam ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, əvvəllər onun yaşadığı ünvanda qaz olmamış, sonradan qaz verilmiş, təxminən 2019-cu ilin noyabr ayında ona məxsus sayğac koda düşdüyünə görə məcburən kənar xətdən istifadə etməli olmuşdur.Ona görə də 29.11.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla razılaşır,lakin digər aktları qəbul etmir və məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. İş materialarında olan 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 691,20 manat 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019- cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla, cəmi 1312,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, 29.11.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində hesablanmış 133,20 manat cərimə borcu və 86,40 manat debitor borc məhkəmə iclasında sübuta yetirilmişdir. Belə ki, Cavabdeh məhkəmə iclsında 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat cərimə borcunu qəbul etmiş, 86,40 manat debitor borc iş materiallarında olan abonentin saldosu ilə təstiqini tapmış və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Lakin digər 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 26.09.2018-ci il tarixli ******* saylı akt əsasında 691,20 manat 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat cərimə borclarının həqiqətən Cavabdeh tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə bağlı çəkdiyi 300 manat xərc çəkməsini sübut edən qəbz məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 3,60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 133,20 manat cərimə, 86,40 manat debitor borc və 3,60 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 223,20 manat məbləğində pul vəsaiti tutularaqİddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NAB Z********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. İddia iddiaçının pozulmuş hüquqlarının bərpasıyla bağlı çəkilmiş 300 manat xərc hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar