Məhkəmə qərarları › İş №2(012)-2656/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2656/2021

29.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2656/2021 29.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X1rşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin aktın əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən evə dair abonent kodu: **********06325 olan onun adına hesablanmış 1015.20 (bir min on beş manat, 20 qəpik) manat cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 04.11.2020-ci ildə "Azəriqaz" İB-nin əməkdaşı X.Əhmədovla birlikdə yeni inşa etdiyi həmin tarixə qədər yaşayış olmayan evinə baxış keçirilib sayğac quraşdırılması üçün müraciət etmişdir Ona təqdim edilən layihənin "Sorğu blankı" hissəsində aydın olur ki, müraciəti vaxtı orada hər hansı bir xətt olmamışdır. 2020-ci ilin dekabr ayında Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evimə sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra evdə istifadə etdikləri kombi ilə 1107 m.kub. qaz yandırmışdırlar. Ona cərimə isə 29.01.2021-ci ildə yazılmış və yaşayış olmayan və yenicə təmirdən çıxmış evə dair 90 gün hesabat aparılmışdır və 1015.2 manat məbləğində cərimə tətbiq edilmişdir. Halbuki 01 dekabr 2020-ci il tarixdən 29.01.2021-ci il tarixə kimi həmin evdə sayğacdan və təbii qazdan istifadə etmişdir. İstifadə etdiyi kubu da hesablayaraq, özü də qeyd götürmüşdür. 29.01.2021-ci ildə "Azəriqaz" İB-nin əməkdaşları ilə birlikdə ünvana texniki şərt alınması ilə bağlı müraciət olunub və heç bir qaz xətti çəkilməmişdir. Evdə olan kombini yoxlamaq məqsədi ilə 24.11.2020-ci il tarixdə qaz xətti qoşulmuş və sxemi yoxlamışlar. Ona tətbiq edilmiş cərimə işə şişirdilmişdir və cəfəngiyatdan başqa bir şey deyildir. Yuxarıda qeyd etdiklərimə əsasən hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı yaşadığı Abşeron rayonu Masazır kəndində yerləşən evdə quraşdırılmış sayğacı çıxarıb kənara qoymaqla birbaşa qoşulma etmişdir. Ona görə də dəymiş ziyan hesablanaraq abonentdən alınası göstərilmişdir. Odur ki, iddia tələbinin təmin ounmamasını xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -29.01.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li aktdan görünür ki, Abşeron rayonu Masazır kəndində əraziyə baxış keçirilən zaman təbii qazdan qeydiyyatsız istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olunmuşdur. -Göygöl RPŞ tərəfindən 27.07.2013-cü il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynov X4 şəhəri, N.Gəncəvi pr, ev 237 ünvanında qeydiyyatdadır. -Abonent saldosundan görünür ki, abonent kodu **********06325 olan Abşeron rayonu Masazır kəndində yerləşən evdə 10.12.2020-ci il tarixdə Zenner G4T Mexaniki tipli sayğac quraşdırılmışdır. Cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) abonentin borcu 1015,20 manat göstərilmişdir. - Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatından görünür ki, istehlakçı İddiaçı, ünvanı Abşeron rayonu, Masazır kəndi, abonent kodu **********06325 dəymiş ziyanın bərpasına əsas 29.01.2021ci il tarixli, ******* №-li Akt, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış (cəmi: 10152 m3) məbləğ ödənilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Cavabdeh 29.01.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus sayğacda təbii qazdan qanunsuz istifadə edilməsi aşkar edilmişdir. Həmin aktdan göründüyü kimi, abonentin qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir və bu akta əlavə edilmiş şəkillərlə də öz təsdiqini tapır. Həmin akta əsasən Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatında abonentin müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4860 m3 qaz sərfiyyatı olduğu qənətinə gəlmişlər. Məhkəmə həmin hesabatla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»ın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qərarın 3.1.3. bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profılaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı, bu qərarın 3.1.7. bəndinə əsasən isə qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin qərarın 4.8. bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Eyni zamanda bu qərarın 5.2. bəndinə əsasən isə Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın smart tipli olduğunu, onun mərkəzdən idarə olunduğunu, ona nəzarət edilməli olduğunu, borc yarandıqda kartı bloklamak mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb bir başa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğıılarınm tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçmın qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcınm İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay miiddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Göründüyü kimi «Qazdan istifadə Qaydaları»na əsasən qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı və abonentə üç ay əvvələ qaz sərfiyyatı hesablanmazdı. Ona görə də məhkəmə abonent barəsinə tərtib edilmiş Aktı əsaslı hesab edərək qeyd edir ki, aktdan və fotoşəkillərdən iddiaçının ayğacdan kənar qoşulmasını öz təsdiqini tapır, lakin ona hesablanmış qaz sərfiyyatı əsaslı olmadığından həmin sərfiyyat əvvəlki 3 ay müddətlə deyil 1 aylıq müddət götürülməklə hesablanmalıdır. Məhkəmə sərfiyyatın hesablamasının sadə riyazi üsulla mümkünlüyünü nəzərə alaraq göstərilən qaydada hesablayır (10152 m3 :3 aya =3384m3; 3384m3 x 0.10 qəpik=338.40 manat; 10152m3-338.40=676.8) və göstərilən məbləğin bu formada hesablanmasını işin tez və ədalətli həlli hesab edir. Məhkəmə hesab edir ki, hazırda hesablanmış məbləğə uyğun olaraq iddia qismən təmin olunmalı iddiaçıya hesablanmış 1015.20 manat borc məbləğindən 676.8 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 77-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh tərəfindən Abşeron rayonu, Masazır kəndi ünvanında quraşdırılmış abonent kodu **********06325 olan qaz sayğacına görə 29.01.2021-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1015.20 manat borc məbləğindən 676.8 manat məbləğində borc silinməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin; 217.4. mаddəsinə əsаsən məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 218.3. mаddəsinə əsаsən hаkim işdə iştirаk еdən şəхslərin vеrdiyi tələblər üzrə qətnаmə çıхаrır. Lаkin hаkim qаnundа göstərilən müstəsnа hаllаrdа iddiа tələblərindən kənаrа çıха bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəm QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən Saray qəsəbəsi - ünvanında quraşdırılmış abonent kodu **********06325 olan qaz sayğacına görə 29.01.2021-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1015.20 (min on beş manat iyirmi qəpik) manat borc məbləğindən 676.8 (altı yüz yetmiş altı manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar