Məhkəmə qərarları › İş №2(012)-2661/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2661/2024

03.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2661/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aralarında razılaşdıqları müqavilə şərtlərinin pozulmasına və buna görə də dəymiş maddi və mənəvi zərərə görə 1500 manat təzminatın ödəməsi, İddiaçı1 məxsus, borcuna görə satmağa verdiyi avtomobili Şamaxıdan sürüb apardığı texniki göstəriciləriylə işlək halda qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 icarəyə götürdüyü sexdə avtomobillərin rənglənməsilə məşğul olaraq qazanır. Usta yanında şagirdlikdən xx.xx.2023-cti ildə ayrılmış və sərbəst fəaliyyət üçün sex icarəyə götürmüşdür. Sexin kirayəsini vermək, avadanlıqlar almaq və evin ehtiyacları üçün vəsaiti olmadığından, qohumu İddiaçı2 3000 manat borc almışdır. O, Daewoo-Tiko markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobilini satışa qoymuşdur. Onun satışından əldə edilmiş vəsaitdən borcun verilməsini şərtləşmişlər. İddiaçı2 xahiş etmişdir ki, gələcək müştərilərlə danışıq aparmaq üçün öz ünvanını və telefon nömrəsini elanda yazsın. İddiaçı2 həmin avtomobili özü ilə aparmış və satmaq üçün onu “Tufbo.az” və “Tap.az’ satış saytlarında yerləşdirərək, öz ünvanını və telefon nömrəsini qeyd etmişdir. Nəhayət 12 aprel 2023-cü ildə Cavabdeh adlı şəxs İddiaçı2 zəng edərək Təbriz adlı dostuyla onun evinə gəlmiş və İddiaçı2yla avtomobili kredit yoluyla 3400 manata alınmasına razılaşmışlar. İddiaçı2 onlara kredit şərtlərini izah edərək, bu şərtləri özündə ehtiva edən müqavilənin tərtib edilməsini bildirmişdir. Cavabdeh şərtlərlə tam razı olduğunu, lakin müqavilənin yazılmasını gözləməyə vaxtının olmamasını bildirməklə yazıb Bakıya göndərməsini xahiş etmişdir. Cavabdeh İddiaçı2 Şamaxıda 1000 manat ilkin ödəmiş, qalan 2400 manatı hər ay 200 manat olmaqla, bir il müddətinə ödəcəyinə söz vermişdir. Onlar həmin şəxslərlə birlikdə Şamaxı Asan Xidmət Mərkəzinə gedib, maşını idarə etmək üçün Xəyala etibarnamə vermiş və bildirmişdir ki, ödənişlər İddiaçı2 kart hesabına ödənilsin. O, maşını sürüb Bakıya getmiş və müqavilədəki şərtlərə əsasən 15 may 2023-cü ildən 15 avqust 2023-cü ilə qədər borcundan 4 ayda 200 manat olmaqla 800 manatı bankomat vasitəsiylə İddiaçı2 ödəmişdir. O, ödəməli olduğu 3400 manatdan cəmi 1800 manat ödəmişdir. Nəhayət Cavabdeh 10 Sentyabr 2023-cü ildə İddiaçı2 bildirmişdir ki, avtomobilin mühərrikinin başlıq hissəsi xarabdır. Ya həmin hissə düzəldilməli, ya da heç bir ödəniş edilməyəcəkdir. Həmin avtomobili satmaqda məqsədim İddiaçı2 borc götürdüyü 3000 manatı qaytarmaq və qalan pulla öhdəsində olan azyaşlı uşaqlarının maddi təminatını qarşılamaq olmuşdur. Buna görə də Cavabdeh vurduğu maddi və mənəvi zərərə görə 1500 manat təzminat ödəməklə, ya qalan 1600 manatı nəğd ödəməli, ya da avtomobili Şamaxıdan sürüb apardığı texniki göstəricilərinə uyğun ona qaytarmalıdır. İddiaçılar avtomobili tam işlək halda Şamaxıda Cavabdeh vermiş, o isə Təbriz adlı dostuyla maşına sürüb Bakıya getmişdir. Avtomobil xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə qədər rahat idarə edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı2 məhkəmə gedişatında MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh 1600 manat borcun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi, bununla belə aldığı avtomobilin nasaz olduğunu, həmin avtomobilə görə borclu qaldığı 1600 manat pulu bir dəfəyə ödəyə bilməyəcəyini qeyd etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı regional "ASAN Xidmət" Mərkəzindəki Notariat Ofisində mülkiyyətçi İddiaçı1 Daewoo-Tiko markalı, ** FR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək barədə 1 il müddətinə Cavabdeh səlahiyyətlər vermişdir. İşdə olan tərəflərin iştirakı ilə tərtib edilmiş müqavilənin surətindən görünür ki, İddiaçı1 adına Daewoo-Tiko markalı, ** FR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini işlək halda kredit yoluyla Cavabdeh satır. Razılaşmaya əsasən Cavabdeh ilkin olraq 1000 manat nağd ödədi. Qərara alındı ki, qalan 2400 manat hər ay 200 manat olmaqla 15 may 2023-cü ildən başlayaraq 15 aprel 2024-cii ildə yekunlaşrnalıdır. Ödəniş hər ayın 15-dən gec olmayaraq bank kartı və ya poçt terminalı vasitəsilə İddiaçı2 ödəniləcəkdir. Ödəniş müəyyən səbəblərdən 3 gün aşağı-yuxarı müddətə gecikdirib və ya tezləşdiriə bilər. Ödəniş qarşı tərəfin fiziki, maddi və digər durumlarından asılı olmayaraq vaxtında qeyd olunan müddətə ödənilməlidir. Ödəniş 3 gündən artıq gecikdirilərsə maşın qeyri-şərtsiz verildiyi texniki göstəriciləri ilə İddiaçı2 qaytarılacaqdır. Əgər müqavilə İddiaçı2 tərəfindən pozularsa qarşı tərəf heç bir ödəniş etmədən maşın ona qalacaqdır. Ödəniş başa çatmayana qədər maşın satıla və ya kiməsə verilə bilməz. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Daewoo-Tiko markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı1 olmuşdur və o, bu avtomobil barədə bəzi səlahiyyətləri xx.xx.2023-cü il tarixdə Şamaxı regional "ASAN Xidmət" Mərkəzindəki Notariat Ofisində etibarnamə əsasında Cavabdeh vermişdir. Əslində isə, bu avtomobilin tərəflər arasında nisyə alqı-satqısı baş vermiş, onlar arasında bu kateqoriyalı münasibətlər yaranmışdır. Qeyd edildiyi kimi, tərəflər razılaşmışlar ki, 3400 manata qiymətləndirilmiş mübahisəli avtomobili İddiaçı1 ilkin ödəniş olaraq 1000 manat pul alaraq Cavabdeh oğunun istifadəsinə verir. Qalan 2400 manat pulu cavabdeh 12 ay ərzində hər ay 200 manat olmaqla İddiaçı2 ödəyəcəkdir. Tərəflərin izhatından müəyyən edildi ki, cavabdeh 800 manat ödəmiş, lakin qalan 1600 manatı İddiaçı2 ödəməmişdir. Bununla da, cavabdeh razılaşdığı əqd üzrə götürdüyü öhdəliyə tam riayət etməmiş, iddiaçılardan yalnız İddiaçı2 1600 manat borcu qalmışdır. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, işdə olan mötəbər sənədlərlə və Cavabdeh iddianı qismən etiraf etməsi ilə onun mübahisəli avtomobilə görə İddiaçı2 qarşısında 1600 manat pul ödəməsi öhdəliyini daşıması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı2 qaytarılmalıdır. İddia tələbinin İddiaçı1 dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin əldə edilməsi üçün cavabdeh bütün əməliyyatları İddiaçı2 ilə apardığından o, İddiaçı1 qarşısında maddi məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı1 münasibətdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia İddiaçı2 hissəsində təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 36 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1600 manat və ödənilmiş dövlət rüsumu üçün 36 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar