Məhkəmə qərarları › İş №2(012)-2684/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2684/2024

01.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2684/2024 01.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. İddiaçı iddia tələbində cavabdeh "xxxx" MMC-nin rəhbəri X1 inşa etdikləri 12 mərtəbəli yaşayış binasında 214 mkv qeyri- yaşayış sahəsinin Stomatoloji xidmət obyekti kimi istifadə etməsinə baxmayaraq payçı olaraq binanın ümumi mülkiyyətinin saxlanılması, cari təmiri və göstərilən kommunal xidmətlərə görə ödənişdən boyun qaçırdığı üçün yaranmış 4477 manat xidmət haqqı MTK-nin bank hesabına ödənilməmişdir. Ona qarşı pretenziya tərəflərindən qaldırılmasına baxmayaraq xidmət haqqının ödənilməsi və müqaviləyə imza atmaqdan boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 136-2-1, 136-3, 136-4-cü maddəsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1-4-cü maddələrini pozmuşdur. Ona görə ona qarşı iddialarının məhkəmə qaydasında həll olunmasında lazımı köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərindən ona qarşı qaldırılan pretenziyanı, poçt qəbzini və digər tələb olunan sənədləri təqdim etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə kimi qeyd edilsin); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; İddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsini verərkən Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət etməmiş və bununla da iddia ərizəsinin forma və məzmununa əməl etməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində iddia tələbinin nədən ibarət olması aydın göstərilməmişdir. Mülki Prosessual Məcəlləsinin 152.1.1. maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Odur ki, hesab edirəm ki, iddia ərizəsi qeyd olunan hissədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən məhkəməyə verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar