Məhkəmə qərarları › İş №2(012)-27/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-27/2022

06.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-27/2022 06.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər AAAF-İnşaat MMC-yə və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər AAAF-İnşaat MMC-yə və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti AAAF-Park yaşayış massivi 1A küçəsində qanunsuz inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti AAAF-Park yaşayış massivi 1A küçəsində yerləşən 7 mərtəbəli yaşayış binasının ona məxsus olan 8 saylı mənzilinin iki pəncərəsinin önündə inşa edilmiş iki mərtəbəli qeyri-yaşayış sahəsi olan tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, AAAF-İnşaat MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq bir otaqlı və iki otaqlı iki qonşu mənzillər əldə etmişdir. Onun mənzilləri sözügedən yaşayış binasının ikinci mərtəbəsində yerləşir. O, həmin mənzillərin dəyərini tam ödəyərək mənzilləri əldə etmişdir. Bir müddət əvvəl orada, yəni onun əldə etdiyi mənzillərin balkon hissəsinə bitişik bir qeyri-yaşayış obyekti inşa edilmiş və məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsi AAAF-park ilə razılıq əsasında Cavabdeh2 tərəfindən inşa etdirilmiş, həmin tikilinin üstü birbaşa ona məxsus olan mənzilin balkonuna bitişik vəziyyətdədir, nəticədə, oradan onun mənzilinə daxil olmaq çox asandır. Nəticə etibarı ilə, onun mülkiyyət hüququ pozulmuş olur. Bu səbəbdən də, o, sözügedən qanunsuz tikilinin sökülməsinin daha məqsədəmüvafiq olduğunu hesab edir. Eyni zamanda, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2021-ci il tarixli 10/3623 saylı rəyi ilə o, razıdır. O, aidiyyəti qurumlara yəni, icra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə su anbarı olmuşdur. Belə ki, o, əzəldən həmin yerdə məskunlaşdığından bu barədə məlumatı vardır. Cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinin damına yağış sularının axması onun evinin balkonunu yararsız hala gətirmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh AAAF-İnşaat MMC-nin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh AAAF-İnşaat MMC tərəfindən həyata keçirilmiş tikinti layihəsi müvafiq qaydada icra hakimiyyəti və memarlıq inşaat qurumları ilə təsdiq olunmaqla razılaşdırılmış, həmin əmlaklara dair xüsusi mülkiyyət hüququ qeydə alınmış, bu barədə müvafiq sənədlər verilmişdir. Bu səbəbdən də, hesab edir ki, cavabdehə məxsus olan qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənəd, yəni çıxarış verilmiş, texniki pasportu vardır. İddiaçı sözügedən ünvan üzrə əvvəl su anbarının olduğunu qeyd etsə də, sözsüz ki, aidiyyəti qurumların səlahiyyətli nümayəndələri tərəfindən baxış keçirilmiş, istənilən zaman layihədə dəyişiklik aparıla bilər və Memarlıq Tikinti şöbəsi və icra hakimiyyəti tərəfindən təsdiq oluna bilər. Başqa sözlə, layihənin olması onun müəyyən zaman sonra dəyişilməyəcəyini istisna etmir. Beləliklə də, layihədə dəyişiklik edilmiş və qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsi qərara alınmışdır ki, bu da qanunvericiliyə zidd deyildir. Eyni zamanda, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2021ci il tarixli 10/3623 saylı rəyi ilə o, qismən razıdır. Belə ki, ekspert qoyulmuş suallardan yalnız birinə cavab vermiş, digər sualı cavablandırmamış, nəticə etibarı ilə natamam rəy hesab olunur. Həmçinin, ekspert sözügedən qeyri-yaşayış sahəsinin mənzilə nə kimi maneə yaratdığını qeyd etməmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsindən görünür ki, İddiaçı tərəfindən təqdim olunmuş iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən ümumi sahəsi 251.1 kv.m olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09.04.2019-cu il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Eyni zamanda, sözügedən qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsindən 579 inventar nömrəli texniki pasport da almışdır. İddiaçı iddia ərizəsində qeyriyaşayış obyektinin “AAAF-Park ilə razılıq əsasında onun tərəfindən inşa edildiyini göstərmişdir ki, bu, həqiqətə uyğun deyildir. Belə ki, o, mübahisəli qeyri-yaşayış sahəsini inşa etməmiş, hazır vəziyyətdə qanuna müvafiq qaydada "xxxx" MMC-dən alqı-satqı müqaviləsi üzrə dəyərini ödəyərək almış və həmin daşınmaz əmlaka mülkiyyət hüquqları tanınmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 31.05.2014-cü il tarixli İ(b)/095 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində AAAF-Park yaşayış massivindəki 1A saylı küçəsində inşa edilmiş 1 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45 kv.m olan 1 otaqdan ibarət 9 saylı mənzili dəyəri 29250 manat olmaqla satmışdır. -Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 16.07.2014-cü il tarixli Q(b)/047 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində AAAF-Park yaşayış massivindəki 1A saylı küçəsində inşa edilmiş 1 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzili dəyəri 46800 manat olmaqla satmışdır. -Maliyyə arayışlarından görünür ki, X1 rayonu Xırdalan şəhəri H.Əliyev prospektində AAAF-Park yaşayış massivindəki 1A saylı küçəsində inşa edilmiş 1 saylı 7 mərtəbəli yaşayış binasında 8 saylı mənzilin dəyərinə görə 16.07.2014-cü il tarixdə 16000 manat, 26.04.2015-ci il tarixdə 30800 manat, 9 saylı mənzilin dəyərinə görə isə 26.04.2015-ci il tarixdə 14250 manat, 31.05.2015-ci il tarixdə 14250 manat ödəniş etmiş və borcu qalmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 04.04.2019-cu il tarixli **********96-05301-083002 reyestr nömrəli 597 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən ümumi sahəsi 251.1 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.04.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən ümumi sahəsi 251.1 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********96-05301-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2021-ci il tarixli 10/3623 saylı rəyindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “AAAF-park” yaşayış massivinin 1A saylı küçəsində yerləşən 7 mərtəbəli yaşayış binasının önündə inşa edilmiş (baxış zamanı təqdim olunmuş) ikimərtəbəli qeyri-yaşayış sahəsinə dair layihə sənədləri təqdim olunmadığından həmin qeyri-yaşayış sahəsinin layihə sənədinə uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı təqdim olunmuş qeyri-yaşayış binasının iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binasına bitişik yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış binasının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, qərardadın ikinci sualı üzrə: Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən “AAAF-park” yaşayış massivinin 1A saylı küçəsində yerləşən 7 mərtəbəli yaşayış binasının İddiaçı məxsus olan 8 saylı mənzilinin iki pəncərəsi önündə inşa edilmiş ikimərtəbəli qeyri-yaşayış sahəsinin tavan hissəsi iddiaçıya məxsus mənzilin balkonunun döşəməsindən 0,1 m hündürdə yerləşdiyi müəyyən olunur. Həmin qeyri-yaşayış sahəsinin iddiaçının məlum mənzilindən istifadə və sahiblik etməsinə hər hansı bir maneə və təhlükə yaranıb-yaranmamasının müəyyən edilməsi subyektiv məsələ olmaqla xüsusi bilik tələb etmir və ekspertin səlahiyyətlərindən kənardır. Rəydən daha sonra görünür ki, baxış zamanı müəyyən olundu ki, iddiaçıya məxsus mənzilin iki pəncərəsi önündə ikimərtəbəli qeyri-yaşayış sahəsi inşa edilmişdir. Qeyriyaşayış sahəsi yaşayış binasına bitişik inşa edilməklə 17 metr uzunluğunda, birinci mərtəbəsinin döşəməsindən ikinci mərtəbəsinin tavanına qədər olan məsafə 6,2 metr təşkil edir. Qeyri-yaşayış sahəsinin tavan hissəsinin iddiaçıya məxsus balkonun döşəmə səviyyəsindən 0,1 m hündürlükdə yerləşdiyi müəyyən olunur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 21.06.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 13.07.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Əsgərov X7 rayonu Xırdalan şəhəri məhəllə 27, 1 saylı evin 58 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı AAAF-İnşaat MMC ilə bağladığı 31.05.2014-cü il tarixli İ(b)/095 saylı və 16.07.2014-cü il tarixli Q(b)/047 saylı alqı-satqı müqavilələrinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 1A ünvanında yerləşən yaşayış binasında iki otaqlı 8 saylı və bir otaqlı 9 saylı mənzilləri almış və həmin mənzillərin dəyərini ödəyərək bu barədə iddiaçıya maliyyə arayışları verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən də göründüyü kimi, cavabdeh AAAF-İnşaat MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən, iddiaçıya məxsus olan mənzilin balkonuna bitişik qeyriyaşayış sahəsi fəaliyyət göstərir, iddiaçı da öz növbəsində, həmin qeyri-yaşayış sahəsinin onun mənzillərinə olan mülkiyyət hüququna müdaxilə olduğunu iddia edərək həmin tikilinin cavabdehlər tərəfindən sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 139-1.1.1. maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Məhkəmə araşdırması zamanı iddiaçının qanunsuz olaraq iddia etdiyi, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən ümumi sahəsi 251.1 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlər X2 və AAAF-İnşaat MMC tərəfindən onların öz vəsaiti hesabına sökülməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında sözügedən qeyri-yaşayış sahəsinin Cavabdeh2 xüsusi mülkiyyətində olması və bu barədə sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.04.2019-cu il tarixli RX seriyalı ******* saylı, daşınmaz əmlakın dövlət reyestrində 22 saylı reyestr kitabının 70 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********96-05301-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarış və 04.04.2019-cu il tarixli **********96-05301-083002 reyestr nömrəli 597 inventar nömrəli texniki pasport verilmişdir. Bununla da, cavabdehin sözügedən qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ tanınmış və bu barədə müvafiq dövlət reyestrində rəsmi qeydə alınmışdır. Eyni zamanda, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən ümumi sahəsi 251.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestri haqqında Qanunun 8-ci maddəsinə əsasən də təsdiq olunmuşdur ki, bu, hazırki işin mübahisələndirilməyən tərəfidir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarındakı hüquqi mövqeyə görə mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF-park” yaşayış massivinin 1A saylı küçəsində yerləşən 7 mərtəbəli yaşayış binasının önündə Cavabdeh2 məxsus olan ikimərtəbəli qeyri-yaşayış sahəsinin layihəyə və şəhərsalma-tikinti qanunvericilik normalarına uyğun (tikintilər arasında ara məsafənin gözlənilməsi və s.) inşa edilibedilmədiyi, həmçinin, həmin qeyri-yaşayış sahəsinin iddiaçının məlum mənzilindən istifadə və sahiblik etməsinə hər hansı bir maneə və təhlükə törədib-törətmədiyinin müəyyən edilməsinə dair məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.10.2021-ci il tarixli 10/3623 saylı rəyi əsasında, sözügedən qeyri-yaşayış sahəsinə dair layihə sənədləri təqdim olunmadığından həmin sahənin layihə sənədinə uyğun inşa edilib-edilmədiyini müəyyən etməyin mümkün olmadığı qeyd olunmuş, həmçinin, qeyri-yaşayış binasının Tikinti Məcəlləsinin 69.5-ci maddəsinin tələblərinə əsasən, inşa edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirib, həmin ekspert rəyini mülki iş üzrə mahiyyəti üzrə baxıb yekun qərar çıxarmağa dəlalət edən sübut növü kimi nəzərdən keçirmir və qeyd olunur ki, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən ümumi sahəsi 251.1 kv.m olan qeyriyaşayış sahəsinə dair layihə sənədi aidiyyəti qurum tərəfindən təsdiq olunmuş və bunun əsasında cavabdehə 09.04.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışın verilməsinə əsas olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 57.1. maddəsinə əsasən, hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir.... 69.1. maddəsinə əsasən, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 07 fevral 2022-ci il tarixli Qərarına əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də insan hüquq və azadlıqlarına dair beynəlxalqhüquqi aktlarda nasnİ˝) hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Bununla belə, qanunvericilik həmçinin mülkiyyət hüququnun yaranma anına mühüm əhəmiyyət verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. zamnışaD˝ əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Göründüyü kimi qanunverici mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin nınavodəmhƏ.G˝ şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair˝ 24.07.2019-cu il tarixli Qərarında göstərmişdir ki, ...˝ Mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən isə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir...˝. Beləliklə də, məhkəmə araşdırması zamanı sökülməsi tələb olunan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında yerləşən ümumi sahəsi 251.1 kv.m olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydə alındığından, mülkiyyət hüququnun toxunulmazlığı əsasında onun qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla mülkiyyət hüququnun məhdudlaşdırılması istisna edildiyindən və daşınmaz əmlaka dair cavabdehə mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi onun mülkiyyət hüquqununun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd olduğundan, qeyd olunan qeyri-yaşayış sahəsinin sökülməsinə dair İddiaçı iddia ərizəsi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Məhkəmə eyni zamanda, xüsusi ilə vurğulayır ki, İddiaçı Cavabdeh2 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair çıxarışın ləğvini tələb etmədiyi təqdirdə, həmin tikilinin sökülməsini tələb etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənədləri olan tikilinin sökülməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşçıyan İddiaçı tikilinin sökülməsinə əsas olan halları sübuta yetirmək vəzifəsi daşıdığı halda göstərilən hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdehlər AAAF-İnşaat MMC-yə və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar