Məhkəmə qərarları › İş №2(012)-270/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-270/2023

27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-270/2023 27.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh4 ASC-yə və Cavabdeh1 qarşı hərracın nəticələrinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa olunması və mənzildən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh4 ASC-yə və Cavabdeh1 qarşı hərracın nəticələrinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa olunması və mənzildən çıxarılma tələbi barədə iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Yeni yaşayış massivindəki 9 saylı evin 5 saylı mənzili ilə bağlı hərracın nəticələrinin ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh2 adına verilmiş RX ******* saylı çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh4 ASC-nin 2 saylı Nəsimi filialı ilə İddiaçı arasında 01 may 2009-cu il tarixdə bağlanmış 421 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 5900 ABŞ dolları əsas və 5000 ABŞ dolları faiz borcu ödəmək şərti ilə Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Yeni yaşayış massivi, 9 saylı evin 5 saylı mənzili ilə bağlı mülkiyyət hüququnun bərpa edilməsi, habelə mənzildə yaşayan Cavabdeh2 ailəsilə birlikdə oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, ərizə təmin edilməli, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh4 ASC-yə və Cavabdeh1 qarşı hərracın nəticələrinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa olunması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 15:15-də ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh4 ASC-yə və Cavabdeh1 qarşı hərracın nəticələrinin ləğv edilməsi, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa olunması və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə İddiaçı qaytarılsın. İddiaçı hazırki mülki iş (2(012)-270/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (905806871 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar