Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2700/2022 21.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı aktın ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək yuxarıda qeyd olunan akt əsasında ona hesablanmış 1358,35 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi Abşeron rayonu Mexkolon-23 ünvanında məskunlaşmışdır. 27 noyabr 2021-ci il tarixdə təqribən saat 21:30 radələrində ailəsi ona bildirmişdir ki, evdə qazın verilişi kəsilib. Küçəyə çıxıb qaz xəttini yoxlayarkən görmüşdür ki, onun adına qeydiyyatda olan qaz sayğacı yerində yoxdur, yəni sayğac naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Hadisə ilə əlaqədar həmin gün saat 21:40 radələrində DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin vaxt 102 xidmətindən ona idarəyə yaxınlaşmağı bildirdilər və o, Abşeron rayon Polis İdarəsinə gedərək baş verən oğurluq hadisəsi ilə əlaqədar ərizə yazmış, ərizə qeydiyyata alınmışdır. Polis İdarəsində sayğacın oğurlanması ilə əlaqədar ona arayış təqdim etdilər və həmin arayışı alan kimi “Asan kommunal”a təqdim etmişdir. Oradan bildirmişlər ki, 3-5 gün ərzində yeni sayğacın qurulması ilə əlaqədar sənədlər Abşeron Qaz İdarəsinə göndəriləcəkdir. Sayğac oğurlandıqdan bir neçə gün sonra, yəni 07 dekabr 2021-ci il tarixdə qaz nəzarətçiləri həmin ünvana gələrək sayğacın yerində olmaması ilə əlaqədar fotoşəkillər çəkərək protokol tərtib etdilər, lakin yeni sayğacın yerinə nə vaxt qoyulacağı vaxt barədə heç bir məlumat vermədilər, halbuki evdə 4 azyaşlı nəvəsinin olduğunu gördülər. Həmin vaxtlarda havalar kəskin soyuq keçdiyindən və Qaz İdarəsi əməkdaşlarının məlumatlandırılmalarına baxmayaraq yeni sayğac quraşdırmadıqlarını görüb evə gələn qaz xəttini qonşuluqda yaşayan oğlunun qaz sayğacına qoşmuşdur ki, azyaşlı nəvələri soyuqlayıb xəstələnməsin. Həmin qoşulan sayğac yenidir və sıfırdan quraşdırılıb. Lakin bir aya yaxın vaxt ərzində qeyd olunan sənədlər Abşeron Qaz İdarəsinə göndərildiyindən 30 dekabr 2021-ci il tarixdə "Azəriqaz" İB əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək ona 1358,35 manat məbləğində cərimə yazılmışdır. Bu cərimə əsassız tətbiq olunmuşdur, Göstərilənlərə əasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. O əlavə etdi ki, 2021-ci ilin dekabr ayında 1 aydan çox olmamaqla üzrlü səbəbdən qaz xəttinə sayğacdankənar qoşulmuşdur. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2021-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li aktdan görünür ki, xx.xx.2021-ci ildə abonent İddiaçı Abşeron rayonu, Mexkalon -23 ərazisində yaşadığı evə (abonent kodu: **********00000) baxış keçirilən zaman qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktının olduğu müəyyən olunmuşdur. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Mexkalon-23 ərazisində yerləşən evə aid abonent kodu **********00000 olan Abonentin saldosundan görünür ki, 2021-ci ilin dekabr ayında qaz sərfiyyatı “10584 m3” həcmində müəyyən edilmiş və buna müvafiq olaraq abonentə 1199,52 manat məbləğində borc hesablanmışdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən 1 ay ərzində qaz xəttinə qeyri-qanuni qoşulma faktı olmuş və bu fakt 30 dekabr 2021-ci il tarixdə "Azəriqaz" İB əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək qeydə alınmışdır. Qanunsuz qoşulma faktını məhkəmə iclasında iddiaçı da təsdiq etdi. Məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 30 dekabr 2021-ci il tarixli, ******* saylı akt qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən cavabdeh tərəfindən müəyyən qüsurlara yol verilmişdir. Qeyd edilən akt əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədə abonentin gün ərzində 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-8, qış-payız fəslində isə 8-10 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə 30 gün üçün xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 147 manat (4,9 x 10 x 30 = 1470 kub.metr) ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı yaşadığı Abşeron rayonu Mexkalon-23 ərazisində yerləşən fərdi həyət evində (abonent kodu: **********00000) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə Cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq cavabdeh tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, İddiaçı yaşadığı Abşeron rayonu Mexkalon- 23 ərazisində yerləşən fərdi evinə aid qaz sayğacına (abonent kodu: **********00000) dair məlum akt əsasında artıq hesablanmış 1052,52 manat borc (1199,52-147) abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 33,58 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh İB-dən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu Mexkalon-23 ərazisində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: **********00000) dair hesablanmış 1052,52 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən dövlət rüsumuna görə 20 manat pul tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2700/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2700/2022
21.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver