Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2705/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 23 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1334A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi1 (AA 1974506) və Ərizəçi2 (AA*******) məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və digər ailə üzvlərinin adına Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1334A nömrəli şəhadətnamə (KOD ********) verilmişdir. Lakin həmin şəhadətnamədə yanlış olaraq Ərizəçi1 adı Ərizəçi1 İsa qızı kimi, Ərizəçi2 adı isə X1 yazılmışdır. Ərizəçi olaraq onlar həmin torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarıəsinə müraiət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətə əlavə edilmiş JN- 1334A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin ata adı və adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və ata adı arasında fərq olduğu aşkar edilmiş, şəhadətnamədə hüquq sahiblərinin adı “Ərizəçi1 İsa qızı” və “X3” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənədlərdə “Ərizəçi1” və “Ərizəçi2” kimi qeyd edilmiş, ona görə də müraciətin təmin edilməsindən imtina edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışda da şəhadətnamədə göstərilən ata adının və adın səhv qeyd edildiyi öz təsdiqini tapmışdır. Ərizəçiər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Maraqlı şəxs publik hüquqi şəxsi "xxxx" MMC-yə yanlışlıqların aradan qaldırılması ilə müraciət etmişdirlər. Lakin cavab məktubunda qeyd edilmişdir ki, uyğunsuzluğun aradan qaldırılması məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Göstərilən hallara görə ərizəçilər JN-1334A nömrəli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin (KOD ********) onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi2 xx.xx.1996-cı ildə anadan olmuşdur. Mülki işin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.1967-ci ildə anadan olmuşdur. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X2 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 22.02.2022-ci il tarixli **********94 nömrəli bildirişdən görünür ki, aprılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1334A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad və ata adları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad və ata adları arasında fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-1334A nömrəli şəhadətnamədə hüquq sahibləri ardıcıl olaraq “Ərizəçi1 İsa qızı”, “X3” göstərildiyi halda, etibarnamədə “Ərizəçi1”, “Ərizəçi2” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1334A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi1 (AA 1974506) və Ərizəçi2 (AA*******) məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-1334A nömrəli şəhadətnamənin (KOD ********) Ərizəçi1 (AA 1974506) və Ərizəçi2 (AA*******) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2705/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2705/2022
23.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver