Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2708/2023 01.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi və borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən onun yaşadığı Abşeron rayonu, Hökməli kəndində təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 002105 saylı aktın ləğv edilməsi, həmin akt əsasında ona təbii qazdan istifadəyə görə əsassız hesablanmış 363,50 manat pul məbləğinin qalıq hissəsi olan 76,60 manat pul məbləğinin silinməsi, həmin akt əsasında ona hesablanmış 363,50 manat pul məbləğinin ondan qanunsuz tutulmuş 286,90 manat hissəsinin Cavabdehndən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamışdır. Yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 25 ünvanında yerləşən 43 saylı fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə ünvan 2 kimi göstərilmişdir) qaz sayğacı quraşdırılmışdır. Bundan sonra o, yaşadığı ünvana verilmiş təbii qazdan istifadə etməyə başlamış və istifadə etdiyi təbii qazın dəyərini hər ay ödəmişdir. Bir müddət əvvəl ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2018ci il tarixli, 002105 saylı akt tərtib edilmiş və xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, sayğacdan kənar qaz xəttinə görə 2196 m3 itirilmiş qaz hesablanmışdır. Həmin itirilmiş qaza görə ona 363,50 manat məbləğində pul hesablanmışdır. O həmin aktı alan zaman məlum olmuşdur ki, Cavabdeh əməkdaşları ona məxsus ünvana baxış keçirmələri, guya “sayğaca baxış keçirilən zaman flegans plombun smdırıldığı” nın aşkar etmələri barədə akt tərtib etmişlər. Həmçinin həmin aktda onu aktı imzalamadığı göstərilmişdir. Qeyd edir ki, həmin aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları onlar yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Nəzərə çatdırır ki, o, tərtib edilmiş aktın qanunsuz tərtib olunması və hesablanmış cərimənin əsassız olması ilə bağlı cavabdeh təşkilata müraciət edərkən onun guya aktın tərtib olunduğu müddətdə sayğaca müdaxilə etdiyinin aşkar olunduğu, bu səbəbdən akt tərtib edildiyi və itirilmiş təbii qaza görə cərimə hesablandığı bildirilmişdir. Halbuki, o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi təbii qaza görə aylıq borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına onun tərəfindən qanunsuz müdaxilə faktını sübuta yetirmədən və heç bir əsas olmadan ona itirilmiş təbii qaza görə cərimə hesablamışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X4 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının yaşadığı əraziyə baxış keçirilmiş, sayğacın plombunun qırıldığı aşkar edilmiş və 2018-ci ilin mart ayında abonentə 439,20 manat cərimə yazılmışdır. Odur ki, iddia tələbinin əsassız olduğundan, rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 002105 saylı, xx.xx.2018-ci il tarixli saylı aktdan görünür ki, X1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi evə quraşdırılmış abonent kodu **********11380 olan sayğaca baxış keçirilən zaman flyans plombun sındırıldığı aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi evə (abonent kodu **********11380) məxsus 002105 saylı, xx.xx.2018-ci il tarixli akta görə 439,20 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********11380 olan, ünvan 2 ünvanında yerləşən fərdi evə əsassız olaraq 002105 saylı, xx.xx.2018-ci il tarixli akt əsasında 439,20 manat cərimə hesablanmışdır. Lakin iddiaçı iddia ərizəsində əsassız hesablanmış 363,50 manat pul məbləğinin qalıq hissəsi olan 76,60 manat pul məbləğinin silinməsi, həmin akt əsasında ona hesablanmış 363,50 manat pul məbləğinin ondan qanunsuz tutulmuş 286,90 manat hissəsinin Cavabdehndən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdiyindən, məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim etmədiyindən, sözügedən akt üzrə ödənişlərdən nə qədər “Azəriqaz tərəfindən tutulmalar aparılması iıə bağlı iddiaçı məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********11380 olan ünvan 2 ünvanında yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına görə 002105 saylı, xx.xx.2018ci il tarixli akt üzrə hesablanmış cərimə əsassız olduğundan,həmin akta gör 363,50 manat cərimə silinməli və həmin cərimənin silnməsi sözügedən akt üzrə əsassız tutmaların da geri qaytarılmasını özündə ehtiva etdiyindən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə qiymət verilməsi zəruruətini aradan qaldırır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa işin faktiki hallarından görünür ki, sayğacın daxilində olan flyans plombun sınmış vəziyyətdə olması barədə 002105 saylı, xx.xx.2018-ci il tarixli aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən, məhkəmə iddia tələbinin 002105 saylı, xx.xx.2018-ci il tarixli aktın ləğv olunması hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 363,50 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********11380 olan, ünvan 2 ünvanında yerləşən fərdi evə quraşdırılmış qaz sayğacına görə 002105 saylı, xx.xx.2018-ci il tarixli akt üzrə hesablanmış 363,50 manat cərimə silinsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2708/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2708/2023
01.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver