Məhkəmə qərarları › İş №2(012)-2730/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2730/2024

06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2730/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-090H, kodu 30800118 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 01 fevral 1953-cü il tarixdə Füzuli rayonu, Qarakollu kəndində anadan olmuş və 11 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 Çıxarılmış Məlumata əsasən Ərizəçi xx.xx.2024-cü il tarixində vəfat etməsi faktı müəyyən olunmuşdur. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəfat etməsini nəzərə alıb belə hesab edir ki, ərzəçi vəfat etmiş, lakin vərəsəliyin qəbul edilməsi barədə hər hansı bir sənəd ərizəçinin yaxın qohumlarından məhkəməyə daxil olmadığından və beləliklə hüquqi varisliyə yol verilməsi müəyyən edilmədiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 261.0.7. maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar