Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2732/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X11 və xx.xx.1978ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası – xx.xx.1978-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1959-cu il təvəllüdlü X11 onun nənəsi və xx.xx.1978-ci il təvəllüdlü X10 isə onun doğma anasıdır. X2 ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, 1-ci dərəcəli əlildir və beyin qan dövranı pozğunluğu, sol orta beyin arteriyasında işemik insultun qalıqları, sağ tərəfli hemiparez, motor afaziya, arterial hipertenziya, tor qişanın angiopatiyası xəstəliklərindən əziyyət çəkir. X3 isə ümumi xəstəlik səbəbindən əmək qabiliyyətsizdir, İİ dərəcəli əlildir, üzvi mənşəli şəxsiyyət pozğunluğu, epilepsiya, generalizə olunmuş forma tez-tez olan qıcolma tutmaları və şəxsiyyət dəyişikliyi ilə (qıcolma ayda 6-8) ağırlaşma F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu, epilepsiya, generalizə olunmuş forma-tez-tez olan qıcolma tutmaları və şəxsiyyət dəyişikliyi ilə (qıcolma ayda 6-8), yanaşı xəstəliklər İ11.9 (Durğunluq) ürək çatışmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), arterial hipertenziya İİ dərəcə xəstəliyindən əziyyət çəkir. Həmin xəstəliklər səbəbindən onun nənəsi və anası öz hərəkətlərini anlaya bilmir və hərəkətlərini idarə edə bilmirlər. Bu səbəbdən də onları nəzarətsiz qoymaq mümkün deyildir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi X1 şəxsin qulluğuna ehtiyacı var, daima onun yanında olmaq, ona qulluq etmək lazımdır. Onun anasında isə tez-tez qıc olmalar və şəxsiyyət pozğunluğu olduğu üçün onu tək qoymaq olmur, daim ona nəzarət etmək lazımdır. O, özünü idarə edə bilməyən nənəsinə və anasına baxmaq məcburiyyətindədir və onların bütün əziyyətlərini o, çəkir. X3 xəstəxanada qeydiyyatdadır. Nənəsi yataq xəstəsi olduğundan o, nənəsini ekspertiza aparılması üçün müvafiq mərkəzə apara bilməmişdir. Odur ki, zərurət yarandığından o, anası xx.xx.1978-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X12 məhkəmədə izahatında bildirdi ki, iş üzrə təyin edilmiş ekspert rəyinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmir. İş materiallarında olan AA0660886 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Abşeron rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 520106 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 08 avqust 2004-cü ildə Bakı şəhərində doğulmuşdur. X8, anası isə X7r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2030 saylı rəyindən görünür ki, X5 DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F02.8) qeyd olunur. Bunu anamnestik məlumatlar (yaddaşının zəifləməsi, davranışının qeyri-adekvat olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaffəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Epilepsiya. Genalizə olunmuş forma tez-tez olan qıcolma tutmaları və şəxsiyyət dəyişikliyi ilə. (qıcolamayda 6-8 dəfə). Ağırlaşma F07.0” diaqnozu ilə birinci dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və bir qədər gərgin olması, bir yerdə qərar tuta bilməməsi, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları anlamaması, əhvali ruhiyyəsinin dəyişkən olması, maraq dairəsinin dar olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. İ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş suallan aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1978-ci il təvəllüdlü X10 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: xx.xx.1978-ci il təvəllüdlü X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual: xx.xx.1978-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab: xx.xx.1978-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 02 dekabr 1978-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 2030 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olan uşaqların, o cümlədən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.12-ci və 118.13-cü maddələrinə uyğun olaraq övladlığa götürmək istəyən şəxsin ailəsində sınaq müddəti ilə yerləşdirilən uşaqların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 02 dekabr 1978-ci il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2732/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2732/2024
26.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver