Məhkəmə qərarları › İş №2(012)-2733/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2733/2023

07.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2733/2023 07.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış su borcunun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1393,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi, 1 saylı evdə uzun müddətdir ki, yoldaşıyla yaşayır. Həmin evin su sayğacı (abunə kodu: **********110 nömrə) onun istifadəsindədir. Bildirmək istəyir ki, istifadə etdiyi içməli suya görə hər ay Cavabdeh ASC-yə ödəniş etmişdir. Su sayğacı Cavabdeh ASC tərəfindən təmirə və istismara yararsız olması səbəbindən 2023-cü ilin fevral ayında dəyişdirilmişdir. Cavabdeh ASC tərəfindən ona bildirilmişdir ki, onun içməli sudan istifadəsinə görə Cavabdeh ASC-yə 1393,67 manat borcu yaranmışdır. Cavabdeh ASC-dən ona verilən abonent kartına baxdıqda yaranmış borcun qanunsuz və əsassız olduğunu aşkar etmişdir. Belə ki, tərəfindən Cavabdeh ASC-yə hər ay ödəniş olarkən yaranmış yüksək məbləğdə olan borcun olması mümkün deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həyat yoldaşıyla yaşadığı, yəni ki, iki nəfərlik ailə tərkibi üçün sudan istifadə etməyinə görə yazılmış 1393,67 manat borc əsassızdır və mümkün deyidir. Çünki o, həyat yoldaşıyla cəmi iki nəfər həmin evdə yaşayır. Eyni zamanda yazılmış borcla bağlı ona hər hansı rəsmi bildiriş və ya xəbərdarlıq gəlməmişdir. Bundan başqa su sayğac dəyişilməmişdən qabaq onun Cavabdeh ASCyə 64 manat borcu olmuş, ancaq həmin 64 manat Azərsu tərəfindən 164 manat qeyd edilmişdir. O, bununla da razı deyil, çünki, Cavabdeh ASC yalnız öz mənafeyi baxımından abonentlərə yanaşır. Həmin 64 manatın hansı əsasla 164 manat olması ona izah olunmamış və bu barədə ona rəsmi sənəd təqdim edilməmişdir. Göründüyü kimi onun heç bir təqsiri olmadan üzərinə su borcu yüklənmişdir. Dəfələrlə bu barədə lazımi qurumlara müraciət etsə də, bunun bir nəticəsini görməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin olumasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 izahatında və ünvanlandığı vəsatətdə bildirdi ki, İddiaçı Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsinə qarşı istehlakçı kimi yaşadığı ünvan 1 ünvanında su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış 1393,67 manat pul borcunun qanunsuz hesab edilərək silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı əhali kateoriyasına aid istehlakçı olaraq ünvan 1 ünvanında olan evinə **********006 abonent kodu açılmaqla xx.xx.2011-ci il tarixdə dəyişdirilərək, xx.xx.2012-ci il tarixdə, 11,07.2020-ci il tarixdə və dəyişdirilərək xx.xx.2021ci il tarixdə Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin sərfiyyatının ölçülməsi məqsədilə su ölçən cihazları quraşdırılmışdır. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən-su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Cavabdehin mənzilinə su təchizatı paylayıcı şəbəkəyə qoşulma d=15 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun ödəniş həcmi mənzilində quraşdırılmış mexaniki su ölçən cihazı ilə müəyyən olunur. Belə ki, “Sudan istifadə Qaydaları”-na edilmiş 4 №-li əlavə əsasən-su təchizatı və kanalizasiya xidmətlərində sayğac olmadıqda, düzgün işləmədikdə, istifadəyə yararsız müəyyən olunarsa və ya istifadənin həcmini müəyyən etmək mümkün deyilsə mövcud Cədvələ əsasən hesablanır. İddiaçı əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini normativ qaydada hesablama yolu ilə (evdə yaşayan nəfər sayı hesabı ilə), həmçinin su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Nəticədə, İddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2023cü il tarixinə 1460,67 manat borc məbləği yaranmışdır. İstehlakçı abonent İddiaçı tərəfindən sözügedən ünvanda istehlak olunan su təchizatı və kanalizasiya xidmətlərinə görə 2015-ci ildən bu günə kimi, 1460,67 manat borc məbləğindən cəmi 25 manat pul məbləği ödənilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür. Hesab edir ki, iddiaçı hazırkı borc tələbin əsaslı olmasını qəbul edir. MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı-istehlakçı İddiaçı Cavabdeh ASC-nin Abşeron Sukanal İdarəsi tərəfindən işlətdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış-ödənilməmiş 1460,67 manat borcun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin kartından görünür ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə Cavabdeh ASC-yə 1460,67 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini normativ qaydada hesablama yolu ilə (evdə yaşayan nəfər sayı hesabı ilə), həmçinin su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, nəticədə, İddiaçı Cavabdeh ASC-yə su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2023-cü il tarixinə 1460,67 manat borc məbləği yaranmışdır. Abonent İddiaçı tərəfindən sözügedən ünvanda istehlak olunan su təchizatı və kanalizasiya xidmətlərinə görə 2015-ci ildən bu günə kimi, 1460,67 manat borc məbləğindən cəmi 25 manat pul məbləği ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsiə əsasən, iddia tələbinin əsaslı olmasına dair sübutetmə vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı tərəfindən sübutlar və cavabdehin nümayəndəsinin təqdim etdiyi sübutları təkzib edəcək faktlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə iddiaçı Cavabdeh ASC-yə 1460,67 manat borcunun olması iş materiallarında olan abonentin kartı ilə sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1393,67 manat borcun silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC tərəfindən qanunsuz olaraq hesablanmış 1393,67 manat borcun silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar