Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-275/2022 03.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızının iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızı tərəfindən İddiaçınə vurulmuş 4.600,60 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı ABB Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25.11.2016-cı il tarixli, 14/3535 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızına məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00190 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4 markalı 1202-291971 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Eləcə də, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 920,00 manat, 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 153,60 manat, 30.03.2018ci il tarixli 58/0538 saylı akt əsasında 358,80 manat, 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, 31.07.2018-ci il tarixli ******* saylı akt əsasında 345,60 manat, 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 27.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 28.09.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 28.02.2019-cu il tarixli 028231 saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-ci il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 511,20 manat və 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat dəymiş ziyan hesablanmışdır. Sadalanan aktlardan göründüyü kimi, cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya ümumilikdə 4.573,40 manat məbləğində ziyan vurmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 27.20 manat borcu qalmışdır. Cavabdeh 2018-2020-ci illər ərzində 2 ilə təbii qazdan istifadəyə görə heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə 4.573,40 manat təşkil etməkdədir. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızı iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, o, heç vaxt sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməmişdir və ümumiyyətlə, 1 ildən çoxdur ki, həmin evdə yaşayış yoxdur və özü də başqa ünvanda yaşayır. Məhkəmə tərəfin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə cavabdeh Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızı arasında bağlanmış 25.11.2016-cı il tarixli, 14/3535 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “X1”nın, qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İş materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında 19.01.2018-ci il tarixli ******* saylı, 09.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli 58/0538 saylı, 30.04.2018-ci il tarixli ******* saylı , 31.07.2018-ci il tarixli ******* saylı, 28.08.2018-ci il tarixli ******* saylı, 27.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 28.09.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli 028231 saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı və 28.02.2020-ci il tarixli ******* saylı aktlar əsasında müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında (abonent kodu: **********00190) yaşayan istehlakçı Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızının sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızı həmin aktları imzalamamışdır. İş materiallarında olan “istehlakçı” Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızının adına olan **********00190 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosundan görünür ki, abonent Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızının 2018-2020-ci illər ərzində tərtib edilmiş aktlar üzrə ümumilikdə 4573,40 manat borcu vardır. Eləcə də, onun 2020-ci ilin aprel ayına olan debitor borcu 27,20 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2022-ci il tarixli, 9/8367, 10/6403 nömrəli ekspert rəyindən müəyyən edilir ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən BK-G4MT markalı 12528980 nömrəli qaz sayğacının plombunun tamlığının pozulmasının aşkar edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdeh Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızından (abonent kodu: **********00190) debitor borcuna görə 27,20 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, mülki iş üzrə keçirilmiş ekspert rəyi ilə cavabdehə məxsus fərdi yaşayş evinə aid qaz sayğacının plombunun tamlığının pozulmasının aşkar edilmədiyi müəyyən edilmiş və iddiaçı bunu təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 3 manat hissəsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Məmmədova (Hacıyeva) Gülümnaz Güloğlan qızından (abonent kodu: **********00190) debitor borcuna görə 27,20 manat və dövlət rüsumu üçün 3 manat pul tutularaq İddiaçı ABB Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-275/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-275/2022
03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver