Məhkəmə qərarları › İş №2(012)-275/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-275/2023

12.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-275/2023 12.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0315898, ******* nömrəli, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli aktlara görə adına hesablanmış 3765,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0315898, 0361432, ******* nömrəli, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlara görə adına hesablanmış 3765,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0315898, 0361432, ******* nömrəli, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlar əsasında onun adına ümumilikdə 3765,60 manat məbləğində cərimə yazılmışdır. Hər üç aktın yazılmasına səbəb qeyri-qanuni şəkildə təbii qazdan istifadə edildiyi göstərilmişdir. O, qeyd edilən aktlar ilə qəti şəkildə razılaşmır. Çünki ciddi şəkildə heç bir araşdırılma aparılmadan gözəyarı baxış keçirilərək, ona heç bir məlumat verilmədən ayrı-ayrı vaxtlarda aktlar qəbul edilmişdir. O həmin evə xx.xx.2021-ci il tarixdə azyaşlı övladları ilə birlikdə gələrək yaşamağa başlamışdır. Həmin evdə yaşayış olmamışdır. O həmin evdə 2 gün yaşamış və 2 gün sayğacdan kənar xətdən istifadə etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən yazılan cərimələr həddən artıq şişirdilmişdir. Ona heç bir məlumat vermədən və xəbərdarlıq etmədən xx.xx.2021-ci il tarixdə birinci akt tərtib edilmişdir. Halbuki həmin ərəfələrdə o həmin evə yeni köçmüş və kommunal xəttləri qaydasına salmağa və işıq, su, qaz sayğaclarını yeniləməyə çalışmışdır. Azəriqaz İB-nin Xırdalan İdarəsinin əməkdaşları özləri qanunsuz şəkildə onun evdə olmadığı bir gündə, evdə yaşayış yeni olduğunu bildikləri halda əsassız şəkildə külli miqdarda cərimə pulu ilə yüklü etmişdirlər. O isə həmin evə yeni yerləşdiyi üçün orada olan xəttələri yeniləmiş və yeni sayğaclar qoymuşdur. Çünki əvvəlki kommunal xəttlər evin əvvəlki sahibinin adına olmuşdur. Həmin pulu ondan məcburi şəkildə tələb edirlər. Hətta təbii qazı istifadə etmək üçün pul yüklədikdə həmin pulun 50% borca çıxılır. O isə həmin pulu ödəmək iqtidarında deyildir. İşsizdir və evində iki azyaşlı övladı var. Uşaqların tələbatlarını güclə ödəməyə çalışır. Bu hadisədən onun sonradan xəbəri olmuşdur. Belə ki, təbii qazı sərf etdiyi üçün pul yükləyən zaman ona məlum olmuşdur ki, həmin pulun 50 % kartdan çıxılır. Bu məsələni aydınlaşdırmaq üçün Azəriqaz İB-nin Xırdalan İdarəsinə yaxınlaşan zaman ona baş idarəyə yəni departamentə müraciət etməli olduğu bildirilmişdir. Ona artıq aktlar qəbul olunduğu, aktları ləğv edə bilmədiklərini, bunun üçün məhkməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçı barəsində 3 akt tərtib edilmişdir. Onlarda aktlarla bağlı fotoşəkillər də vardır. Abonentin ünvanına baxış keçirilmiş və şəkillər çəkilmişdir. Baxış keçirilən zaman qaz xəttinə əlavə qoşulma müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan sayğaca baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan sayğaca baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan əraziyə baxış keçirilən zaman sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 3765,60 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə borcunun silinməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1346,40 manat cərimə edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 967,68 manat cərimə edilmiş, həmçinin xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1451,52 manat cərimə edilmiş, İddiaçı 3765,60 manat əsassız cərimə olunduğunu, həmin cərimənin silinməsini xahiş etsə də, özünün izahatından başqa digər sübut təqdim etmədiyindən, cavabdeh təşkilat tərəfindən təqdim edilən fotoşəkillərin mötəbərliyini şübhə altına alan hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən, məhkəmə iddiaçının izahatına tənqidi yanaşmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 3765,60 manat cərimənin hesabat müddətinin 90 gün və 60 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (1346,40 : 3 = 448,80 manat, 967,68 : 2 = 483,84 manat, 1451,52 : 3 = 483,84 manat, cəmi 1416,48 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00047 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 3765,60 manat borcdan 1416,48 manat saxlanılmaqla, qalan borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndiı əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin səxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun» 6.2-ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən səxs qaz qurğusu sahibinə dəvmis ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00047 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 3765,60 manat borcdan 1416,48 manat saxlanılmaqla, qalan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar