Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2762/2023 25.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1555,20 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 3114,72 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin evə təbii qazın verilməsi barədə müqavilə Abşeron Rayon Qaz İdarəsi ilə bağlanmışdır. 04 noyabr 2022-ci il tarixdə onun xəbəri olmadan Azəriqaz İB-nin əməkdaşları tərəfindən ona məxsus olan evə verilən təbii qaz üçün quraşdırılmış sayğac istismar müddəti bitdiyinə görə dəyişdirilmiş, bu barədə 04 noyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Ona məxsus olan fərdi yaşayış evinə **********663 nömrəli sayğac quraşdırılmışdır. Onun iştirakı olmadan Azəriqaz İB tərəfindən ana xəttdən sayğaca gələn boru dəyişdirilmişdir. Sonra isə o, balansı yoxlamaq üçün sayğaca baxan zaman sayğacın işləmədiyini görmüşdür. Ona görə də xx.xx.2022-ci il tarixdə Azəriqaz İB-nin Abşeron rayon qaz idarəsinə müraciət etmişdir. Müraciətindən sonra həmin sayğac yenidən dəyişdirilərək yeni **********506 saylı sayğac ona məxsus olan fərdi yaşayış evinə yerləşdirilmişdir. Bu barədə akt 28 noyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın çıxış plasmas borusu deşilmişdir. Nəticədə o, qanunsuz olaraq 1555,20 manat məbləğində cərimə edilmişdir. Lakin o, məhkəməyə iddia tələbiylə müraciət etdiyi gün qaz idarəsi tərəfindən ona 3114,72 manat cərimə gəlmişdir. O, ümumiyyətlə sayğaca kənar müdaxilə etməmişdir. Həmin nöqsanın kimin təqsirindən olması barədə dəqiq fikir bildirə bilmir. Bildirir ki, qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının iştirakı ilə 28 noyabr 2022-ci ildə sayğac dəyişdirilmişdir. Sayğacın plasmas borusunda deşik aşkar olunmuşdur. İddiaçıya 1 akta görə 1555,20 manat cərimə yazılmışdır. Daha sonra yenidən hesablama aparılaraq 3114,72 manat cərimə hesablanmışdır. Odur ki, o, əsassız olduğundan iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus olan evə verilən təbii qaz üçün quraşdırılmış 1202AQ**********9 nömrəli sayğac istismar müddəti bitdiyinə görə dəyişdirilmiş və fərdi yaşayış evinə STS**********663 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan 28 noyabr 2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus olan evə verilən təbii qaz üçün quraşdırılmış STS**********663 sayğac yenidən dəyişdirilmiş, **********506 saylı sayğac fərdi yaşayış evinə yerləşdirilmişdir. Aktda sayğacın çıxış plasmas borusunun deşildiyi qeyd edilmişdir. İş materialarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abonent kodu **********30280) 3114,72 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materialarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evə (abonent kodu **********30280) 3114,72 manat borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdehin nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, (abonent kodu **********30280) ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 3114,72 manat məbləğində hesablanmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********30280 olan, ünvan 1 ünvanında yerləşən evə hesablanmış 3114,72 manat cərimə silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2762/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2762/2023
25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver