Məhkəmə qərarları › İş №2(012)-2763/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2763/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2763/2021 27.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 21.10.2005-ci il tarixli JN-798A saylı 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin 17.02.2006-cı il tarixli AZ-İ №184137 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Yemən Mirələm qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən onun mülkiyyətində olan 20 saylı fərdi yaşayış evinin, eyni zamanda isə həmin fərdi yaşayış evinin yerləşdiyi mərhum Yemən Mirələm qızına məxsus 0.11 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinə ərizə ilə müraciət etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən tərtib olunmuş 21.10.2005-ci il tarixli JN-798A saylı 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş ad, soyad və ata adı ilə onun tərəfindən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənəddəki ad, soyad və ata adı arasında kəskin fərqlərin olduğu müqəyyən edilmişdir. Belə ki, 21.10.2005-ci il tarixli JN-798A saylı 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə mülkiyyətçi qismində X6 qeyd edildiyi halda, 17.02.2006-cı il tarixli AZ-İ №184137 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən isə Yemən Mirələm qızı olduğu müəyyən olunmuşdur. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 30.07.2020-ci il tarixli məktub göndərilmişdir. Eyni zamanda, ona şifahi olaraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi onun oğludur. Yemən Mirələm qızı isə onun atasının həyat yoldaşı, başqa sözlə isə onun ögey anası olmuşdur. Oğlu Ərizəçi Yemən Mirələm qızı ilə birlikdə həmin qadının evində yaşamışdır. Yemən Mirələm qızı sağ vaxtında mülkiyyətində olan bütün əmlakların oğlu Ərizəçi mülkiyyətinə keçməsinə dair vəsiyyətnamə vermişdir. Həmin qadının adı Yemən Mirələm qızıdır, lakin 21.10.2005-ci il tarixli JN-798A saylı 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhvə yol verilərək X6 qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə 40 ildən artıq müddətdir ki, mehriban qonşuluq münasibətində yaşayır. Ərizəçi nənəsi Yemən adlı qadınla yaşamışdır. Nənəsi Yemən Ərizəçi uşaqlıqdan himayəsində saxlamışdır. Belə ki, o, tənha qadın olmuşdur, kimsəsi yox idi. 2006-cı ildə Yemən vəfat etmişdir. Yemənin evi Ərizəçi qalmışdır. Ərizəçi indi də həmin evdə yaşayır. Ona görə də Ərizəçi nənəsinin adının Yəmən Mirəli qızı deyil, Yemən Mirələm qızı olduğunu təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: -AA № ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X4 ünvanlanmış 30.07.2020-ci il tarixli **********62 saylı bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən Ərizəçi mülkiyyətində olan 20 nömrəli fərdi yaşayış evinin və onun yerləşdiyi mərhum Yemən Mirələm qızına məxsus 0.11 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 01 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmış, aparılan araşdırma zamanı, Ərizəçi əmlakına münasibətdə, onun adından müraciət etməyə əsas verən hər hansı bir sənədin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Əlavə olaraq, ərizəyə əlavə edilmiş ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-798A nömrəli şəhadətnamədə qeyd olunan soyad, ad və ata adı ilə təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənəddəki soyad, ad və ata adı arasında kəskin fərqlərin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi “X6” göstərilməsinə baxmayaraq Azərbaycan Respublikasının AZ-İ 184137 nömrəli ölüm haqqında şəhadətnaməsində “Yemən Mirələm qızı” olduğu müəyyən edilmişdir. Bundan başqa, ünvan 1 ünvanında yerləşən **********85-10301 reyestr nömrəli çıxarışla Ərizəçi məxsus olan 20 nömrəli fərdi yaşayış evinin faktiki vəziyyətdə olan ölçüləri ilə arxiv əsaslarında və mövcud sənədlərdə qeyd olunan ölçülər arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, baxış keçirilmiş ərazidə yerləşən fərdi yaşayış evinin faktiki olaraq ümumi sahəsi 50 kv.metr təşkil etsə də, təqdim edilmiş sənədlərdə ümumi sahənin 42.6 kv.metr kimi qeyd olunduğu aşkar edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 17.02.2006-cı il tarixli AZ-İ № 184137 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Yemən Mirələm qızı 17.02.2006-cı il tarixdə ürəyin dekommussiyası səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.05.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1ndə istifadədə olan 0.00546 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 1 otaqlı 24.8 kv.m yaşayış, 17.8 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində 1 saylı reyestr kitabının 128 saylı vərəqində qeydiyyata alınmış və bu barədə **********85-10301 reyestr nömrəli ********* nömrəli qeydiyyat aparılmışdır. -Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlandığı 20.05.2020-ci il tarixli 1102 aylı məktubundan görünür ki, 11.02.2006-cı ildə vəfat etmiş Yemən Mirələm qızından miras qalmış torpaq sahəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqda şəhadətnamənin verilməsinə dair Ərizəçi müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənədlər, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında vərəsələrin dairəsi müəyyən edilmiş və 61 nömrəli vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya onun üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş mərhum Yemən Mirələm qızından bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbini rəhbər tutaraq sorğunu təqdim edən şəxs vasitəsi ilə açılmış vərəsəlik işi ilə əlaqədar mərhum Yemən Mirələm qızından miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakın reyestrindən çıxarış və müvafiq məlumat verilməsi xahiş olunmuşdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə verilmiş 27.01.2020-ci il tarixli 351 saylı arayışdan görünür ki, həqiqətən də Torpağın mülkiyyətə verilməsinə dair 798A saylı şəhadətnamədə Yemən Mirələm qızı əvəzinə səhvən X6 yazılmışdır. -21.10.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-798A saylı 30800086 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilmiş 0.11 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Abşeron rayon Saray qəsəbə sakini X2 mülkiyyətinə verilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli 1672 saylı arayışdan görünür ki, həqiqətən də Saray qəsəbəsi A.Müzəffərov küçəsi 20 saylı evdə yaşamış 14 fevral 2006-cı il tarixdə vəfat etmiş Saray qəsəbə sakini mərhum Yemən Mirələm qızının (Abşeron rayon Məhkəməsi 2-115/2005 saylı iş 2-246/2007 saylı iş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-150/08 saylı 12 mart 2008-ci il tarixli Qətnaməsinə istinad edərək) qohum üzrə vərəsəsi olmamış, yalnız vəsiyyət üzrə vərəsəsi Ərizəçidur. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini, eyni zamanda məhkəmə iclasında tədqiq olunmuş sənədləri qiymətləndirərək belə nəticəyə gəlir ki, ərizəçinin göstərdikləri və təqdim olunmuş sənədlər bir-birini tamamlayır və təsdiq olunur ki, Ərizəçi mərhum Yemən Mirələm qızının vəsiyyət üzrə vərəsəsidir və 21.10.2005-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-798A saylı 30800086 kod nömrəli şəhadətnaməyə əsasən Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı ilə 0.11 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağının verildiyi mülkiyyətçi qismində Abşeron rayon Saray qəsəbə sakini “X6”, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 17.02.2006-cı il tarixli AZ-İ № 184137 saylı ölüm haqqında şəhadətnaməyə əsasən isə “Yemən Mirələm qızı” göstərilmişdir. Bu isə, “X6”nın “Yemən Mirələm qızı” ilə eyni şəxs olması faktını tam olaraq təsdiqləyir. Bu fakt isə eyni zamanda şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq edilən sənədlərlə, həmçinin Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə verilmiş 27.01.2020-ci il tarixli 351 saylı arayışla bir daha sübuta yetirilir. Beləliklə məhkəmə hesab edir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli 16 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-798A saylı 30800086 kod nömrəli 21.10.2005-ci il tarixli şəhadətnamədə göstərilən “X6”nın Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 17.02.2006-cı il tarixli AZ-İ № 184137 saylı ölüm haqqında şəhadətnaməyə əsasən göstərilən “Yemən Mirələm qızı” ilə eyni şəxs olması öz təsdiqini tapdığından, Torpağın mülkiyyətə verilməsinə dair JN-798A saylı 30800086 kod nömrəli 21.10.2005-ci il tarixli şəhadətnamənin 17.02.2006-cı il tarixli AZ-İ № 184137 saylı ölüm haqqında şəhadətnaməyə əsasən göstərilən “Yemən Mirələm qızı”na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların müvcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 307.2.11-ci maddəsində göstərilir ki, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.10.2005-ci il tarixli JN-798A saylı 30800086 kod nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 17.02.2006-cı il tarixli AZ-İ № 184137 saylı ölüm haqqında şəhadətnaməyə əsasən göstərilən “Yemən Mirələm qızı”na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar