Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2780/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, İddiaçı cavabdehlər Cavabdeh və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin ləğvi, miras əmlaka dair payın müəyyən edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 2V-64 reyestr nömrəli 01 aprel 2001-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş 01 aprel 2021-ci il tarixli, reyestrdə 2V-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə iddiaçının mərhum anası (miras qoyan) X3 adına verilmiş seriya nömrəsi JN-511, kod 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlakın tam hissəsinə iddiaçının payının müəyyən edilməsinə, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlakdan tam hissədə iddiaçıya “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi vəzifəsinin cavabdeh Abşeron rayonu 2 saylı notariat ofisinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə göndərərək, iddia tələbinin tam həcmdə təmin edilməsinə, Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş 01 aprel 2021-ci il tarixli, reyestrdə 2V-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə iddiaçının mərhum anası (miras qoyan) X3 adına verilmiş seriya nömrəsi JN-511, kod 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlaka tam hissədə İddiaçı payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. Cavabdeh iddiaçının qardaşıdır. xx.xx.2006-cı ildə vəfat etmiş X5 iddiaçının anası, xx.xx.1958-ci ildə vəfat etmiş X12 isə iddiaçının atasıdır. X1 Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X4 0,13 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı Torpağa Mülkiyyət hüququna dair JN 511 Kod: 30800118 nömrəli Dövlət Aktı verilmişdir. Qeyd edir ki, X5 1984-cü ildən vəfat etdiyi vaxta kimi, yəni xx.xx.2006-cı il tarixədək iddiaçıyla birlikdə ünvan 1ində yaşamışdır. X3 ölümündən sonra da miras qalmış mülkiyyəti və təsərrüfatı iddiaçı idarə etmiş, həmin miras əmlaka sahiblik etmiş, hal-hazırda da faktiki idarə edir. X3 ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə vərəsəlik işi açılmamışdır. Eyni zamanda iddiaçının anası tərəfindən vərəsəlik haqqında vəsiyyətnamə qoyulmamışdır. Bu səbəbdən də X2 miras qalmış ünvan 1i, Çingiz Mustafayev küçəsində yerləşən Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 0,13 ha torpaq sahəsin vərəsəlik haqqında şəhadətnamə verilməsindən ötrü iddiaçı Abşeron rayon 2 saylı notariat ofisinə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 2V-64 reyestr nömrəli 01 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı ildə vəfat etmiş X3 vərəsələri ünvan 2i ünvanında qeydiyyatda olan Cavabdeh tanınmış və miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X4 verilmiş seriya nömrəsi JN 511 KOD: 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd edir ki, Abşerov rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi qanunsuzdur. Belə ki, cavabdeh anasından miras qalmış əmlaka vərəsə kimi tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı zaman iddiaçının da vərəsə olmağını gizləmiş, iddiaçıya dair məlumatları qəsdən notariat kontoruna bildirməməklə iddiaçının vərəsəliyə çağrılmağına mane olmuşdur. Həmçinin Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılan zaman vərəsələrin dairəsi müəyyən edilməmiş, miras əmlakın vərəsəlik qaydada qəbul edilmiş qanunla müəyyən edilmiş müddətin keçməsini nəzərə almamış və miras əmlaka dair mübahisənin olub-olmadığını müəyyən etməmişdir. Bütün bu səbəblərə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək əvvəllər də onların arasında mübahisənin olduğunu, iddianın rədd edilməsini məhkəmədə bildirmiş,lakin məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Həmçinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Abşeron Rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində bildirdi ki, o, İddiaçı ilə 30 ildən çoxdur ki, qonşudur. O, eyni zamanda, iddiaçının qardaşı Cavabdeh və anaları Əliyeva Abuhəyatı da tanıyır. X10 7-8 ildir ki, rəhmətə getmişdir. O, mərhumun yas mərasimində iştirak etmişdir. Bildiyi qədər hər iki qardaş bir-biri ilə danışmırlar. Əliyeva Abuhəyat rəhmətə gedənə qədər oğlu İddiaçı ilə yaşamış və Abuhəyata Salehin həyat yoldaşı baxmışdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 ifadəsində bildirdi ki, o, hər iki tərəfi 1988-c ildən bəri tanıyır. Belə ki, Cavabdeh qapı qonşusudur, İddiaçı isə ondan təxminən 500 metr aralıda yaşayır, tərəflərin anası Əliyeva Abuhəyat bundan 4-5 il əvvəl rəhmətə getmiş və rəhmətə gedənə qədər iddiaçı ilə birlikdə yaşamışdır. Valeh isə vaxtaşırı anasına baş çəkmişdir. Abuhəyat rəhmətə gedən zaman mərhumun yas mərasimi də, İddiaçı tərəfindən keçirilmişdir. O, tərəflərin münasibətlərinin necə olduğunu və Əliyeva Abuhəyatın adına əmlak olub- olmamasını bilmir. O, Cavabdeh ilə danışmır və məhkəməyə gəlməyini iddiaçı xahiş etmişdir. İş materiallarında olan Azərbycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 28 sentyabr 1999-cu il tarixli, KOD 30800118, JN-511 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə X4 0,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Abşeron RİHB-nın Novxanı kəndi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 199568 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006-cı il tarixində ölmüşdür. İş materiallarında olan Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli, 2V-64 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş-X3 vərəsəsi: ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamədə verilən miras əmlak-Azərbycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 28 sentyabr 1999-cu il tarixində X4 verilmiş seriya JN- 511, KOD: 30800118 olan dövlət aktına əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsin əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsin əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş materialarından göründüyü kimi İddiaçı anası miras qoyan X5 xx.xx.2006-cı ildə vəfat etmiş, mirs əmlak isə X4 verilmiş seriya JN-511, KOD: 30800118 olan dövlət aktına əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,129966 ha olan torpaq sahəsindən ibarətdir, İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə miras əmlakın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ilə müraciət etməmişdir. İddiaçı iddia ərizəsində anası X3 ölümündən sonra da miras qalmış mülkiyyəti və təsərrüfatı idarə etdiyini,həmin miras əmlaka sahiblik etdiyini, hal-hazırda da faktiki idarə etdiyini göstərmiş, məhkəmədə iddaçının nümayəndəsi də eyni ilə izahat vermiş,lakin miras əmlakın iddiaçı tərəfindən qeyri-formal üsulu ilə qəbul edilməsinə dair, yəni miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi ilə bağlı izahatları təstiq edəcək hər hansı bir mötəbər sübut müəyyən edilməmiş, iddiaçı tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin nədə ifadə olunması göstərilməmiş, yalnız formal mülahizələrə istinad olunmuş, şahidlər bununla bağlı hər hansı bir halı bildirməmiş, hətta şahidlər miras qoyanın ölümü ilə bağlı ziddiyyətli ifadələr vermiş, şahid X7 cavabdeh ilə küsülü olduğunu göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edi ki,iddia ərizəsində göstərilənlərə və iddiaçının nümayəndəsinin izahatına tənqidi yanaşılmalıdır. Məhkəmə yuxarıda qeyd olunan müəyyən edilmiş faktiki halları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsi,miras əmlakın tam hissəsinə iddiaçının payının müəyyən edilməsi,hal-hazırda birbaşa miras əmlakın qeyri-formal üsulu ilə qəbul edilməsi halı ilə bağlı olduğundan və həmin hallar müəyyən edilmədiyindən, vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsinin, miras əmlakın tam hissəsinə iddiaçının payının müəyyən edilməsinin də hüquqi əsası yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq,affırmanti,non neganti,incumbit probation(sübut etmək yükü təkzib edənin deyil,iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüququları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı cavabdehlər Cavabdeh və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən Cavabdeh verilmiş 01 aprel 2021-ci il tarixli, reyestrdə 2V-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin tamamilə ləğv edilməsinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.1999-cu il tarixdə onun mərhum anası (miras qoyan) X3 adına verilmiş seriya nömrəsi JN-511, kod 30800118 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,129966 ha olan miras əmlaka tam hissədə onun payının müəyyən edilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-2780/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2780/2022
27.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver