Məhkəmə qərarları › İş №2(012)-2793/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2793/2021

24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2793/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 24 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1982A KOD 30800086 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış “X1”-nun AZE******** seriyalı şəxsiyyət vəsiqəsinə əsasən “Ərizəçi” ilə eyni şəxs olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə “dəqiqləşmə” barədə ərizə təqdim edərək, JN-1982A KOD 30800086 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona və digər ailə üzvlərinə məxsus 0.01 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş,lakin ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 16.03.2021-ci il tarixli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, JN-1982A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad arasında kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, şəhadətnamədə hüquq sahibi “X1” göstərilməsinə baxmayaraq şəxsiyyəti təsdiq edən sənəddə “Ərizəçi” kimi qeyd edilmişdir. Bütün bunlara əsasən onun müraciətindən imtina edilmiş, məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizəsinin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan ******** №-li şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, “Ərizəçi” xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan JN-1982A KOD 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən edilir ki, 3-cü sırada «X1” olaraq qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilən 16.03.2021-ci il tarixli, **********12 №-li məktubdan müəyyən edilir ki, JN-1982A KOD 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adında vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən ad ilə kəskin fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-1982A KOD 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X1” göstərildiyi halda vətəndaşın şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi qeyd aşkar olunmuşdur. Bunun üçün də Ərizəçi ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Saray qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 20 aprel 2021-ci il tarixli, 1315 №-li məktubdan müəyyən edilir ki, həqiqətən də, torpağın mülkiyyətə verilməsinə dair JN- 1982A KOD şəhadətnamədə “Ərizəçi” əvəzinə səhvən “X1” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1982A KOD 30800086 saylı şəhadətnamə Ərizəçi məxsusluğu təsdiq edildiyindən, ərizə əsaslı olduğu üçün təmin edilməli, JN-1982A KOD 30800086 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-1982A KOD 30800086 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar