Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2794/2021 05.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətçi kimi adı, soyadı və ata adı X1 göstərilən Torpağın mülkiyyətə verilməsinə dair JN - 548A, KOD 30800027 saylı şəhadətnamənin Ərizəçi3, mülkiyyətçi kimi adı, soyadı və ata adı X3 göstərilən Torpağın mülkiyyətə verilməsinə dair JN - 548A, KOD 30800027 saylı şəhadətnamənin X6, mülkiyyətçi kimi adı, soyadı və ata adı X4 göstərilən Torpağın mülkiyyətə verilməsinə dair JN - 548A, KOD 30800027 saylı şəhadətnamənin Mirzəyeva (Şairova) Zəminə Tariyel qızına, mülkiyyətçi kimi adı, soyadı və ata adı Ərizəçi1 Hafis oğlu kimi göstərilən Torpağın mülkiyyətə verilməsinə dair JN - 548A, KOD 30800027 saylı şəhadətnamənin Ərizəçi1 məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 mübahisənin həll edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyətinə müraciət etməmiş, həmin icra orqanından imtina cavabı almamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2. bəndində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Plenumun qərarında qeyd edildiyi kimi faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulması deyildikdə ərizəçinin mübahisənin həll edilməsi ilə əlaqədar müafiq icra hakimiyyətinə müraciət etməsi başa düşülür. Həmin orqan işin həllini mümkünsüz hesab etməklə yazılı qaydada imtina etdiyi təqdirdə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ona görə də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 152.1.6, 263, 264, 267, 268, 307.2.8, 308 və 310-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-2794/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2794/2021
05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver