Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2795/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Elçin Məmməd oğlu Kazımovun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında abonent kodu: **********00380 olan və iddiaçının adına hesablanmış 403 manat məbləğində cərimə pulunun silinməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllədə yerləşən vaqonda tək başına yaşayır. Sərf etdiyi təbii qaza görə aylıq ödənişlərini vaxtı-vaxtında ödəyir. Belə ki, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018-ci il tarixli akta əsasən onun evinə quraşdırılmış sayğacın flyans plombunun sındırılması aşkar edilmişdir. O, tək başına balaca bir vaqonda yaşayır və maddi imkanı çox aşağı olduğu üçün havalar isti olan zaman təbii qazdan istifadə etmir. Lakin, sayğacın flyans plombu sındığına görə ona 403 manat məbləğində cərimə yazılmışdır. Akt 30.03.2018-ci il tarixdə qəbul edilsə də, həmin aktdan onun bir neçə gün öncə xəbəri olmuşdur. Belə ki, evinə gələn qəbzdə ona 403 manat məbləğində borc yazılmışdır. Bundan sonra o, Cavabdeh İB-nə müraciət edərək, pulun hansı əsasla yazılması barədə məlumat almışdır. Cavabdeh İB-nin əməkdaşı həmin aktın surətini ona təqdim edərək guya flyans plombunun sındırıldığını bildirmişdir. O, qəti şəkildə sayğaca əl vurmamış, evinə quraşdırılmış sayğac yol kənarındadır və həmin yolu vətəndaşlar istifadə edir. Bu səbəbdən hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. **********00380 saylı abonent koduna tətbiq edilmiş borc əsassızdır. Odur ki, ünvan 1 ünvanında abonent kodu: **********00380 olan və adına hesablanmış 403 manat məbləğində cərimə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, Təmir-Tikinti 47 ünvanında yaşadığı evi təbii qazla təmin edir. Birliyin nümayəndələri tərəfindən İddiaçı yaşadığı evin qaz sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sonuncu flyans plombunu sındırmışdır. Bununla bağlı, 30.03.2018-ci il tarixli, 002044 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuşdur. Nəticədə Birliyə dəymiş ziyanın həcmi hesablanmış və 2016 m3 ziyan hesablanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 30.03.2018-ci il tarixli, 002044 nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Cavabdeh nümayəndələri mühəndis İsmayıl İsmayılov, çilingərlər Həşim Məmmədov və Mirsaleh İslamov tərəfindən istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllədə yaşadığı evin qaz sayğacına baxış keçirilən zaman “İTRON” markalı, 1102AQ**********7 №-li sayğacın flyans plombunun sındırılması aşkar olunmuşdur. Abonentin saldosundan çıxarışdan görünür ki, abonent kodu: **********00380 olan İddiaçı 2018-ci ilin sonuna olan borcu 403,0 manat olmuşdur. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. İddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman, istərsə də məhkəmə tədqiqatı zamanı İddiaçı tərəfindən əsassız hesablanmış 403 manat borc barədə məhkəməyə hər hansı mötəbər və ya tutarlı sübut növləri təqdim edilməmişdir. Azərbaycan Respublikasınm MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərini əsaslandıran heç bir sübut təqdim edilmədiyinə görə, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-2795/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2795/2021
20.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver