Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2804/2020 02.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh1 Tamin oğlunun iştirakı ilə, İddiaçı MMC -nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinə qarşı lizinq müqaviləsi üzrə öhdəliyin icra edilməsi, habelə vurulmuş maddi zərərin tutulması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinə qarşı lizinq müqaviləsi üzrə öhdəliyin icra edilməsi, habelə vurulmuş maddi zərərin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2014-cü il tarixli 1404/0168/TH saylı lizinq müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borc, eyni zamanda digər cavabdehlər Ağayev Elnur Əliqulu oğlunun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinin qanunazidd əməlləri nəticəsində İddiaçı MMC-yə dəymiş ƏDV daxil 21388,02 manat məbləğində maddi ziyanın Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsindən, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsinə əsasən 42 ay müddətinə illik faiz dərəcəsi 20,8 olmaqla dəyəri 12500 manat olan və lizinq predmeti kimi çıxış edən “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində təyinatına uyğun olaraq sahiblik və istifadə hüququ müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərlə lizinq alan Cavabdeh1 verilmişdir. Lakin, Cavabdeh1 lizinq predmeti “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağında yanaraq yararsız hala düşməsini bəhanə edərək öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Hazırda Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borcu vardır. “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydaları pozulduğuna görə həmin avtomobil Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağında yerləşdirilmiş və Cavabdeh2 həmin dayanacağa daxil olaraq özünə məxsus olan “Craysler Status” markalı ** MN *** dövlət qeydiyyat nişanlıavtomobilin yük yerinə tökərək yandırmış, nəticədə “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil də yanaraq tamamilə yararsız hala düşmüşdür. Həmin əməl nəticəsində Ağayev X3 Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilnərək 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, ev dustaqlığında saxlanılma müddəti də nəzərə alınmaqla Cavabdeh2 barəsində qəti olaraq 2 il 2 ay 13 gün müddətində azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinin tələblərinə əsasən şərti ihesab edilmiş, 2 il sınaq müddəti təyin edilmişdir. Cavabdeh2 təqsirli əməli nəticəsində İddiaçı MMC-yə məxsus “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tamamilə yararsız hala düşdüyündən digər Cavabdeh1 xx xxxxxx 2014cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir. Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağı isə üzərinə düşən vəzifəni, yəni saxlanca verilmiş avtomobillərin mühafizəsini layiqincə təşkil etməməsi və buraxılış vərəqəsi olmadan kənar şəxslərin dayanacağa buraxılması nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Azərbaycan Respublikasında “Mitsubishi Attrage” markalı avtomobillərin rəsmi distribütörü olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Mİ-66042 saylı iş qüsur aktından müəyyən edilir ki, İddiaçı MMC-yə məxsus olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın dəyəri ƏDV daxil 21388,02 manat təşkil edir. Dəymiş ziyanın dənilməsi ilə bağlı pretenziya qaydasında cavabdehlərə müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və yəmin edilməməmisini məhkəmədən xahiş etdi.İzahatında bildirdi ki, lizinqə götürdüyü avtomaşını bir neçə aydan sonra şirkətə qaytarmışdır. Cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinin nümayəndəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx xxxxxx 2014-cü il tarixli 1404/0168/TH saylı Daxili Lizinq müqaviləsindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən lizinq obyekti “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh1 arasında imzalanmış ödəniş qrafikinə əsasən illik 20,8% hesablanmaqla 42 aylıq müddətinə hər ay sabit məbləğ olmaqla 97,30 manat, ümumilikdə isə 12500 manat pul məbləğini Cavabdeh1 İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan AC seriyalı 344149 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmü ilə müəyyən edilir ki, Cavabdeh2 xx xxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinin 15 saylı siqnal dayanacağına gedərək özü ilə plasmast qabda olan benzin yanacağını “Craysler Status” markalı ** MN *** dövlət qeydiyyat nişanlıavtomobilin yük yerinə tökərək yandırmış, nəticədə həmin avtomobilin sahibi X2 980 manat, avtomobilin sol tərəfində saxlanılmış “Mercedes Benz 230” markalı ** MF *** dövlət qeydiyyat nişanlıavtomobilin sahibi X1 710 manat və sağ tərəfdə saxlanılmış “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4891 manat məbləğində ziyan vurulmasına səbəb olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilnərək 3 il 6 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, ev dustaqlığında saxlanılma müddəti də nəzərə alınmaqla Cavabdeh2 barəsində qəti olaraq 2 il 2 ay 13 gün müddətində azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinin tələblərinə əsasən şərti ihesab edilmiş, 2 il sınaq müddəti təyin edilmişdir. Həmçinin həmin hökmdə “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hökm qanuni qüvvəyə minəndən sonra İddiaçınə qaytarılması qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmünün təsviri hissəsində qeyd edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli rəyində göstərilmişdir ki, “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı təmir-bərpa xərcinin qiyməti 5120 manatdır, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4891 manatdır. Mülki işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 İddiaçınə “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 11328,28 manat vaxtı keçmiş əsas faiz borcu, 1021,80 manat vaxtı keçmiş faiz borcu, cəmi 12350,08 manat borcu vardır. Mülki işin materiallarında olan “xxxx” MMC-nin avtomobilin qiymətləndirilməsinə dair rəyindən müəyyən edilir ki, “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalıq dəyəri ***-**** manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı lizinq verən İddiaçı MMC cavabdeh lizinq alan Cavabdeh1 İddiaçı MMC arasında etibarlı daxili lizinq müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh daxili lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə olan borc məbləği lizinq obyekti olan avtomobillə bağlı baş verən hadisəyə, yəni xx xxx 2016-cı il tarixə qədərki dövr üçün olan borc məbləği lizinqalan olaraq Faiq Cəlilovdan iddiaçının xeyrinə tutulmalıdır.İddiaçının təqdim etdiyi ödəniş cədvəlindən görünür ki, xx xxx 2016-cı il tarixinə 4008.45 manat əsas borc 3165,55 manat isə faiz borcu olmaqla, cəmi 7174 manat borcu olmuşdur. İddia tələbinin lizinq borcu tələbi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı faiz borcu olaraq 1021,80 manat tələb edir. MPM-nin 218.3 maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır,Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi lizinq ödənişi tələbi hissəsində qismən əsaslı olmaqla qismən təmin edilməli, cavabdeh lizinq alan Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə olan xx xxx 2016-cı il tarixə olan əsas borc olaraq 4008.45 manat, faiz borcundan isə 1021.80 manat məbləğində pul tutulmalı və iddiaçıya verilməlidir. İşin araşdırılan hallarından göründüyü kimi lizinq obyekti olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 təqsirli əməli nəticəsində 4891 manat məbləğində ziyan vurulması qanuni qüvvəyə minən Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 1(012)-3/2017 saylı hökmü ilə təsdiq olunmuşdur. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ziyan hissədə qismən təmin edilməli 4891manat məbləğində pul Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. Lizinq obyekti olan “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması birbaşa Cavabdeh2 cinayət əməli ilə vurulduğundan burada digər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 “Siqnal” İLİ İdarəsinin mülki məsuliyyəti istisna olunur.Ona görə də, məhkəmə hesab edir ki, iddia bu cavabdehə münasibətdə əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMCnə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 1404/0168/TH saylı Lizinq müqaviləsi üzrə əsas borc olaraq 4008.45 manat, faiz borcundan isə 1021.80 manat, cəmi 5030,25 manat məbləğində pul, Cavabdeh2 “Mitsubishi Attrage” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu ziyana görə 4891manat məbləğində pul, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2804/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2804/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver