Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2806/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 vəkili X2, İlkin iddia ərizəsi üzrə Cavabdeh3 nümayəndəsi-oğlu X3, İlkin iddia ərizəsi üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ƏMDK yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsi və Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayonu 2 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Azərbaycan Respublikası İN yanında ƏMDK DƏDRX-nın 4 saylı Ərazi İdarəsi) qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu 2 saylı Notariat Ofisində rəsmiləşdirilən 12 iyun 2015-ci il tarixli AN-İ № ******* saylı 4Ə-1231 reyestr nömrəli və 12 iyul 2015-ci il tarixli AN-İ № ******* saylı 4Ə-1374 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, 12 iyun 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh2 arasında olan AN-İ № ******* saylı 4Ə-1231 reyestr nömrəli və 10.07.2015-ci il tarixdə Abşeron rayonu 2 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında rəsmiləşdirilən AN-İ № ******* saylı 4Ə-1374 reyestr nömrəli və 12 iyul 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, onun mülkiyyətində olmaqla, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsində tikililərin İddiaçı hesabına sökülərək onun və ailə üzvlərinin torpaqdan çıxarılması, torpağın boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 1994-cü ildə məcburi köçkün kimi Abşeron rayonu Mehdiabad qəsəbəsində bir yaşayış vaqonu qoyaraq ailəsini həmin yerə yerləşdirmişdir. Sonradan 2006-cı ilin iyun ayında Cavabdeh1 ilə tanış olmuşdur. O, Mehdiabad qəsəbəsində 0,7 ha torpaq sahəsini 7.000 ABŞ dollarına satmışdır. Bundan sonra o, həmin ərazidə yaşamağa başlamış və ailəsi ilə yaşamaq üçün ev tikmişdir. 2011-ci ildə "xxxx" MMC tərəfindən inventarlaşma aktı tərtib edilmiş və tikilinin ümumi sahəsi və həmin dövrə olan dəyəri 36.222 manat müəyyən edilmişdir. Bir müddət sonra Cavabdeh1 tanışı olan digər Cavabdeh4 onu tapmış və ev tikilən sahənin ona məxsus olduğunu bildirmiş və sənədləşməni onun adı ilə rəsmiləşdirməyi qərarlaşdırmışlar. Bu söhbətlər zamanı Cavabdeh1 ilə görüşmüşlər. Cavabdeh4la razılığa görə bu torpağın əvəzində Ruslana başqa yerdə torpaq verəcək və Ruslan bu torpağı onun adına rəsmiləşdirəcəkdir. Bu söhbətdən sonra Cavabdeh4 adından Cavabdeh1 07.02.2012-ci il tarixdə 5 illik geniş səlahiyyətli etibarnamə vermişdir. Qədəmdən sənədlərin əsillərini istədikdə o itirdiyini bildirmişdir. Həmin sənədlərin əsillərini almaq üçün müəyyən orqanlara müraciət etmək lazımdır. Bu etibarnamə əsasında onun müraciət etmək səlahiyyəti var. 27.01.2012-ci il tarixdə qonşusu Mətanət Məmmədova bu torpaq sahəsinin ona məxsus olması ilə bağlı məhkəməyə müraciət edərkən məhkəmə qərardadla cavabdehin digər cavabdehlə əvəz olunmasını təmin etmiş və onu cavabdehlər siyahısından çıxararaq Cavabdeh1 cavabdeh kimi tanımışdır. Həmin qərardaddan da görünür ki, həmin torpaq sahəsi onun istifadəsində olmaqla, sənədlərə əsasən Cavabdeh4 mülkiyyətində olmuşdur. Vəziyyəti belə gördükdə o, sənədləri bərpa etmək qərarına gəlmiş və 2013-cü ildə müəyyən orqanlara sənədin itməsi ilə bağlı müraciət edib müvafiq arayışları alıb Cavabdeh4 adına olan ilkin çıxarışın itirilməsi ilə əlaqədar etibarsız hesab edib, dublikat çıxarış almışdır. Bu məsələlər araşdırılan zaman Cavabdeh1 barəsində ayrı-ayrı faktlarla bağlı CM-nin 178-ci maddəsi ilə bağlı cinayət işi başlanmış və məhkəmənin hökmü ilə o həbs olunmuşdur. Bundan sonra torpaqla bağlı onu heç kəs narahat etməmişdir. Sonradan 2017-ci ilin əvvəllərində digər cavabdehlər, yəni Cavabdeh2 və Cavabdeh3 adlı şəxslər onun istifadəsində olan torpaq sahəsinin onlara satılması barədə iddia etməyə başlamışlar. Vəziyyəti belə görüb sənədləri araşdırmağa məcbur olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, 12.06.2015-ci il tarixdə Abşeron rayon 2 saylı notariat kontorunda onun istifadəsində olan torpaq sahəsinin 0,05 ha hissəsi yenə də Cavabdeh1 olan etibarnamə əsasında 5.000 manat dəyərində Cavabdeh2 satılmışdır. Alqı-satqı zamanı notariat orqanı təlimatına əsasən torpağın mülkiyyət sənədinin əslini notariat işinə əlavə etməli və etibarnamənin əslini iş materialını əlavə etməli idi. Lakin notariat işindən görünür ki, Cavabdeh4 məxsus çıxarışın hansı şəkildə notariusa verilməsi və etibarsız çıxarışla hər hansı bir əməliyyatın edilməsi mümkün olmadığı halda bu əməliyyatın necə keçirilməsi heç kəsə məlum deyildir. Cavabdeh1 1 ay sonra eyni notariat konturunda eyni sənədlərə əsasən torpağın digər şəxsə, yəni Cavabdeh3 satılmasını həyata keçirmişdir. Bu alqı-satqılar qanunsuz və əsassızdır. Belə ki, 1. Alqı-satqı müqaviləsindən görünür ki, 0.02 ha torpaq sahəsi Cavabdeh3 satılarkən dəyəri 13.000 AZN, 0,05 ha torpağın dəyəri 5.000 AZN göstərilmişdir. Belə bir fərqin nədən əmələ gəlməsi məlum deyildir. Halbuki, 0.002 ha torpaq sahəsinin dəyəri 0.05 ha torpaq sahəsinin dəyərindən aşağı olmalı idi. 2. Məhkəmədə ifadə verərkən Cavabdeh2 torpağı alqı-satqı müqaviləsində 5.000 manat müqabilində aldığı halda müxtəlif məbləğlərlə pul verdiyini qeyd etmişdir. Konkret olaraq torpağı hansı məbləğdə əldə etdiyini bildirməmişdir. 3. Bundan əlavə, torpaq alan şəxs yəqin ki, torpaq ərazisini gəlib görməli və orada kimliyindən asılı olmayaraq həmin torpaqda kimin yaşadığını müəyyənləşdirməli idi. 4. Cavabdeh2 iddiasında qeyd edir ki, torpaq satılarkən iddiaçı orda olmamış və məskunlaşmamışdır. Amma iş materialına əlavə olunmuş inventarlaşma aktından, bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş onun adına olan qaz sayğacının, işıq sayğacının, su sayğacının ödənişlərindən görünür ki, hələ 2007- 2008-ci ildən müqavilə onunla imzalanmış və onun tərəfindən ödənişlər həyata keçirilmişdir. 5. Bundan əlavə, torpağa dair çıxarışın ən azından əsli alqı-satqı müqavilələrinin birinin tərkib hissəsini təşkil edir. Lakin hər iki notariat işində çıxarış əlavə edilmiş və notariat işində saxlanılmışdır. Notariat işində Cavabdeh1 ərizəsindən görünür ki, Cavabdeh4 guya subaydır və məsuliyyəti Cavabdeh1 öz üzərinə götürür, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, hələ 2010-cu ildə Günel Gözəlova ərizə verərək torpağın ona satılmasına etiraz etmədiyini bildirmişdir. Nədənsə notariat orqanı müqavilələri bağlayarkən bu halların heç birinə diqqət yetirməmişdir. Abşeron Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli 2(012)-27/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti versə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli 2(105)-531/2020 saylı qətnaməsinə əsasən, şikayət təmin edilməmişdir. Bu qətnamədən verdiyi şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli 2(102)-3561/2020 saylı qərarı ilə təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli 2(105)-531/2020 saylı qətnaməsi ləğv edilərək yenidən araşdırılması üçün apelyasiya instansiyasına geri qaytarılmışdır. Cavabdeh1 2013-cü ildə itmiş və etibarsız hesab edilmiş etibarnamədən istifadə etməklə mübahisə predmetini təşkil edən 0,07 ha torpaq sahəsini iki şəxsə satmışdır. Cavabdeh1 artıq etibarsız hesab edilən etibarnamədən istifadə etməklə ümumi sahəsi 0,07 ha olan torpaq sahəsinin geri qalan 0,02 ha olan hissəsini isə 13.000 manat müqabilində cavabdeh Abşeron rayonu 2 saylı Notariat Ofisində rəsmiləşdirilən 10 iyul 2015-ci il tarixli AN-İ № ******* saylı 4Ə-1374 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Hər iki əqdin etibarsızlığına ən əsas səbəb isə artıq qüvvədən düşmüş və itdiyi üçün etibarsız hesab edilmiş əqd əsasında özgəninkiləşdirilməsi olmuşdur. Çünki Abşeron RPİ-nin 11.11.2013-cü il tarixli 17549 nömrəli arayışından görünür ki, Cavabdeh4 məxsus olan **********67 reyestr nömrəli çıxarış və etibarnamə itmişdir. Bundan əlavə, "RESPUBLİKA" Qəzetinin 05.12.2013-cü il tarixli 267(4850) nömrəli buraxılışında qeyd edilən sənədlərin itməsi səbəbindən etibarsız hesab edilməsi barədə elan öz əksini tapmışdır. Həmçinin Cavabdeh4 digər Cavabdeh1 vermiş olduğu etibarnamə əsasında sonuncu da ona etibarnamə verdiyindən səlahiyyətlər ona ötürülmüşdür. Bu isə əvvəlki etibarnamənin qüvvədə olmadığını göstərən növbəti haldır. Ona görə də göstərilənlərə əsasən ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 vəkili X6 ilkin iddia ərizəsini qəbul etməyərək və qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ilkin İddiaçı iddiası əsassızdır. Belə ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, **********67 reyestr nömrəli, ********* qeydiyyat nömrəli 25 dekabr 2007-ci il tarixli çıxarışa görə satıcı Cavabdeh4 mülkiyyətində olmuşdur. Torpaq sahəsi çıxarışa görə 0.07 ha olmuşdur. Satıcı Cavabdeh4 adından etibarnamə ilə çıxış edən Cavabdeh1 12.06.2015-ci il tarixdə notarial qaydada həmin torpağın 0.05 ha hissəsini Cavabdeh2, 0.02 ha hissəsini isə Cavabdeh3 satmışdır. Cavabdeh2 həmin torpaq sahəsinə 01.07.2015-ci ildə mülkiyyətə dair çıxarış almışdır. Hazırda onun mülkiyyətindədir. Həmin torpaq sahəsi Cavabdeh2 satılarkən iddiaçı orada olmamış, məskunlaşmamışdır. Cavabdeh2 bir müddət torpaq sahəsinə gedə bilmədiyindən İddiaçı həmin sahəni zəbt edərək orada özbaşına tikinti aparmışdır. Uzun müddətdir ondan tikintini sökməsi və torpaqdan çıxmasını tələb etsə də, tikintini sökmür və torpağı boşaltmır. İddiaçı iddiasını əsaslandırdığı hallar həqiqətə uyğun deyildir. Belə ki, göstərir ki, guya Cavabdeh1 2015-ci ildən qabaq 0.05 ha torpaq sahəsini Cavabdeh2 satarkən göstərib ki, guya torpaq sənədləri onda olmamışdır. Halbuki, torpağın Cavabdeh4 adına çıxarışı 25.12.2007-ci ildən qeydiyyatdadır və həmin torpaq 2007-ci ilin çıxarışı ilə satılmışdır. İlkin İddiaçı iddia ərizəsində göstərdiyi əsaslandırma həqiqətə uyğun deyildir. Odur ki, qeyd etdilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə Cavabdeh3 nümayəndəsi-oğlu X7 ilkin iddia ərizəsini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia ərizəsi üzrə Cavabdeh1 ilkin iddia ərizəsini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilkin iddia üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.12.2007-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi Cavabdeh4 mülkiyyətindədir və bu barədə 25.12.2007-ci il tarixdə 163 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - Abşeron rayon Polis Şöbəsinin 11.11.2013-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh4 adına Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinə dair DƏDRX-nın HDQHDƏDR ******* nömrəli çıxarışı, DƏDRX-nın Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş **********67 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünü və etibarnaməni naməlum şəraitdə itirməsi barədə 20.11.2013-cü il tarixdə Abşeron RPŞ-nə ərizə ilə müraciət etmişdir. Tərəflərindən bir sıra axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. - 12.06.2015-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gözəlov X8 rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinin 0.05 ha hissəsini 5000 manat müqabilində Cavabdeh2 satmışdır. - 10.07.2015-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Gözəlov X8 rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.07 ha torpaq sahəsinin 0.02 ha hissəsini 13000 manat müqabilində Cavabdeh3 satmışdır. - 07.02.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh4 Cavabdeh1, o isə həmin etibarnamə ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh4 məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və digər hərəkətlər etməyi 07.10.2060-cı ilədək etibar etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31.07.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 798 saylı reyestr kitabının 50 saylı vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.07.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 793 saylı reyestr kitabının 13 saylı vərəqində qeydiyyata alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh4 (satıcı) adından Cavabdeh1 ilə Cavabdeh2 (alıcı) arasında imzalanmış 10.06.2015-ci il tarixli alqı-satqı müqaviləsinin (AN 1 № 0508544) ləğv olunması, Cavabdeh4 (satıcı) adından Cavabdeh1 ilə Cavabdeh3 (alıcı) arasında imzalanmış 10.07.2015-ci il tarixli alqı-satqı müqaviləsinin (AN İ № 0508669) ləğv olunması, Sabirabad rayonu, Mürsəlli kəndində qeydiyyatda olan Cavabdeh4 adından Abşeron rayonu, 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 07.02.2012-ci il tarixli (7E-015695 reyestrli) etibarnaməyə əsasən Cavabdeh1 tərəfindən satılmş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə İddiaçı ilkin iddiasının rədd edilməsi, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi 31.07.2015-ci il olan daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsindən İddiaçı məcburi qaydada çıxarılması və torpaq sahəsinin Cavabdeh3 təhvil verilməsi, iş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizalarının xərci olaraq İddiaçı 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(105)-531/2020 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10.08.2020-ci il tarixli 2(102)-3561/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2020-ci il tarixli, 2(105)-531/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.03.2021-ci il tarixli, 2(105)-314/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-27/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abşeron rayonu 2 saylı dövlət notariat kontoru və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə ilkin iddia tələbi təmin edilməmiş, qətnamə - «Qarşılıqlı iddia təmin edilsin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, qeydiyyat tarixi 31.07.2015-ci il olan, daşınmaz əmlakın dövlət reyestrində 798 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən İddiaçı məcburi qaydada çıxarılsın və torpaq sahəsi Cavabdeh3 təhvil verilsin, iş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizalarının xərci olaraq iddiaçı X4 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15.10.2018-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, AR DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 25.12.2007-ci il olan dövlət reyestrinin 39 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyata alınmış 105340 saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh4 adına rəsmiləşdirilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.08 ha topaq sahəsinin koordinatlarının naturada üst-üstə düşdüyü müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi 01.07.2015-ci il olan dövlət reyestrində 792 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində İddiaçı tərəfindən 0.0425 ha hissəsi faktiki olaraq istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə ilkin iddia tələbi ilə əlaqədar qeyd edir ki, məhkəmədə sübutların tədqiqi zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olması müəyyən edilsə də, həmin torpaq sahəsi ilə bağlı İddiaçı məxsus hər hansı hüquqi sənəd müəyyən edilməmişdir. İddiaçı Əliyev X9 Ruslan Rasim oğlu ilə Cavabdeh2 arasında və Cavabdeh4 ilə Cavabdeh3 arasında rəsmiləşdirilən daşınmaz əmlakın alqı-satqı müqavilələrinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsini tələb etsə də, tələbinin hüquqi əsaslarını sübut edə bilməmiş, müqavilələrin etibarsız hesab edilməsi üçün əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01.07.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 793 saylı reyestr kitabının 13 saylı vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi, Cavabdeh2 həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda Cavabdeh2 qanuni əsaslarla mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin 0.0425 ha hissəsinin İddiaçı faktiki istifadəsində olması mülkiyyətçinin qanunla təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Beləliklə, məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirib və qanunun tələblərini rəhbər tutub hesab edir ki, 12 iyun 2015-ci il tarixdə Abşeron rayonu 2 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh2 arasında rəsmiləşdirilən AN-İ № ******* saylı 4Ə-1231 reyestr nömrəli və 10.07.2015-ci il tarixdə Abşeron rayonu 2 saylı Notariat Ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında rəsmiləşdirilən AN-İ № ******* saylı 4Ə-1374 reyestr nömrəli və 12 iyul 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır və ona görə də ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsində yerləşən tikililər İddiaçı hesabına sökülməli, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsindən İddiaçı çıxarılmalı, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsi İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh2 iddia tələbinin bu hissəsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ƏMDK yanında DƏDRX-nın 4 saylı Ərazi İdarəsi və Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh2 qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsində yerləşən tikililər İddiaçı hesabına sökülsün, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsindən İddiaçı çıxarılsın, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı faktiki istifadəsində olan 0.0425 ha hissəsi İddiaçı tərəfindən boşaldılaraq Cavabdeh2 təhvil verilsin. Cavabdeh2 qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova