Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2808/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X4 kаtibliyi, İddiaçı X6 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000011483 saylı kredit razılaşması üzrə 4939.61 ABŞ dolları kredit borcu, 6771.13 ABŞ dolları faiz borcu və 1841.08 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 13551.2 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsində istifadədə olan 0.01663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 134.3 kv.m ümumi, 69.1 kv.m yaşayış, 65.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, 8 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evinin açıq hərracdan satılması, 13551.82 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ümumi qaydada tutulması, Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsində istifadədə olan 0.01663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 134.3 kv.m ümumi, 69.1 kv.m yaşayış, 65.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, 8 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları kredit götürmüşdür. Tərəflərin imzaladıqları 12.03.2015-ci il tarixli 05R000011483S saylı, 06.01.2016-cı il tarixli 05R000011483SA saylı, 28.01.2016-cı il tarixli 05R000011483SB saylı, 16.02.2016-cı il tarixli 05R000011483SC saylı, 02.03.2017-ci il tarixli 05R000011483SD saylı, 14.09.2017ci il tarixli 05R000011483SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.02.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 10060.39 ABŞ dolları ödəmiş, onun 4939.61 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.11.2020-ci il tarixə 267 gün üçün hesablanmış faiz borcu 6771.13 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % cərimə ödəməlidir. 13.11.2020-ci il tarixə 267 gün üçün hesablanmış cərimə 1841.08 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kreditalan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 ilə bank arasında bağlanmış 03.09.2014-cü il tarixli 05M000000995 saylı ipoteka müqaviləsi (Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu B.S.İslamov tərəfindən təsdiq edilmişdir) əsasında Abşeron rayonu, Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsində istifadədə olan 0.01663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 134.3 kv.m ümumi, 69.1 kv.m yaşayış, 65.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli, 8 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 106 №-li reyestr kitabının 16 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi məqsədilə qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq 12.08.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə elektron xidmətlər portalı vasitəsi ilə 20.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdehlər tərəfindən ödəniş edildiyi üçün kredit müqaviləsi üzrə borcun məbləği dəyişmiş, hazırda, cavabdehlərin əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cərimə borcuna görə 5.71 ABŞ dolları olmaqla cəmi 10903.42 ABŞ dolları borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə bağladığı 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. AccessBank QSC ilə bağladığı 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması əsasında isə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla 15000 ABŞ dolları kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirsə də, sonradan maddi vəziyyəti pisləşdiyindən ödənişlərində gecikmələri yaranmışdır. Hazırda, iddiaçı Accessbank QSC-nin təqdim etdiyi maliyyə arayışına əsasən hesablanmış əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cərimə borcuna görə 5.71 ABŞ dolları olmaqla cəmi 10903.42 ABŞ dolları borc məbləği ilə razıdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X5 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 AccessBank QSC ilə bağladığı 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmışdır. AccessBank QSC ilə bağladığı 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması əsasında isə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla 15000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə ödənişləri banka o, ödəmiş və heç bir gecikməsinin olmadığını hesab edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsindən görünür ki, bank borcalana 120 ay müddətinə, yəni 17.04.2023-cü il tarixədək 30 000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin 2.2-ci bəndinə əsasən bu müqavilə əsasında kreditlərin verilməsi və qaytarılması hər bir fərdi kredit razılaşmasının şərtlərinə və müvafiq ödəniş planına uyğun olaraq həyata keçirilməlidir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinə əsasən borcalan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə borcverənin müqaviləyə vaxtından əvvəl xitam vermək və kredit müqaviləsi üzrə borcu, faizi və digər məsrəfləri tələb etmək hüququ yaranır. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi üzrə 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşmasından görünür ki, bank bu kredit razılaşmasının şərtlərinə uyğun olaraq kredit alana aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 36 ay müddətinə 15000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndindən görünür ki, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1. bəndi ilə müəyyən olunuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli qəbzindən görünür ki, AccessBank QSC Cavabdeh2 hesabına ayırdığı kreditə görə 15 000 ABŞ dolları köçürmüşdür. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh2 09.09.2014-cü il tarixdən 11.09.2017-ci il tarixə qədər olan dövr ərzində hər ay 575.35 ABŞ dolları, sonuncu ay isə 575.42 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 12.03.2015-ci il tarixli 05R000011483S saylı sazişdən görünür ki, bank ilə kreditalan arasında 17 aprel 2013-cü il tarixli 05L000003465 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 09 sentyabr 2014-cü il tarixdə bağlanmış 05R000011483 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan 09 sentyabr 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 12 mart 2015-ci il tarixli ödəniş planına (“yeni ödəniş planı”) uyğun olaraq dəyişdirilir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir, kredit alanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı yeni ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq sayda olduqda yeni ödəniş planı üzrə “0” faiz hesablanmış aylar üzrə kreditin qalıq məbləğlərinə bank kredit razılaşması ilə müəyyən olunmuş faiz dərəcəsi ilə faizləri hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kredit alan həmin faizləri banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kreditalan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməlidir. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh2 12.03.2015-ci il tarixdən 11.12.2018-ci il tarixə qədər olan dövr ərzində hər ay 433.60 ABŞ dolları, sonuncu ay isə 719.41 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 06.01.2016-cı il tarixli 05R000011483SA saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 17 aprel 2013cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi üzrə 09 sentyabr 2014-cü il tarixdə bağlanmış 05R000011483 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 09.03.2017-ci il tarixdən aylıq 1.6667%; 11.12.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan 12.03.2015-ci il tarixli ödəniş planı (“əvvəlki ödəniş planı”) ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 06 yanvar 2016-cı il tarixli ödəniş planına (“əvvəlki ödəniş planı”) uyğun olaraq dəyişdirilir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri əvvəlki ödəniş planına uyğun olaraq banka ödəməlidir; kredit alanın əvvəlki ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı əvvəlki ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq sayda olduqda bank əvvəlki ödəniş planı üzrə hər bir ay üçün kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə müvafiq ay üçün bu saziş ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin fərqi qədər faiz dərəcəsi tətbiq etməklə cərimə hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kredit alan həmin cəriməni banka ödəməlidir. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh2 06.01.2016-cı il tarixdən 03.01.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 378.34 ABŞ dolları, sonuncu ay isə 730.66 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 28.01.2016-cı il tarixli 05R000011483SA saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 17 aprel 2013cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi üzrə 09 sentyabr 2014-cü il tarixdə bağlanmış 05R000011483 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 09.03.2017-ci il tarixdən aylıq 1.6667%; 11.12.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və kredit razılaşmasının ayrılmaz hissəsi olan 12.03.2015-ci il tarixli ödəniş planı (“əvvəlki ödəniş planı”) ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 28 yanvar 2016-cı il tarixli ödəniş planına (“əvvəlki ödəniş planı”) uyğun olaraq dəyişdirilir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri əvvəlki ödəniş planına uyğun olaraq banka ödəməlidir; kredit alanın əvvəlki ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı əvvəlki ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq sayda olduqda bank əvvəlki ödəniş planı üzrə hər bir ay üçün kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə müvafiq ay üçün bu saziş ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsinin fərqi qədər faiz dərəcəsi tətbiq etməklə cərimə hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kredit alan həmin cəriməni banka ödəməlidir. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh2 28.01.2016-cı il tarixdən 16.01.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 382.71 ABŞ dolları, sonuncu ay isə 734.97 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 16.02.2016-cı il tarixli 05R000011483SB saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 17 aprel 2013cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi üzrə 06 yanvar 2016-cı il tarixdə bağlanmış 05R000011483 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 16.02.2016-cı il tarixdən aylıq 1.8333%; 09.03.2016-cı il tarixdən aylıq 1.75%; 09.03.2017-ci il tarixdən aylıq 1.6667%; 18.09.2018-ci il tarixindən 0% dərəcəsi ilə faizlər hesablanır. Kreditalan bu sazişə əlavə olunan 16 fevral 2016-cı il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kreditalan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh2 16.02.2016-cı il tarixdən 16.10.2019-cu il tarixə qədər olan dövr ərzində hər ay 284 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 02.03.2017-ci il tarixli 05R000011483SC saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 17 aprel 2013cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi üzrə 09 sentyabr 2014-cü il tarixdə bağlanmış 05R000011483 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 09 mart 2017-ci il tarixdən aylıq 1.6667%; 20 fevral 2019-cu il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır. Kreditalan bu sazişə əlavə olunan 02 mart 2017-ci il tarixli ödəniş planına uyğun olaraq kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri banka ödəyir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqvim günündən artıq gecikdirdikdə hər gecikdirilən gün üçün bank kreditin qalıq məbləğinə bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfindən belə bir tələb olduqda kreditalan dərhal bu bənd üzrə hesablanmış faizləri də banka ödəməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 (iki) mislindən artıq olmadıqda bank bu ödəniş planında qeyd olunmuş 501.32 ABŞ dolları ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh2 02.03.2017-ci il tarixdən 20.02.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 200 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 14.09.2017-ci il tarixli 05R000011483SD saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında 17 aprel 2013cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi üzrə 06 yanvar 2016-cı il tarixdə bağlanmış 05R000011483 saylı kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 14 sentyabr 2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir; xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka etməlidir. -AccessBank QSC-nin 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə ödəniş planından görünür ki, Cavabdeh2 20.09.2017-ci il tarixdən 20.02.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 200 ABŞ dolları borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -AccessBank QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış 18.04.2013-cü il tarixli 05S000007298 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -AccessBank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 18.04.2013-cü il tarixli 05S000007930 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -AccessBank QSC ilə zamin Cavabdeh4 arasında bağlanmış 09.09.2014-cü il tarixli 05S000012712 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borclunun 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürməklə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. -AccessBank QSC-nin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 ünvanladığı xəbərdarlıqlardan görünür ki, bank cavabdehlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.08.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 106 saylı reyestr kitabının 16 saylı vərəqində qeydiyyata alınmışdır. -İpoteka saxlayan AccessBank QSC ilə borclu Cavabdeh2 və ipoteka verən Cavabdeh1 arasında bağlanmış 03.09.2014-cü il tarixli 05M000000995 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka verən 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanan ayrıca razılaşmalar üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu Güzdək qəsəbəsi M.Hüseynzadə küçəsində istifadədə olan 0.01663 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 134.3 kv.m ümumi, 69.1 kv.m yaşayış, 65.2 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 1 mərtəbəli 8 saylı fərdi yaşayış evini AccessBank QSC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.4-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 9805 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.09.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 106 saylı reyestr kitabının 16 saylı vərəqində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 120 ay müddətinə AccessBank QSC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -AccessBank QSC-nin Cavabdeh1 ünvanladığı 12.08.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, bank ipoteka verənə kredit müqaviləsi üzrə borc ödənilmədiyi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə xəbərdarlıq etmişdir. -AccessBank QSC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı 18.08.2020-ci il tarixli ərizədən görünür ki, bank ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş ********** nömrə ilə qeydə alınmış, bildirişin qeydə alınması üçün 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu ödənilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Güzdək qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22.08.2014-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. -Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bank qarşısında ipotekaya qoyulmasına razılıq verərək əmlaka tutma yönəldiyi və satıldığı halda onu qeyd-şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. -AccessBank QSC-nin 25.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə 13.11.2020-ci il tarixə əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 6771.13 ABŞ dolları, cəriməyə görə 1841.08 ABŞ dolları olmaqla cəmi 13551.82 ABŞ dolları borcu vardır, cərimə hesablanmış gecikdirilən günlərin sayı 267 gün təşkil edir. -AccessBank QSC-nin hesabdan çıxarışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə borcundan sonuncu dəfə 18.02.2020-ci il tarixdə 200.23 ABŞ dolları ödəniş etmişdir. -AccessBank QSC-nin 28.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə 20.02.2020-ci il tarixə əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cəriməyə görə 5.71 ABŞ dolları olmaqla cəmi 10903.42 ABŞ dolları borcu vardır, cərimə hesablanmış gecikdirilən günlərin sayı 1 gün təşkil edir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı QSC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 17.02.2021-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1065, ünvan 2ron RPŞ tərəfindən verilmiş 12.03.2008-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 saylı evdə qeydiyyatdadır. -Qaradağ RPİ tərəfindən verilmiş 15.07.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 Bakı şəhəri Sahil qəsəbəsi məhəllə 21, 2A saylı evin 34 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 09.09.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ünvan 1 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 20.08.2020-ci il tarixli arayışdan görünür ki, Əmrahov X11 rayonu Güzdək qəsəbəsi M.Hüseynzadə küçəsi 8 saylı evdə qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 24.09.2002-ci il tarixli AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əmrahov X7 rayonu Güzdək qəsəbəsi M.Hüseynzadə küçəsi 8 saylı evdə qeydiyyatda olmuşdur. -19.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -X9 Mərkəzi MMC-nin 16.08.2021-ci il tarixli 073 saylı arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, ünvan 1 saylı fərdi yaşayış evinin hal-hazırda bazar qiyməti: 19 100 manat; likvid qiyməti: 16 000 manat təşkil edir. Arayışdan daha sonra görünür ki, aparılmış tədqiqatın dəyəri Accessbank QSC tərəfindən ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh2 digər cavabdehlər olan zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə bank qarşısında öhdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, AccessBank QSC ilə Cavabdeh2 arasında bağlanmış 17.04.2013-cü il tarixli 05L000003465 saylı kredit xətti müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 30000 ABŞ dolları kredit xətti açılmış, 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşmasına əsasən isə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları kredit verilmişdir. 12.03.2015ci il tarixli 05R000011483S saylı, 06.01.2016-cı il tarixli 05R000011483SA saylı, 28.01.2016-cı il tarixli 05R000011483SB saylı, 16.02.2016-cı il tarixli 05R000011483SC saylı, 02.03.2017-ci il tarixli 05R000011483SD saylı, 14.09.2017-ci il tarixli 05R000011483SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 03.09.2014-cü il tarixli 05M000000995 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən işə əlavə olunmuş arayışlardan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh2 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 6771.13 ABŞ dolları, cəriməyə görə 1841.08 ABŞ dolları olmaqla cəmi 13551.82 ABŞ dolları yaranmış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 28.12.2021-ci il tarixli maliyyə arayışına əsasən isə cavabdeh tərəfindən ödənişlər edilməsi nəzərə alınaraq kredit müqaviləsi üzrə əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cəriməyə görə 5.71 ABŞ dolları olmaqla cəmi 10903.42 ABŞ dolları borcunun qalması müəyyən olunmuşdur. Məhkəmə maliyyə arayışlarını iddia tələbi ilə paralel şəkildə qiymətləndirib kredit borcundan ödənişlər edilməsini nəzərə alaraq, iddiaçı tərəfindən sonuncu maliyyə arayışında qeyd olunmuş əsas, faiz və cərimə borcu məbləğlərinin düzgün hesablanaraq, kredit müqaviləsi üzrə əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cəriməyə görə 5.71 ABŞ dolları olmaqla cəmi 10897.71 ABŞ dolları borcun tutulmasını məqsədəmüvafiq hesab edir. Mülki Məcəllənin: 472.1 maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2 maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3 maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçı Accessbank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 bank ilə bağladığı zaminlik müqavilələrinə əsasən cavabdehin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması öz təsdiqini tapdığından, məhkəmə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı Accessbank QSC-nin xeyrinə əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cəriməyə görə 5.71 ABŞ dolları olmaqla cəmi 10897.71 ABŞ dolları borcun tutulmasını qənaətinə gəlir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evini iddiaçı Accessbank QSC qarşısında ipoteka ilə yüklü etmiş və tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin qarşılıqlı razılığı ilə 9805 manat olması müəyyən edilmişdir. Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh1 məxsus ünvan 1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında bağlanmış 03.09.2014-cü il tarixli 05M000000995 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 9805 manat olması və aradan keçən yeddi il müddətində daşınmaz əmlak bazarında kəskin qiymət fərqlərinin olması istisna edilmədiyindən və mübahisəli olduğundan məhkəmə X9 Mərkəzi MMC-nin 16.08.2021-ci il tarixli 073 saylı arayışına əsasən əmlakın bazar qiymətinin likvid qiymətinin 16 000 manat dəyərində müəyyən edilməsinə əsaslanaraq, Cavabdeh1 məxsus fərdi yaşayış evinin likvid qiymətinin 16 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 saylı fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılmalıdır, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. İpoteka haqqında Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Başqa sözlə qanunun mənasına görə ipoteka qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 məxsus ünvan 1 saylı fərdi yaşayış evi açıq hərracda çıxarılıb satıldıqdan bir ay sonra fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.09.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən fərdi yaşayış evi AccessBank QSC-nin adına ipoteka ilə yüklü edilsə də hazırda da Cavabdeh1 mülkiyyətindədir. Şəxsin istifadə hüququnun itirilməsi tələbi mülkiyyətçinin subyektiv hüququdur. Mülkiyyət hüququ iddiaçıya keçmədiyindən belə bir tələbetmə hüququ ilə çıxış edə bilməz. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, İpoteka haqqında Qanunun: 59.1. maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o, satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3.1. maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələblərindən göründüyü kimi, kreditin qaytarılması məqsədilə bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka münasibətdə tutma yönəldilməsi və onun açıq hərracda satılması həmin daşınmaz əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarının itirilməsi üçün deyil, onların çıxarılması üçün əsasdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçı Accesbank QSC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də X6 Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə əsas borca görə 4939.61 ABŞ dolları, faiz borcuna görə 5952.39 ABŞ dolları, cəriməyə görə 5.71 ABŞ dolları olmaqla cəmi 10897.71 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 16 000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 10897.71 ABŞ dolları borc, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə iddiaçı X6 Cəmiyətinin xeyrinə ödənilməli, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 fərdi yaşayış evini boşaldaraq bir ay sonra fərdi yaşayış evindən çıxarılmalı, iş üzrə ödənilmiş 60 manat məhkəmə xərclərinin (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı) cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının əvəzi cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 09.09.2014-cü il tarixli 05R000011483 saylı kredit razılaşması üzrə əsas borca görə 4939.61 (dörd min doqquz yüz otuz doqquz ABŞ dolları altmış bir sent) ABŞ dolları, faiz borcuna görə 5952.39 (beş min doqquz yüz əlli iki ABŞ dolları otuz doqquz sent) ABŞ dolları, cəriməyə görə 5.71 (beş ABŞ dolları yetmiş bir sent) ABŞ dolları olmaqla cəmi 10897.71 (on min səkkiz yüz doxsan yeddi ABŞ dolları yetmiş bir sent) ABŞ dollar borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 manat (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı) iddiaçı X6 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 16000 (on altı min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 10897.71 (on min səkkiz yüz doxsan yeddi ABŞ dolları yetmiş bir sent) ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, məhkəmə xərclərinə görə 60 (altmış) manat AccessBank QSC-nin hesabına keçirilsin, AccessBank QSC-yə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. ünvan 1 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 fərdi yaşayış evini boşaldaraq bir ay sonra həmin fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov