Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2809/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi övladı xx.xx.1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü övladı X4 fiziki qüsurludur, ümumi xəstəlik səbəbindən İ dərəcəli əlildir və daim kənar şəxsin köməyinə ehtiyacı var. Oğlu USİ süst paraplegiya spastik tetraplegiya xəstəliyindən əziyyət çəкir. Bu xəstəlik səbəbindən o, hərəkətlərini idarə edə bilmir. Bu səbəbdən də, oğlunu nəzarətsiz qoymaq mümkün deyildir. X4 ümumi xəstəlik səbəbindən 1 dərəcəli əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı var, daima onun yanında olmaq, ona qulluq etmək lazımdır. Özünü idarə edə bilməyən övladına baxmaq məcburiyyətindədir. X2 məhkəmə qaydası ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Anası Ərizəçidır. İşdə olan Səhiyyə Nazirliyi Məhkəmə X1 PHŞ-nin rəyindən müəyyən edilir ki, X3 hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. X4 öz hərəkətlərinin mahiyyətini başa düşmək, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara adekvat reaksiya vermək qabiliyyətinə malikdir. X3 hər hansı psixi xəstəlik qeyd olunmadığından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.1993-cü il təvəllüdlü X3 hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. O, öz hərəkətlərinin mahiyyətini başa düşmək, öz hərəkətlərini düzgün idarə etmək və ətrafdakılara adekvat reaksiya vermək qabiliyyətinə malikdir. X3 hər hansı psixi xəstəlik qeyd olunmadığından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Ərizəçi övladı xx.xx.1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi övladı xx.xx.1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-2809/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2809/2024
25.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver