Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2810/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı «xüsusi qərardad çıxarılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onun vərəsəlik hüququnun tanınması, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlaka payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı «xüsusi qərardad çıxarılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onun vərəsəlik hüququnun tanınması, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlaka payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və digər şəxslərin əməllərində cinayətin əlamətləri olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad çıxarılması, Cavabdeh1 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum X1 miras qalmış əmlaka dair onun vərəsəlik hüququnun tanınması və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, həmçinin miras əmlaka payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil izahatında İddiaçı əsassız olaraq müəyyən bir müddətdən sonra məhkəmədə iddia qaldırdığından hazırki işə mahiyyəti üçün baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən AR MPM-in 170.1-ci maddəsinin tələbinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı «xüsusi qərardad çıxarılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onun vərəsəlik hüququnun tanınması, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlaka payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 23406 nömrəli qəbzdən görünür ki, Sadiqova (Sadıqova) X4 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu "xxxx" ASC-nin ADM Baş Ofisi vasitəsilə xx.xx.2025-ci ildə, saat 16:11-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı «xüsusi qərardad çıxarılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onun vərəsəlik hüququnun tanınması, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlaka payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat ofisinə qarşı «xüsusi qərardad çıxarılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onun vərəsəlik hüququnun tanınması, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və miras əmlaka payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi barədə 2(012)-2810/2025 saylı mülki iş üzrə "xxxx" ASC-nin ADM Baş Ofisi vasitəsilə xx.xx.2025-ci il tarixli, 23406 nömrəli qəbzdən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Sadıqova (Sadiqova) Fəridə Hüseyn qızına qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2810/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2810/2025
22.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver