Məhkəmə qərarları › İş №2(012)-2812/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2812/2025

23.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2812/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı cavabdeh X6 Xidməti” PHŞ-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaşadığı ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi Y/K, ev 24, mənzil 176-da (əvvəlki müqaviləyə əsasən bina 24, mənzil 14) sudan istifadəyə görə əsassız olaraq hesablanmış 613,24 manat məbləğdə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3668/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 14 mart 2025-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, ünvan 1 ünvandır) icraçılar tərəfindən köçürülmüşdür. Yaşadığı ünvanda istifadə etdiyi su sərfiyyatına görə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzlər var. Heç bir borcun olmamasına baxmayaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya 613,24 manat borcunun olması barədə hesab faktura vermişdir. (Abunə kodu: **********140). Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər Şəhərciyi Y/K, ev 24, mənzil 176 ƏMDX DƏDKR PHŞ reyestri nömrəsi **********18-05324- 093133 olan çıxarışa əsasən (Qeydiyyat № **********, xx.xx.2023-cü il tarixli) ona məxsusdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, 3 ay ərzində bu məbləğdə su işlədə bilməzdi. Borc əvvəlki sakin tərəfindən işlədilən suyun dəyəridir. Cavabdeh X6 Xidməti” PHŞ-nin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat saylı, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron Gənclər Şəhərciyi Y/K, ev 24, mənzil 176 İddiaçı adına qeydə alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Abşeron Gənclər Şəhərciyi Y/K, ev 24, mənzil 176 məhkəmə aktına əsasən icra məmurları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilmişdir. İşdə olan mexaniki su sayğacının quraşdırılmasına dair xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, İntizar Məmmədovaya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, ünvan 2 ünvanındakı yaşayış sahəsi sayğacla təchiz edilmişdir. ümumi borc 613,24 manatdır. İşdə olan AZ-T 232121 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı anası X3r. İşdə olan AZ-İİ 429028 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan **********140 abonent kodu üzrə xx.xx.2025-ci il tarixli ətraflı abonent kartından görünür ki, İntizar Məmmədovanın cəmi 633,24 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli hesab fakturanın surətindən görünür ki, abonent X1 sərfiyyatına görə 613,24 manat borcu yaranmışdır. Bunun 18 manatı dövrü borc, 595,24 manatı isə qalıq borcdur. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə görə su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı Tarif Şurasının xx.xx.2011-ci il tarixli qərarına görə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, cavabdehin əməkdaşları 2025-ci ilin yanvar ayında iddiaçıya məxsus mənzildə su sayğacına baxış keçirmişlər və müəyyən edilmişdir ki, abonent kodu **********140 olan İddiaçı sudan istifadəyə görə borcu vardır. Abonentə məxsus hesab fakturadan görünür ki, onun su sərfiyyatına görə 613,24 manat borcu yaranmışdır. Bunun 18 manatı dövrü borc, 595,24 manatı isə qalıq borcdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ tərəfindən tətbiq edilmiş 613,24 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, abonent barəsində tərtib olunmuş hesab fakturadan göründüyü kimi, onun sudan istifadəyə görə 613,24 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən mənzilə xx.xx.2025-ci il tarixdə köçürülmüşdür. İki ay ərzində isə bu məbləğdə sudan istifadə edilməsi inandırıcı deyildir. Bununla bağlı sübutetmə yükü daşıyan qurum istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən saldo və hesab-faktura əsasında İddiaçı pul tələb edilməsi qanunsuzdur və bu borcun 595,24 manat hissəsi işin həqiqi hallarını əks etdirmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus (abonent kodu: **********140) Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şosesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi Y/K, ev 24, mənzil 176-da (əvvəlki müqaviləyə əsasən bina 24, mənzil 14) sudan istifadə olunması faktı üzrə "xxxx" ASC tərəfindən istifadə edilmiş suyun dəyərinə görə borc hesablansa da, buna baxmayaraq hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən təmin edilməli, hesablanmış 595,24 manat borc abonentin hesabından silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı (abonent kodu: **********140) Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 7-ci km, Abşeron Gənclər Şəhərciyi Y/K, ev 24, mənzil 176-ya aid su sayğacına hesablanmış 595,24 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar