Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2813/2025 24.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaşadığı ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, Abşeron Gənclər şəhərciyi y/kompleksi, ev 24, mənzil 176-ya (əvvəlki müqaviləyə əsasən bina 24, mənzil 14 ilə eyni) əsas olaraq 500,40 manat məbləğində mənzilə hesablanmış kommunal borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC öz növbəsində xx.xx.2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-nə qarşı əsassız hesablanmış borcun silinməsi” barədə iddiasının rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, BakıSumqayıt şossesi 7-ci km ünvanında yerləşən ünvan 2mış 500,40 manat kommunal borcunun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda mübahisə həll olduğundan, onun Cavabdeh MMC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsinin baxlmadan geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda aralarında yaranmış mübahisə həll olduğundan, onun Cavabdeh MMC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsinin baxlmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianın baxılmamış saxlanılmasını xahiş etmiş və qarşılıqlı iddianın baxılmamış saxlanılmasına etiraz etmmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə qarşılıqlı iddianın baxılmamış saxlanılmasını xahiş etmiş və ilkin iddianın baxılmamış saxlanılmasına etiraz etmmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, ilkin iddia üzrə cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizələr təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı əsassız borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı borcun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, ilkin və qarşılıqlı iddia ərizələri, ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılsın. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə, 73657744 saylı qəbz əsasında ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov