Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2816/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ona məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********18206 olan sayğaca qanunsuz yazdığı 753 manat işıq borcunun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, özü qazidir və ikinci qrup müharibə əlilidir. Onun yaşadığı mənzil ünvan 1 ünvanında yerləşir. Ona məxsus mənzilə quraşdırılmış işıq sayğacının kodu **********18206-dır. Cavabdeh təşkilat ona qanunsuz və əsassız olaraq işıq borcu hesablamışdır. Qanunsuz olaraq ona yazılmış işıq borcunun məbləği 753 manatdır. Belə ki, həmin borcun ona nə vaxt və necə yazılmadığını bilmir. Hesab edir ki, bu borc ona heç bir səbəb olmadan, yanlışlıq səbəbindən əsassız olaraq hesablanmış və "xxxx" ASC həmin borcu donduraraq onun balansında saxlamışdır. Hazırda o, Smart kart tipli sayğacdan istifadə edir. O, cavabdehə dondurulmuş borcun hardan yaranması ilə bağlı müraciət etsə də qarşı tərəf ona yazdığı bu borc məbləğinin yaranma səbəbini əsaslandıra bilməmiş və buna görə də ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh orqan onun adına gizlicə bu qədər borc yazıb dondurmuşdur. Qanunvericiliyin tələbinə görə isə mənzildən kənarda quraşdırılan işıq sayğaclarının salamatlılığına görə vətəndaşlar məsuliyyət daşımır və bu məsuliyyət "xxxx" ASC-nin üzərinə düşür. Məhkəmənin nəzərinə çatdırır ki, bu praktika "xxxx" ASC-də geniş yayılmışdır. Cavabdeh orqan əhalinin hüquqi məlumatsızlığından istifadə edir və hesab edir ki, artıq bu özbaşınalığa son qoyulmalıdır. Əlavə olaraq bildirir ki, sözügedən mənzil 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən ona verilmiş və kommunal xərclər yarandıqda, onun qazi olması nəzərə alınmışdır. Cavabdeh təşkilatdan silinməsini tələb etdiyi borc məbləği 2009-cu ildən qalan borcdur. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə silinməsini tələb etdiyi pul məbləğinin 2016-cı il tarixinədək yaranmış debitor borc məbləği olduğunu, həmçinin onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsinə və yekun qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********18206 olan sayğac üzrə abonentin xx.xx.2023-cü il tarixinə borcu 753 manat təşkil etmiş və həmin borcun keçmiş borclar qrupuna aid olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi abonent kodu **********18206 olan sayğac üzrə abonentin xx.xx.2023-cü il tarixinə borcu 753 manat təşkil etmiş və həmin borcun keçmiş borclar qrupuna aid olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə aid **********18206 saylı abunə koduna hesablanmış 753 manat məbləğində borcun ödənilməsinin iddiaçıdan tələb edilməsi onun hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi ilə silinməsini tələb etdiyi pul məbləğinin 2016-cı il tarixinədək yaranmış debitor borc məbləği olduğunu bildirmiş və İddiaçı **********18206 saylı abunə koduna xx.xx.2023-cü il tarixinə hesablanmış 753 manat məbləğində borcun ödənilməsinin tələb edilməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə, yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, xx.xx.2023-cü il tarixdə borca görə hesablanmış 753 manat məbləğində borc əsassız olduğundan, "xxxx" ASC tərəfindən **********18206 saylı abunə koduna hesablanmış 753 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə (abunə kodu: **********18206) quraşdırılmış sayğaca görə hesablanmış 753 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2816/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2816/2025
07.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver