Məhkəmə qərarları › İş №2(012)-2837/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2837/2020

02.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2837/2020 02.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və nümayəndəsi - vəkili X4, Cavabdehlər Cavabdeh1nİN, Cavabdeh3 və Cavabdeh2iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4na, Cavabdeh6 Şöbəsinə və Cavabdeh5nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayonu Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4na, Cavabdeh6 Şöbəsinə və Cavabdeh5nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Həziyeva (Mirzəyeva) Xammnaz Araz qızı ilə Cavabdeh2 arasında Cavabdeh4 bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-2580 reyestrli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Cavabdeh5ndə aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və həmin mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Həziyeva (Mirzəyeva) Xanımnaz Araz qızı ilə xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və Abşeron Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(012)-2114/2014 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Bundan sonra Həziyeva (Mirzəyeva) Xanımnaz Araz qızı ona qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində payların müəyyən edilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2014-cü il tarixli, 2(012)-2129/2014 saylı qətnaməsi ilə iddianın qismən edilməsi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən 4 otaqlı yaşayış mənzildə, **-BV-*** dövlət qeydiyyat nişanlı, Mersedes-Benz 220 CDİ markalı və **-BN-*** dövlət qeydiyyat nişanlı, “Ford Explorer” markalı minik avtomobillərdə, “Riyad” Ticarət Mərkəzinin 15-ci binasının 2-ci mərtəbəsində yerləşən 35 saylı mağazada, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 110,7 kv.m olan 3 otaqdan ibarət 72 saylı mənzildə və “X37 LTD” MMC-nin nizamnamə kapitalındakı təsis paylarında X5 və İddiaçı hər birinin payının ½ hissədə müəyyən edilməsi, “Tacir-S” kəndli fermer təsərrüfatının balansında olan 27 baş iri buynuzlu mal-qaranın və 240 baş qoyun və keçilərin bərabər bölünməsi, Azərbaycan Respublikası Biləsuvar rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli, 433 saylı sərəncamı ilə İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən 39 saylı qış otlaq sahəsindən 250 ha otlaq sahəsi və Biləsuvar rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli, 321 saylı sərəncamı ilə İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən Ələt-Astara magistral avtomobil yolunun 114-cü kmdə yerləşən boş və istifadəsiz ərazidən 200 kv.m torpaq sahəsi üzərində X5 və İddiaçı bərabər istifadə hüququ və icarə hüququnun müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-305/2015 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 93,0 kv.m olan 2 otaqdan ibarət 29 saylı mənzilin tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi ½ pay hissəsində bölünməsi, “Ford Explorer” markalı minik avtomobilinin, “Tacir-S” kəndli fermer təsərrüfatının balansında olan 27 baş iri buynuzlu mal-qaranın və 240 baş qoyun və keçilərin bərabər bölünməsi, Biləsuvar rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli, 433 saylı sərəncamı ilə İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən 39 saylı qış otlaq sahəsindən 250 ha otlaq sahəsi və Biləsuvar rayon İcra hakimiyyəti başçısının xx xxxxxx 2008-ci il tarixli, 321 saylı sərəncamı ilə İddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də yerləşən boş və istifadəsiz ərazidən 200 kv.m torpaq sahəsi üzərində X5 və İddiaçı bərabər istfadə hüququ və icarə hüququnun müəyyən edilməsi hissəsində iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-305/2015 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və həmin icra vərəqi xx.xx.2015-ci il tarixdə Abşeron rayon İcra şöbəsinin icra məmuru R.Ə.Əliyevin icraatına verilmişdir. Bundan sonra o dəfələrlə icra məmuruna müraciət edərək, icra sənədinin icrasını tələb etsə də o, gah icra sənədini tapa bilmədiyini, gah da icra sənədində mexaniki səhvin olduğuna görə icra edə bilmədiyini bəhanə gətirərək icranı yubatdı. Sonradan isə həmin icra məmuru işdən azad olunduğu üçün onlara aid olan icra işini təhvil vermədiyindən, bu səbəbdən də Abşeron rayon İcra şöbəsi xx.xx.2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edərək, icra sənədinin dublikatının göndərilməsini xahiş etmişdir. Bütün bu məsələlər bəlli bir zaman tələb etdiyindən yenidən həmin icra vərəqəsini dublikatının verilməsi və aidiyyəti üzrə göndərilməsi bir xeyli müddətin keçməsinə və qeyd edilən qətnamələrin icrasının gecikməsinə səbəb oldu. O, həmin dövrdə “Bakterminal” Tikinti şirkətinin rəhbəri olduğundan işləri çox olduğu üçün şirkətlə bağlı müəyyən məsələlərin həllində onu təmsil etmək üçün oğlu Cavabdeh3 xx.xx.2015-ci il tarixdə 50 illik etibarnamə vermişdir. Bir müddət sonra ona məxsus olan həmin şirkətin vergi borcları olduğu üçün məhkəmənin müvafiq hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 saylı İstintaq Təcridxanasında cəza çəkmişdir. O, ona təyin olunmuş cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunduqdan sonra o özünə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etmək istəyərkən ona vəsiqəsinin aktiv olmadığı bildirilmişdir. O da Abşeron Polis idarəsinə müraciət edən zaman həmin mənzilin satıldığını və onun də həmin mənzildən qeydiyyatdan çıxarıldığını bildirmişdirlər. Bundan sonra o, Cavabdeh6 şöbəsinə yaxınlaşaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-305/2015 saylı qətnaməsinin icra vəziyyəti maraqlanmışdır. Lakin həmin vaxt ona məlum olmuşdur ki, onun xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 saylı İstintaq Təcridxanasında cəza çəkməyindən istifadə edən oğlu Cavabdeh3 keçmiş həyat yoldaşı X13 ilə birləşərək, ona verdiyi etibarnamədən suiistifadə etmiş və Cavabdeh6 şöbəsinə ərizə ilə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-305/2015 saylı qətnaməsinin icrası ilə bağlı olan icra sənədinin Cavabdeh5nə göndərilən məktubun icra edilmədən geri qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. Qeyd edilən müraciət əsasında isə Cavabdeh6 şöbəsi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X30 rəsmi müraciət edərək, icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Həmin vaxt oğlu Tacir Cavabdeh6 şöbəsinin icra məmuru Nicat Ramazanini aldadaraq, icra məmuruna onun vergi borclarını ödəmək üçün pul lazım olduğunu, bu səbəbdən də mübahisə predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən 4 otaqlı yaşayış mənzilini satıb həmin borcu ödəyəcəklərini bildirmişdir. Halbuki, o, oğlu Tacirə bununla bağlı hər hansı bir göstəriş verməmiş, bütün bu baş verənlərdən isə o xx.xx.2020-ci il tarixdə ona təyin olunmuş cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunduqdan sonra məlumatı olmuşdur. Hazırda oğlu Cavabdeh3 verdiyi həmin etibarnamə onun tərəfindən ləğv etdirilmişdir. Cavabdeh5 tərəfindən icra sənədi geri qaytarıldıqdan sonra keçmiş həyat yoldaşı Həziyeva (Mirzəyeva) X20 rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən 4 otaqlı yaşayış mənzilini xx.xx.2019-cu il tarixdə Cavabdeh4 alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Həmin mənzil hazırda Cavabdeh2 adına qeydiyyatdan keçmiş və onun mülkiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, atası, yəni İddiaçı ilə anası, yəni digər Cavabdeh1 birgə nikahında alınan mənzil məhz mübahisə predmeti olan mənzildir. Hətta 2015-ci ildə həmin mübahisəli mənzili satsalar da çıxarış alınmadan geri qaytarmışdılar. 2015-ci ildə evi satarkən də atasının, yəni iddiaçının məlumatı olmuşdur. Həmişə məqsədləri yalnız bacısına ev almaq olmuşdur. Atası tərəfindən ona verilən etibarnamə əsasında etdiyi bütün hərəkətlərdən atasının məlumatı və razılığı olmuşdur. Sonradan evin satılmasına da razılıq vermiş və evi satdıqdan sonra bacısına Masazır kəndi ünvanından ev almaqları barədə də məlumatı olmuşdur. Halhazırda həmin evdə bacısı ilə anası, yəni digər Cavabdeh1 yaşayır. Ona görə də, iddia tələbi əsassız olduğundan, iddianın rədd ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ilə birgə nikahda olarkən coxsaylı əmlakları olmuş və iddiaçının vergi borclarına görə çoxunu o vaxt satmışlar. İddiaçı evdən gedəndə sənədləri və pulları götürüb getdi. Birgə nikahda olan əmlaklardan yalnlz bu mübahisəli ev qalmışdı, qızı boşanıb gəlmişdi, evsiz idi, həmin evi satıb qızlarına ev aldılar, bundan iddiaçının da xəbəri var idi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o özünə almaq üçün ev axtararkən mübahisə predmeti olan mənzilin üstündə elan görmüş və zəng edərək razılaşmışdır. Mənzil orta təmirli olmaqla, mənzili 57000 manata almışdır. Cavabdeh1 ilə aralarında alqı-satqı müqaviləsi bağlayaraq, mənzilə dair çıxarış almışdır. Bundan sonra, evin təmiri ilə məşğul olaraq, 20000 manat pul miqdarında mənzilə xərc çəkmişdir. Bir müddət keçdikdən sonra iddiaçı ona yaxınlaşaraq evin əsl sahibinin özü olduğunu, evin satılmasından xəbəri olmadığını bildirərək heç nə demədən getmişdir. Həmin vaxta qədər iddiaçını heç vaxt görməmişdi.. Ona görə də, iddia tələbi əsassız olduğundan, iddianın rədd ediməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonrakı iclaslarına cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 Şöbəsi və Cavabdeh5 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehləriniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh5 tərəfindən 18 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********48 №-li məktubdan görünür ki, Abşeron rayonu, keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X14 adına Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ev 13, mənzil 12 ünvanı üzərində mülkiyyət hüququna dair 9568 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin, X24 həmin mənzili Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 4Ə/336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Abşeron rayonu, keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X5 adına Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi ev 13, mənzil 12 ünvanı üzərində mülkiyyət hüququna dair 9568 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 13, mənzil 12 ünvanı üzərində Həziyeva (Mirzəyeva) Xanımnaz Araz qızının adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə **********41-05101-093013 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, Cavabdeh1 həmin mənzili Sumqayıt 'ASAN xidmət" X8 təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-2580 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 13, mənzil 12 ünvanı üzərində Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********41-05101-093013 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh3 tərəfindən Cavabdeh6 Şöbəsinə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-302/2015 saylı qətnaməsinin icrası ilə bağlı olan icra sənədini və DƏDRX-nin 4 saylı X30 göndərilən xx xxxxxxx 2017-ci il tarixli məktubu icra olunmadan geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Abşeron Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh5nə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 17/752955784N №-li məktubdan görünür ki, icra sənədi üzrə tələbkar Mirzəyeva (Həziyeva) Xanımnaz Araz qızı və cavabdehin etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 ərizə ilə Cavabdeh6 Şöbəsinə müraciət edərək icra sənədini icrasız məhkəməyə geri qaytarılmasını xahiş etmiş olduğundan, qeyd olunan icra sənədini və ona əlavə edilmiş müşayət məktubunun geri qaytarılması xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh5 tərəfindən Cavabdeh6 Şöbəsinə ünavnlanmış xx xxxx 2019-cu il tarixli məktubun kserosurətindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-302/2015 saylı icra vərəqəsi və müşayət məktubu Cavabdeh6 Şöbəsinə geri qaytarılır. İş materiallarında olan Ədliyyə Nazirliyi tərəfindən verilmiş 13 №-li arayışın kserosurətindən görünür ki, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə AR CM-nin 213.2.2-ci maddəsinə əsasən 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını 3 saylı İstintaq Təcridxanasında xx xxxxxx 2018ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək çəkmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın kserosurətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan mənzilə xüsusi mülkiyyət hüququ Cavabdeh1 adına xx xxxxxx 2015-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 89 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan Cavabdeh5 tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxx 2019-cu il tarixli, **********15 №-li məktubun kserosurətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh1 verilmiş **********41-05101-093013 reyestr nömrəli çıxarışda göstərilən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 13, mənzil 12 ünvanı Cavabdeh1 qeydiyyatda olduğu Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanı ilə eynidir. İş materiallarında olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanında qeydiyyatda olanlar X11, X6, X25, X7, Cavabdeh3 həm öz adından və həm də atası İddiaçı adından etibarnamə əsasında çıxış edərək, X19 və X15 tərəfindən notariat ofisinə vermiş olduğu **********485, **********464, **********165, **********166, **********755, **********676 ərizələrin kserosurətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanında qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etmədikləri barədə yazılı razılıq vermişlər. İş materiallarında olan AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin kserosurətindən müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan mənzili 57000 (əlli yeddi min) manata Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın kserosurətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan mənzilə xüsusi mülkiyyət hüququ Cavabdeh2 adına xx xxxxxxxx 2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (********** qeydiyyat nömrəsi). İş materiallarında olan İddiaçı tərəfindən “xxxxxxx” MMC-nin rəhbərliyinə ünvanlanmış ərizənin kserosurətindən görünür ki, o, həyat yoldaşı Cavabdeh1 “xxxxxxx” MMC-nin inşa etdiyi binada adında olan və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 93 kv.m olan 2 (iki) otaqlı 29 nömrəli mənzilin satılmasına və qızı X3 adına keçirilməsinə etiraz etməyərək razıdır və gələcəkdə göstərilən mənzil barəsində “xxxxxxx” MMC-yə qarşı heç bir iddiası olmayacaqdır. İş materiallarında olan payçılıq vəziyyəti barədə “xxxxxxxxxxxxx” MTK-dan xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş maliyyə arayışından görünür ki, X12 ilə “xxxxxxxxxxxxx” MTK arasında xx xxxxxxxx 2019-cu il tarixdə müqavilə imzalanmış və X2 rayonu, Masazır kəndində yerləşən “xxxxxxxxxxxxx” MTK-ya məxsus yaşayış kompleksində 101 №-li binada, 4-cü blokda, 3-cü mərtəbədə, 2 otaqlı, sahəsi 82,4 kv.m olan 105 saylı mənzili almışdır. İşin materiallarında olan Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariiusu tərəfindən təsdiq edilən xx xxxxxx 2015-ci il tarixli 7E-7342 reyestr saylı Etibarnamədən müəyyən edilir ki, İddiaçı Zeynal oğlu həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakları barədə bütün səlahiyyətlərini Cavabdeh3 Seyidağa oğluna həvalə etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh Həziyeva (Mirzəyeva) Xanımnaz Araz qızı ilə xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və Abşeron Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(012)-2114/2014 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Bundan sonra Həziyeva (Mirzəyeva) Xanımnaz Araz qızı ona qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində payların müəyyən edilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2014-cü il tarixli, 2(012)-2129/2014 saylı qətnaməsi ilə iddianın qismən edilməsi, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən 4 otaqlı mənzildə tərəflərin payı bərabər hissədə müəyyən edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)-305/2015 saylı qətnaməsi ilə həmin hal yenə təsdiq edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(105)- 305/2015 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş iddiaçı müəyyən məsələlərin həllində onu təmsil etmək üçün oğlu Cavabdeh3 xx.xx.2015-ci il tarixdə 50 illik etibarnamə vermişdir. Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariiusu tərəfindən təsdiq edilən xx xxxxxx 2015-ci il tarixli 7E-7342 reyestr saylı Etibarnamədən müəyyən edilir ki, İddiaçı Zeynal oğlu həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakları barədə bütün səlahiyyətlərini Cavabdeh3 Seyidağa oğluna həvalə etmişdir. İşin araşdıdırılan hallarından göründüyü kimi AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin kserosurətindən müəyyən edilir ki, Cavabdeh1 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 13, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 84,7 kv.m olan mənzili 57000 (əlli yeddi min) manata Cavabdeh2 satmışdır. Həmin mənzil satılarkən mənzildə qeydiyyatda olanlar X11, X6, X25, X7, Cavabdeh3 həm öz adından və həm də atası İddiaçı adından etibarnamə əsasında çıxış edərək, X19 və X15 tərəfindən notariat ofisinə vermiş olduğu **********485, **********464, **********165, **********166, **********755, **********676 ərizələrin kserosurətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13, mənzil 12 ünvanında qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etmədikləri barədə yazılı razılıq vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci madəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Mülki Məcəllənin 366.2.-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Mülki Məcəllənin 359.1.maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir Mülki Məcəllənin 144.1 və 394-cü maddələrində isə təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrində isə təsbit edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, işin müəyyən edilən faktiki hallarına qanunvericiliyin qeyd edilən normalarını tətbiq edərə məhkəmə hesab edir ki, mübahisəli mənzilin alqı-satqısı bağlanarən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir, tərəflər əqd bağlanarəkə səlahiyyətli omuşlar,mənzilin paylı mülkiyyətçisi olan iddiaçının adından isə göründüyü kimi etibarnamə əsasında nümayəndəsi mənzilin satılmasına razılıq vermişdir. İddiaçının əqdin etibarsızlığı barədə dəlili kimi mübahisəli mənzilin onun xəbəri və razılığı olmadan cavadehlər tərəfindən satılmasına münasibətdə məhkəmə qeyd edir ki, bu hal qanuni qaydada bağlanmış əqdin etibarsız sayılması üçün əsas ola bilməz. Bundan başqa,iddiaçının bu dəlili cavabdehlər tərəfindən təkzib olundu.iddiaçı isə bunu təsdiq edən hər hnası mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iddiaçının mübahisəli müqavilənin etibarsız hesab edilməsi tələbinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4na, Cavabdeh6 Şöbəsinə və Cavabdeh5nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: C.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar