Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2846/2020 07.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması, mənzillərə olan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması, mənzillərə olan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin hazırki iş üzrə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontorunu cavabdehlər kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanları olaraq Rusiya Federasiyası, Qublinskiy şəhəri, 7-ci mkr, ev 13, mənzil 9 ünvanı göstərilmişdir. Digər cavabdeh olan Bakı şəhəri 16 saylı notariat kontoru isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Park küçəsi 10 ünvanında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual MəcəlləNİN 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Beləliklə iş materiallarından görünür ki, hazırki mülki işə Abşeron rayon məhkəməsində baxılması üçün AR MPM-in 35 və 36-cı maddələrində göstərilmiş hallardan hər hansı biri müəyyən edilmir və digər əsaslar da mövcud deyildir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdehlərdən biri olan Bakı şəhəri 16 saylı notariat kontorunun ünvanına uyğun olaraq Sabunçu Rayon Məhkəməsinə müraciət etməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması, mənzillərə olan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı “sənədlərin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, maddi və mənəvi zərərin tutulması, mənzillərə olan payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-2846/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2846/2020
07.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver