Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2849/2020 16.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İddiaçı və Cavabdeh Azatali qızının iştirakı ilə, İddiaçı Cavabdeh Azatali qızına (maraqlı şəxs: Sumqayıt “ASAN Xidmət” mərkəzində X5) qarşı mirasda payların müəyyən edilməsi tələblərinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Azatali qızına qarşı mirasda payların müəyyən edilməsi tələblərinədair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 56A saylı evin 2 saylı mənzilinə onun miras payının ½ hissədə, cavabdehin miras payının ½ hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 56A saylı evin 2 saylı mənzili onun atası X1 xüsusi mülkiyyətində olmuşdur. X3 öldüyü zaman oğlundan əlavə 2-ci arvadı-Cavabdeh Azatali qızı da vərəsəsi olmuşdur. İddiaçı miras açıldıqdan sonra həmin mənzili miras əmlak olaraq qəbul etmək üçün notariat kontoruna müraciət etsə də, müddəti ötürdüyü üçün ona məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, conrakı məhkəmə iclasında məhkəməyə teleqram ünvanlayaraq baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddia tələbini müdafiə etdiyini qeyd edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Azatali qızı iddia tələbini qəbul etmədiyini bildirərək izahat verdi ki, həmin mənzil iddiaçının atası tərəfindən ona bağışlanılıb. İddiaçı isə heç vaxt atasının qayğısına qalmayıb, onunla maraqlanmayıb. Bu səbəbdən də o, hesab edir ki, iddia əsassızdır və iddiaçı əmlakda pay hüququna malik deyil. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt “ASAN Xidmət” mərkəzində X4 nümayəndəsi iştirak etmədi. Məhkəməcavabdehin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Mülki işin materiallarından olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixində verilmiş № 046945 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Mülki işin materiallarından olan Sumqayıt “ASAN xidmət” mərkəzində X5 tərəfindən göndərilmiş məktubdan müəyyən edilir ki, İddiaçı oğluna mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. Mülki işin materiallarından olan 334012 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 və Cavabdeh Azatali qızı xx.xx.2007-ci il tarixdə Abşeron rayon VVADQ şöbəsində nikah bağlamış, bu barədə nikahın akt qeydləri kitabında 294 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarından olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, X3 (hədiyyə verən) ünvan 1 A, mənzil 2 ünvanında yerləşən ümumi sahəsi 63.6 kv/m, yaşayış sahəsi 38.8 kv/m, yardımçı sahəsi 24.8 kv/m olan 2 otaqlı mənzili Cavabdeh Azatali qızının (hədiyyə alan) tam şəkildə mülkiyyətinə verir. Mülki işin materiallarından olan Əmlak Məsələləri DK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarışdan müəyyən edilir ki, ünvan 1 A, mənzil 2 Cavabdeh Azatali qızının adına rəsmiləşdirilmiş, bu barədə ********** qeydiyyat nömrəsi verilmiş və xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarından olan ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Rəsulova X2 rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 56 A, mənzil 2 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarından olan Abşeron rayonu Xırdalan şəhəri 5 saylı MTİİTS tərəfindən xx.xx.2019-cu il tarixdə verilən 4063 №-li arayışdan görünür ki, Cavabdeh Azatali qızı və mərhum X3 ölən günə kimi ünvan 1 A, mənzil 2 ünvanında birgə yaşamışlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X3 mübahisəli mənzili 9.11.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə arvadı Cavabdeh Azatali qızın baışlamış, Əmlak Məsələləri DK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarışla ünvan 1 A, mənzil 2 Cavabdeh Azatali qızının adına rəsmiləşdirilmiş, bu barədə ********** qeydiyyat nömrəsi verilmiş və xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəli ev cavabdehin mülkiyyətindədir, miras əmlak kütləsinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan İddiaçı oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 56A saylı evin 2 saylı mənzilinin üzərində özünün miras payının ½ hissədə, cavabdehin miras payının ½ hissədə müəyyən edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 56A saylı evin 2 saylı mənzilinin üzərində İddiaçı oğlunun miras payının ½ hissədə, Cavabdeh Azatali qızının miras payının ½ hissədə müəyyən edilməsi barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-2849/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-2849/2020
16.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver