Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-285/2023 17.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı «qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 3-cü mərtəbəsinin girişindəki meydançada gediş-gəlişə mane olaraq özbaşına qanunsuz tikililər aparılmaqla zəbt etdikləri ərazinin boşaldılmasına və (plastik dolabların), yanğın təhlükəsizliyinə dair qanunun (YTQ 01-2001) 4.1-14.17 -ci bəndinin tələblərinə uyğun olaraq qəti şəkildə sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 4 saylı bina 2013-cü ildə inşa olunaraq istifadəyə verilmişdir. Həmin binanın 1,5,6,7 saylı mənzilləri alqı-satqı müqaviləsi əsasında vətəndaşlara satılmışdır. Bina təsdiq olunmuş layihə əsasında tikilmiş və müqavilədə göstərilən şərtlərlə vətəndaşlara təhvil verilmişdir. Vətəndaşlara təhvil verilmiş layihələrədə 1,5,6,7 saylı mənzillərin qarşısında hər hansı bir tikilinin aparılması və ya gələcəkdə tikilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, 1,5,6,7 saylı mənzillərin sahibləri 3-cü mərtəbənin 40 kv.m giriş meydançasında gediş-gəlişə mane olaraq özbaşına qanunsuz tikililər (plastik dolablar) inşa edərək 3-cü mərtəbədə yerləşən digər mənzil sahiblərinin gediş-gəlişinə maneələr yaratmışlar. 1 saylı mənzilin sahibi Cavabdeh1 2.58 kv.m ölçüdə olan qırmızı rəngli taxta dolabı, 5 saylı saylı mənzilin sahibi Cavabdeh2 3.82 kv.m ölçüdə olan qəhvəyi rəngli plastik dolabı, 6 saylı mənzilin sahibi Cavabdeh3 4.20 kv.m ölçüdə olan ağ rəngli plastik dolabı və 7 saylı mənzilin sahibi X1 4.60 kv.m ölçiido əlan ağ rəngli plastik dolabı göstərilən 3 mərtəbəbənin giriş meydançasında tikməklə gediş gəlişə maneçilik törətmiş, yanğın təhlükəsizliyi qaydalarının kobud çəkildə pozulmasına şərait yaratmışlar. Faktiki olaraq 3-cü mərtəbənin giriş meydançasının bir hissəsii zəbt edilmişdir. Bu barədə iddiaçı tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və FHN-nin 112 saylı çağrı mərkəzinə də müraciətlər olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi-X7 Xidmətinin 1-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli 00039 saylı məktubunda da göstərilən ünvana baxış keçirilməsi və qanunsuz aparılmış tikililərin sökülməsi barəsində xx.xx.2022-ci il tarixli xx/xx-00098 saylı məktubla Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edildiyini bildirmişlər. Dələlərlə edilmiş xəbərdarlıqlara baxmayaraq adları yuxarıda göstərilmiş mənzillərin sahibləri tikililəri (plastik dolabları) sökməkdən imtina etmişlər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2013-cü il tarixli, AF-A/074 №-li mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində inşa edilən 4 saylı, 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 85,9 kv.metr olan 2 otaqdan ibarət 3 saylı mənzili alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə müqavilədə qeyd olunan məbləği satıcı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 10/8127 saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 3-cü mərtəbəsindəki mənzillərə gediş-gəliş yolunda binanın layihəsində nəzərdə tutulmayan 1 saylı mənzilə aid olan 1 taxta dolabın, 5 saylı mənzilə aid olan 1 plastik dolabın, 6 saylı mənzilə aid olan 1 plastik dolabın və 7 saylı mənzilə aid olan 1 plastik dolabın mövcud olduğu müəyyən olunmuşdur. Həmin dolabların 3 saylı mənzilə gediş-gəliş yoluna maneçilik törədib-törətməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığına görə qərardadın sualının bu hissəsi üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 10/8127 saylı ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 3-cü mərtəbəsindəki mənzillərə gediş-gəliş yolunda binanın layihəsində nəzərdə tutulmayan 1 saylı mənzilə aid olan 1 taxta dolabın, 5 saylı mənzilə aid olan 1 plastik dolabın, 6 saylı mənzilə aid olan 1 plastik dolabın və 7 saylı mənzilə aid olan 1 plastik dolabın mövcud olduğu müəyyən olunmuşdur. Həmin dolabların 3 saylı mənzilə gediş-gəliş yoluna maneçilik törədib-törətməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığına görə qərardadın sualının bu hissəsi üzrə tədqiqat aparılmamışdır. Beləliklə, ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 3-cü mərtəbəsindəki mənzillərə gediş-gəliş yolunda binanın layihəsində nəzərdə tutulmayan 1 saylı mənzilə aid olan 1 taxta dolabın, 5 saylı mənzilə aid olan 1 plastik dolabın, 6 saylı mənzilə aid olan 1 plastik dolabın və 7 saylı mənzilə aid olan 1 plastik dolabın mövcud olduğu və həmin dolabların iddiaçının mənzilinə gediş-gəliş yolunda mane yaratması, işin faktiki halları, ekspertiza rəyi və iş materiallarına əlavə edilmiş video görüntü ilə öz təsdiqini tapmış və həmin qanunsuz dolabların mövcudluğu yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğun deyildir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və aşağıda qeyd olunacaq qanunvericilik normalarını əsas götürərək hesab edir ki, ünvan 2 ünvanında yerləşən 4 saylı binanın 3-cü mərtəbəsinin girişindəki meydançada gediş-gəlişə mane olaraq ruraşdırılmış özbaşına qanunsuz plastik dolablar cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 tərəfindən sökülməli və 3 saylı mənzilə gediş-gəliş yolu cavabdehlər tərəfindən boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətlərindən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun ləıxli sahibkarlıq statusu yoxdursa həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan mərhum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi prinsipi əsasında həyata keçirilir: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş sosial minimumlar təmin edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 9-cu maddəsinə əsasən, yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti çərçivəsində ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi təmin edilməlidir. Azərbaycan Respublikasını Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikasını Mənzil Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 15 mart 2023-cü il tarixli, 10/8127 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 4 saylı binanın 3-cü mərtəbəsinin girişindəki meydançada gedişgəlişə mane olaraq tikilmiş özbaşına plastik dolablar cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 tərəfindən sökülsün və zəbt etdikləri ərazi cavabdehlər tərəfindən boşaldılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 15 mart 2023-cü il tarixli, 10/8127 saylı tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ 34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-285/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-285/2023
17.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver