Məhkəmə qərarları › İş №2(012)-2853/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2853/2021

02.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2853/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu, Cavabdeh1 MMC, Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu, Cavabdeh1 MMC, Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırki iş üzrə iddiaçı Nağıyev X1 İman Sahib oğlunu, Cavabdeh1 MMC-ni, Cavabdeh3 cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iddiaçının iddia ərizəsində göstərdiyi kimi, Cavabdeh2 Sahib oğlunun qeydiyyat ünvanı ünvan 1 A, Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov 10-dur. Lakin iddiaçı iddia ərizəsində Cavabdeh3 cavabdeh kimi göstərib qeydiyyat ünvanını ünvan 3 olduğunu qeyd etsə də, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 Cavabdeh1 MMC-nin direktorudur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaya Cavabdeh3 qeydiyyat ünvanı üzrə deyil, hüquqi şəxs Cavabdeh1 MMC-nin hüquqi ünvanı üzrə yəni, Binəqədi Rayon Məhkəməsində və ya digər Cavabdeh2 Sahib oğlunun qeydiyyatda olduğu Şirvan Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu, Cavabdeh1 MMC, Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 Sahib oğlu, Cavabdeh1 MMC, Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar