Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-2855/2024 05.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MTK-nin cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 qarşı kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nin cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 qarşı kommunal və digər xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddi ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 01 iyun 2021 ci ildən hal-hazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 4827 manat borcun İddiaçı MTK-nın idarəedicisin bank hesabına köçürülməsi və müqavilənin imzalanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 01 iyun 2021 ci ildən hal-hazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 5404 manat borcun İddiaçı MTK-nın idarəedicisin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh Nümayəndə2 2014-cu ildə İddiaçı MTK-nın Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında inşa etdikləri 3 girişli 12 mərtəbəli yaşayış binasının İİ mərtəbəsində 3 ədəd bir-biri ilə yanaşı bir otaqlı mənzil almışdır. Həmin mənzilləri birləşdirərək qeyri-yaşayış sahəsinə çevirərək stomotoloji xidmət göstərməklə "xxxx" MMC kimi fəaliyyətə başlamışdır. Ümumi sahəsi 237 kv m olan həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə və binanın ümumi mülkiyyətində payçı olmasına baxmayaraq, cavabdehə göstərdikləri kommunal xidmət haqqını, binanın ümumi mülkiyyətinin saxlanılması, cari təmir xərclərini payçı olaraq ödəməkdən boyun qaçıraraq iki tərəfli tərtib etdikləri müqaviləni imzalamır. 2021-ci ilin 01 iyun tarixindən hal-hazırki vaxta qədər ona göstərdikləri xidmət haqqını ödəməyən Nümayəndə2 5404 manat (qeyri yaşayış sahəsi 237.kv.m, hər kv.m aylıq qiyməti 0,30 manat, gecikdirilmiş ayların sayı 38 olmaqla, 237 x 0,30 x 38 ay =2702 manat, inzibati xəta üzrə cərimə 100 % =2702 manat olmaqla, cəmi borcu 5404 manat) borcu yaranmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 136.1-2; 136-2-1; 136-3; 136-4; 137-1-ci maddələrinin tələblərini pozaraq binanın ümumi mülkiyyətinin qorunub saxlanılmasında bina idarəediciləri üçün ciddi problemlər yaratmışdır. Ona görə Nümayəndə2 xidmət haqqlarını ödəmədiyinə görə tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə ödəniləcək məbləğin 125 % -i miqdarında cərimə olunmuşdur. Ona görə də o, göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 izahatında göstərmişdir ki, ümumiyyətlə o, hazırki işin geri qaytarılmasını istəyir. Belə ki, hazırda bu məsələ ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsində iş gedir. Vergi orqanı gəlir və xərcləri göstərmək üçün çeki deyil, elektron qaiməni qəbul etdiyinə görə o, İddiaçı MTK-dan elektron qaimə verilməsini xahiş etsə də, iddiaçı tərəfindən ona elektron qaimə verilməmişdir. Bundan əlavə o, lift və blokdan istifadə etmədiyi üçün həmin xidmətlərə görə ödəniş etməmişdir. O, işıq və suya görə iddiaçı MTK ilə müqavilə bağlamışdır. Onu da qeyd edir ki, əvvəlcə iddiaçı tərəfindən ona aid VÖEN verilmişdir, o, isə bunu mühasibinə bildirdikdə, həmin VÖEN-in fiziki şəxsə aid olduğu məlum olmuşdur. Cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin Xırdalan şəhəri H.Əliytev prospekti 265 ünvanında İddiaçı MTKdan aldığı 3 ədəd bir otaqlı mənzilləri qeyri-yaşayış sahəsinə çevrməklə stomotoloji obyekt kimi istifadə etməsinə baxmayaraq MTK tərəfindən göstərilən xidmət haqqını ödəməsinə dair. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 136-2-1 136-3 136-4 və s bir neçə maddələrini pozaraq payçı kimi binanın ümumi mülkiyyətinin saxlanılması təmiri və göstərilən xidmətlərə görə ödəniş etməməsi nəticəsində 01 iyul 2021-ci ildən 01 aprel 2024 ci ilə 33 ay olmaqla 2145 (iki mn yüz qırx beş) manat MTK isarəedicisinə borcu yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-4 maddəsinə görə ödənişdən imtina etdiyi üçün 125 % cərimə tətbiq olunmaqla əlavə olaraq 2682 (iki min altı yüz səksən iki) manat ödəməlidir. Yəni 214 m.kv qeyri yaşayış sahəsindən istifadə etməklə, 214 x 0.30azn X 33 ay =2145 azn + 2682 azn cərimə olmaqla ümumilikdə 4827 (dörd min səkkiz yüz iyirmi yeddi manat) MTK-nın idarəedicisinin hesabına ödəniş etməlidir. Bu ödənişə görə ona təqdim olunmuş müqaviləyə imza atmaqdan ödənişdən boyun qaçırtdığı üçün ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə cərimə tətbiq olunmuşdur. -İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 52 №-li arayışdan görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında İddiaçı MTK binasında stomotoloji xidmət göstərən "xxxx" MMC-nin MTK tərəfindən kommunal xidmətlərə görə yaranmış borc və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-1-4 maddəsinə görə hesabatı- qeyri yaşayış sahəsi 237.kv.m, hər kv.m aylıq qiyməti 0,30 manat, gecikdirilmiş ayların sayı 38 olmaqla, 237 x 0,30 x 38 ay =2702 manat, inzibati xəta üzrə cərimə 100 % =2702 manat olmaqla, cəmi borcu 5404 manat təşkil edir. - İddiaçı MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 xidmət haqqlarını ödəmədiyinə görə -İddiaçı MTK tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə cəmi 2702 cərimə olunmuşdur. -İddiaçı MTK ilə Nümayəndə2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, payçı Babayev X2 şəhəri, 28-ci məhəllə ünvanda yerləşmiş İddiaçı MMC-nin tərəfindən tikilməkdə olan binasında mənzil sahəsini almışdır. Qeyriyaşayış sahəsinin ümumi sahəsi 196.53 kv. metrdir. İİ mərtəbədə yerləşən hissəsinin sahəsi 172.03 kv.m-dir. İ mərtəbədə yerləşən hissəsinin sahəsi 24.03 kv.m-dir. Qeyd: İİ mərtəbədə yerləşən 172.03 kv.m mənzil sahəsi ümumi mənzil sahəsindən azalaraq Q/Ynə çevrilmişdir. (144,145 və 146) -İddiaçı MTK ilə Nümayəndə2 arasında bağlanmış xx.xx.2014-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, payçı Babayev X2 şəhəri, 28-ci məhəllə ünvanda yerləşmiş İddiaçı MMC-nin tərəfindən tikilməkdə olan binasında mənzil sahəsini almışdır. Göstərilən mənzil qeyri-yaşayış sahəsinə çevrilmişdir. - İddiaçı MTK tərəfindən verilmiş kommunal xərclərin ödənilməsinə dair yaşayış və qeyri-yaşayış mülkiyyətlilərinə bildirişdən görünür ki, "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə 2024-cü il may ayı üçün 2304 manat, iyun ayı üçün 2368 manat, iyul ayı üçün 2432 manat ödənilməmiş borcu vardır. - İddiaçı MTK ilə "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi "xxxx" MMC-nin rəhbəri Babayev X1 İddiaçı MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, cari təmiri və aşağıda müəyyən olunmuş xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Sahə mülkiyyətçilərinin istifadə etdiyi sahə 237 m2 hər m2-i aylıq 0.30 manat olmaqla aylıq 72 manat nəzərdə tutulmaqla hesablanır. - İddiaçı MTK ilə "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sahə mülkiyyətçisi "xxxx" MMC-nin rəhbəri Babayev X1 İddiaçı MTK-ya məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, cari təmiri və aşağıda müəyyən olunmuş xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. Sahə mülkiyyətçilərinin istifadə etdiyi sahə 237 m2 hər m2-i aylıq 0.30 manat olmaqla aylıq 72 manat nəzərdə tutulmaqla hesablanır. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh Nümayəndə2 2014-cu ildə İddiaçı MTK-nın Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında inşa etdikləri 3 girişli 12 mərtəbəli yaşayış binasının İİ mərtəbəsində 3 ədəd birbiri ilə yanaşı bir otaqlı mənzil almış, həmin mənzilləri birləşdirərək qeyri-yaşayış sahəsinə çevirmiş, orada stomotoloji xidmət göstərməklə "xxxx" MMC kimi fəaliyyətə başlamışdır. Ümumi sahəsi 237 kv m olan həmin qeyri-yaşayış sahəsindən istifadə etməsinə və binanın ümumi mülkiyyətində payçı olmasına baxmayaraq,cavabdeh göstərilən kommunal xidmət haqqını, binanın ümumi mülkiyyətinin saxlanılması, cari təmir xərclərini payçı olaraq ödəməkdən boyun qaçıraraq iki tərəfli tərtib etdikləri müqavilə öhdəliklərini yerinə yetirməmiş və nəticədə Nümayəndə2 5404 manat (qeyri yaşayış sahəsi 237.kv.m, hər kv.m aylıq qiyməti 0,30 manat, gecikdirilmiş ayların sayı 38 olmaqla, 237 x 0,30 x 38 ay =2702 manat, inzibati xəta üzrə cərimə 100 % =2702 manat olmaqla, cəmi borcu 5404 manat) borcu yaranmışdır. Həmin borc maliyyə arayışında da öz təsdiqini tapmışdır.Tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlansa da qanunvericilikdə nəzərdə tutulmuş müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 2702 (iki min yeddi yüz iki) manat borc məbləği cavabdehdən alınaraq İddiaçı MTK-nın idarəedicisinin bank hesabına köçürülməlidir. Eyni zamanda iddia tələbindən və işin araşdırılan hallarından görünür ki, İddiaçı MTK tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 xidmət haqqlarını ödəmədiyinə görə -İddiaçı MTK tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə görə cəmi 2702 cərimə olunmuşdur. Həmin cərimə cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də, iddiaçı həmin məbləğin cavabdehdən tutularaq ödənilməsi tələbində haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati cəriməyə görə 2702 manat ödənilməmiş məbləğ cavabdeh Nümayəndə2 alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh Nümayəndə2 ümumilikdə cəmi 5404 manat pul məbləği tutularaq İddiaçı MTKnın bank hesabına köçürülməlidir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 65 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 01 iyun 2021 ci ildən hal-hazıradək göstərilən kommunal və digər xidmətlərə görə yaranmış 5404 (beş min dörd yüz dörd) manat manat borc və 65 (altmış beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı MTK-nın bank hesabına köçürülsün. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov